Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w18 dekabr s. 9
  • Yadınızdadırmı?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yadınızdadırmı?
  • Gözətçi qülləsi 2018
  • Başlıqlar
  • Oxşar material
  • Yehovanın Musa peyğəmbərə Vəd edilmiş diyara girməyə izin verməməsindən hansı dərsi götürürük?
  • Yadınızdadırmı?
    Gözətçi qülləsi 2018
  • Yehova bəndələrinə anlayışla yanaşır
    Məsihi həyatı və ibadəti. İş dəftəri 2022
  • «Mən onun təqsirini üzünə dedim»
    Məsihi həyatı və ibadəti iş dəftəri 2019
  • Həyat yoldaşını hikmətlə seçin
    Məsihi həyatı və ibadəti. İş dəftəri 2022
Əlavə
Gözətçi qülləsi 2018
w18 dekabr s. 9

Yadınızdadırmı?

«Gözətçi qülləsi»nin son saylarını diqqətlə oxumusunuzsa, aşağıdakı suallara cavab verməyə çalışın.

Allahın bizə qarşı şəfqətli olduğuna dair Müqəddəs Kitabda hansı sübutlar var?

Qədim İsrail xalqı Misirdə kölə olanda Allah onların əzablarını görürdü və ağrı-acılarını duyurdu (Çıx. 3:7; Əşy. 63:9). Allahın bənzərində yaradıldığımız üçün bizdə də şəfqət hissi var. Özümüzü Allahın məhəbbətinə layiq bilməyəndə belə, O bizə şəfqətlə yanaşır (wp18.3 s. 8, 9).

İsa Məsihin təlimləri qərəzi aşmağa necə kömək edir?

İsa Məsihin yaşadığı dövrdə əksər yəhudilərdə qərəz hissi var idi. Məsih təvazökarlığın vacibliyini vurğulayır, irqi ayrı-seçkiliyi mühakimə edirdi. O, davamçılarını bir-birinə bacı-qardaş kimi yanaşmağa təşviq edirdi (w18.06 s. 9, 10).

Yehovanın Musa peyğəmbərə Vəd edilmiş diyara girməyə izin verməməsindən hansı dərsi götürürük?

Musa peyğəmbərin Yehova ilə sıx münasibəti var idi (Qan. 34:10). Səhrada 40 illik səyahətlərinin sonuna yaxın İsrail xalqı ikinci dəfə su qıtlığına görə gileylənməyə başlamışdı. Allah Musa peyğəmbərə buyurdu ki, qayaya «su ver» desin. O isə bunun əvəzinə qayaya vurdu. Yehovanın Musa peyğəmbərə qəzəblənməsinə səbəb Onun göstərişlərinə əməl etməməsi və ya möcüzəyə görə şərəfi Ona verməməsi ola bilərdi (Say. 20:6—12). Bu bizə Yehovaya itaət etməyin və Onun adını ucaltmağın vacibliyini xatırladır (w18.07 s. 13, 14).

Nə üçün insanı zahiri görünüşünə görə mühakimə etməklə yanıla bilərik?

Adətən insanların başqaları haqda fikir formalaşdırmasına növbəti üç xarici faktor təsir edir: irqi və milliyyəti, maddi vəziyyəti və yaşı. İnsanlara ayrı-seçkilik etməyən Allahımızın gözü ilə baxmağı öyrənmək olduqca vacibdir (Həv. 10:34, 35; w18.08 s. 8—12).

Yaşlı məsihilər hansı üsullarla başqalarına kömək edə bilərlər?

Təyinatı dəyişmiş yaşlı məsihilər hələ də Allahın gözündə dəyərlidirlər və başqalarına çox sahədə kömək edə bilərlər. Məsələn, onlar məsihilərin imanda olmayan həyat yoldaşları ilə maraqlana, qeyri-fəallara kömək edə, Müqəddəs Kitab dərsi keçə və xidmətlərini genişləndirə bilərlər (w18.09 s. 8—11).

Təlim vəsaitlərimizə nələr daxildir?

Təlim vəsaitlərimizə vizit kartlar və dəvətnamələr, səkkiz ədəd gözəl tərtib olunmuş buklet, həmçinin «Gözətçi qülləsi» və «Oyanın!» jurnalı daxildir. Bundan başqa, broşürlər, iki əsas dərs vəsaiti və «Müqəddəs Kitabı öyrənmək nəyə görə vacibdir?» videosu da daxil olmaqla dörd faydalı video təlim vəsaitlərimizdəndir (w18.10 s. 16).

Məsihilər Məsəllər 23:23 ayəsində deyildiyi kimi həqiqəti almaq üçün nə edə bilər?

Biz həqiqəti almaq üçün pul ödəmirik. Bununla belə, ona sahib olmaq üçün vaxt və güc sərf etməliyik (w18.11 s. 4).

Huşə peyğəmbərin arvadı Gümərlə rəftarından nə öyrənirik?

Gümər dəfələrlə zina etsə də, Huşə onu bağışladı və onunla evli qaldı. Əgər məsihinin həyat yoldaşı zina edərsə, günahsız tərəf həyat yoldaşını bağışlaya bilər. Günahsız tərəf zina etmiş həyat yoldaşı ilə cinsi münasibətini bərpa edəndə Müqəddəs Kitabın boşanmaq üçün verdiyi əsas qüvvədən düşür (w18.12 s. 13).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş