Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • wp19 №  1 s. 13—14
  • Allah-Taala gələcəkdə nələr edəcək?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Allah-Taala gələcəkdə nələr edəcək?
  • Gözətçi qülləsi (kütləvi) 2019
  • Başlıqlar
  • Oxşar material
  • BÜTÜN PİSLİKLƏRƏ SON QOYACAQ
  • YER CƏNNƏT OLACAQ
  • XƏSTƏLİK VƏ ÖLÜM OLMAYACAQ
  • MÜKƏMMƏL HÖKUMƏT HÖKMRANLIQ EDƏCƏK
  • Allahın Padşahlığı hansı işləri həyata keçirəcək?
    Gözətçi qülləsi (kütləvi) 2020
  • Allahın yer üçün niyyəti nədən ibarətdir?
    Müqəddəs Kitab əslində nə öyrədir?
  • Allahın Hökuməti peyğəmbər üçün niyə önəmlidir?
    Gözətçi qülləsi 2014
  • Allahın Padşahlığı nədir?
    Müqəddəs Kitab əslində nə öyrədir?
Əlavə
Gözətçi qülləsi (kütləvi) 2019
wp19 №  1 s. 13—14
Allahın xalqı yeri cənnətə çevirir

Allah-Taala gələcəkdə nələr edəcək?

Dara düşəndə, şübhəsiz ki, yaxın dostunuzdan kömək umursunuz. Çətinliyə düşəndə də insanlar Allahdan kömək istəyirlər. Ancaq onlara elə gəlir ki, Allah onlara kömək etmir, buna görə də Allahı özlərinə dost sanmırlar. Əslində isə Allah bizim rifahımız üçün artıq çox şey edib. Amma O bununla kifayətlənmir. Allah bu gün üzləşdiyimiz bütün çətinlikləri və əzab-əziyyəti aradan qaldıracaq. Necə?

BÜTÜN PİSLİKLƏRƏ SON QOYACAQ

Allah şərin mənbəyini aradan qaldıraraq yer üzündəki pisliklərə son qoyacaq. Müqəddəs Kitabda şərin kimdən qaynaqlandığı açıq-aydın yazılıb. Orada deyilir ki, bütün dünya Şəririn əlindədir (1 Yəhya 5:19). Bu Şərir İsanın «dünyanın hökmdarı» adlandırdığı Şeytan İblisdir (Yəhya 12:31). Dünyada belə acınacaqlı vəziyyətin hökm sürməsinin əsl səbəbkarı Şeytandır. Bəs Allah nə edəcək?

Yehova Allah tezliklə İsa Məsih vasitəsilə «İblisi, ölüm silahlarının sahibini» məhv edəcək (İbranilərə 2:14; 1 Yəhya 3:8). Müqəddəs Kitabda deyilir ki, İblis özü də vaxtının az olduğunu, tezliklə məhv ediləcəyini bilir (Vəhy 12:12). Allah həm də bütün pislikləri və onları törədən insanların kökünü kəsəcək (Zəbur 37:9; Məsəllər 2:22).

YER CƏNNƏT OLACAQ

Yer üzündən pisliyin kökünü kəsəndən sonra Yaradanımız bəşəriyyətlə və Yer kürəsi ilə bağlı əzəli niyyətini həyata keçirəcək. Gəlin görək nə olacaq.

Əbədi sülh və əmin-amanlıq. «Həlimlər yer üzünə sahib olacaq, əmin-amanlığın bolluğundan həzz alacaqlar» (Zəbur 37:11).

Sağlam qida bolluğu. «Yerdə çörək bol olacaq, dağ başında zəmilər aşıb-daşacaq» (Zəbur 72:16).

Rahat ev-eşik və insanların ürəyincə olan iş. «Onlar evlər tikib içində yaşayacaq, üzüm bağları salıb barını yeyəcək... Seçilmişlərim əllərinin zəhmətindən doyunca zövq alacaq» (Əşiya 65:21, 22).

Bu cür həyatı görmək istəyərdiniz? Tezliklə hər kəsin belə gözəl güzəranı olacaq.

XƏSTƏLİK VƏ ÖLÜM OLMAYACAQ

Bu gün hamı xəstələnir, hamı ölümə mübtəladır. Amma daha belə olmayacaq. Allah tezliklə İsa əleyhissəlamın fidyə qurbanlığının sayəsində mümkün olan nemətləri gerçəkliyə çevirəcək ki, «ona iman edənlər məhv olmasın, onların əbədi həyatı olsun» (Yəhya 3:16). Bəs fidyə sayəsində hansı nemətlər gerçəkləşəcək?

Xəstəliklərin kökü kəsiləcək. «Heç bir sakin “xəstəyəm” deməyəcək. Orada yaşayanların günahı bağışlanacaq» (Əşiya 33:24).

Bəşəriyyət ölüm lənətindən azad olacaq. «Ölümü əbədilik məhv edəcək, Külli-İxtiyar Yehova bütün üzlərdən göz yaşlarını siləcək» (Əşiya 25:8).

İnsanlar əbədi yaşayacaq. «Allahın verdiyi ənam isə Ağamız Məsih İsa sayəsində əbədi həyatdır» (Romalılara 6:23).

Ölülər həyata qayıdacaq. «Allahın həm salehləri, həm də qeyri-salehləri dirildəcəyinə ümid edirəm» (Həvarilərin işləri 24:15). Ölən insanlar Allahın verdiyi fidyə ənamı sayəsində həyata qayıdacaqlar.

Bəs Allah bütün bunları necə həyata keçirəcək?

MÜKƏMMƏL HÖKUMƏT HÖKMRANLIQ EDƏCƏK

Allah bəşəriyyətlə və Yer kürəsilə bağlı niyyətini səmavi hökumət vasitəsilə həyata keçirəcək. O, İsa Məsihi bu hökumətin padşahı təyin edib (Zəbur 110:1, 2). İsa əleyhissəlam öz davamçılarına məhz bu Padşahlıq, yaxud hökumət haqda dua etməyi öyrətmişdi: «Göylərdə olan Atamız... Qoy Padşahlığın gəlsin (Mətta 6:9, 10).

Allahın Padşahlığı bütün Yer kürəsini idarə edəcək. Bu hökumət bütün dünyadan əzab-əziyyətin kökünü kəsəcək. Bu, ən yaxşı hökumətdir. Buna görə də İsa yer üzündə xidmət edəndə bütün gücünü Padşahlıq haqqındakı müjdəni yaymağa həsr etmişdi və şagirdlərinə də eyni şeyi tapşırmışdı (Mətta 4:23; 24:14).

İnsanlara duyduğu böyük məhəbbətdən irəli gələrək Yehova Allah bəşəriyyətə bütün bu gözəl nemətləri vəd edib. Məgər bu sizi Allahı daha yaxından tanımağa, Ona yaxınlaşmağa təşviq etmir? Növbəti məqalədə görəcəksiniz ki, Allaha yaxınlaşmağın insana hansı faydası var.

ALLAH-TAALA GƏLƏCƏKDƏ NƏLƏR EDƏCƏK? Allah xəstəlikləri, ölümü aradan qaldıracaq, bəşəriyyəti Öz Padşahlığının hakimiyyəti altında birləşdirəcək və Yer kürəsini Cənnətə çevirəcək

ALLAHIN PADŞAHLIĞI NƏDİR?

  • Bu, Allahın Öz iradəsini icra etmək üçün təsis etdiyi səmavi hökumətdir (Yaradılış 1:28; Mətta 6:9, 10).

  • Allah bu hökumətə Padşah təyin edib, göydə və yerdə bütün hakimiyyəti ona verib (Əşiya 9:6, 7; 11:2—4; Mətta 28:18).

  • Bu hökumət İsa Məsihin Allahın qanunlarına əsaslanan təlimləri ilə idarə olunur (Mətta 22:37—39; Yaqub 2:8).

  • Bu Padşahlıq artıq idarə edir və milyonlarla insan bütün dünyada Padşahlıq haqqındakı müjdəni bəyan edir (Mətta 24:14; 28:19, 20)a

a Padşahlıqla və onun idarə etməsi ilə bağlı ətraflı məlumat əldə etmək üçün Yehovanın Şahidləri tərəfindən dərc olunan «Əbədi xoşbəxt həyat» kitabının 32 və 33-cü dərslərinə baxın. Kitabı həmçinin www.jw.org saytından onlayn oxumaq və yükləmək mümkündür

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş