Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • wp19 №  2 s. 6—7
  • Doğma insan vəfat edəndə

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Doğma insan vəfat edəndə
  • Gözətçi qülləsi (kütləvi) 2019
  • Başlıqlar
  • Oxşar material
  • ONLAR NECƏ TAB GƏTİRDİLƏR?
  • Bu dərdə necə dözmək olar?
    Sizə əziz adam öləndə...
  • Qəm-qüssəyə tab gətirmək
    Gözətçi qülləsi 2008
  • Kədərinizə üstün gəlin
    Gözətçi qülləsi (kütləvi) 2016
  • Bu cür hisslər keçirmək qəbahətdirmi?
    Sizə əziz adam öləndə...
Əlavə
Gözətçi qülləsi (kütləvi) 2019
wp19 №  2 s. 6—7
Yaslı ər-arvada sahildə bir-birinə sığınıb uzağa baxır

Doğma insan vəfat edəndə

«Böyük qardaşım qəflətən vəfat edəndə özümü aciz hiss etdim. Üstündən aylar keçəndən sonra da hər dəfə yadıma düşəndə ürəyim qan ağlayırdı, elə bil köksümə dağ basırdılar. Hərdən isə qəzəblənirdim. Axı niyə o öldü? Onunla daha çox vaxt keçirmədiyimə görə özümü günahkar hiss edirdim» (Vanessa, Avstraliya).

BƏLKƏ, siz də doğma bir insanı itirmisiniz. Yəqin o zaman hissləriniz bir-birinə qarışıb, bir tərəfdən kədər, tənhalıq sizi çulğayıb, digər tərəfdən özünüzü aciz hiss etmisiniz. Bəlkə də, gah qəzəblənmisiniz, gah vicdan əzabı çəkmisiniz, gah da ürəyinizə qorxu hakim kəsilib. Düşünmüsünüz ki, görəsən, bundan sonra yaşamağa dəyər?

Bir şeyə əmin olun ki, nə qədər uzun sürsə də, kədərlənmək insanın zəif xarakterli olduğunu göstərmir. Bu, mərhumun sizin üçün nə qədər əziz olduğuna dəlalət edir. Bəs kədərin, qismən də olsa, səngiməsi üçün nə etmək olar?

ONLAR NECƏ TAB GƏTİRDİLƏR?

Sizə elə gələ bilər ki, qəlbinizdəki ağrı heç vaxt dinməyəcək. Ancaq növbəti məsləhətlər sizə təskinlik tapmağa kömək edə bilər.

ÖZÜNÜZƏ VAXT VERİN

Hərə dərdi bir cür çəkir. Toxtamaq üçün kiminə az vaxt, kiminə çox vaxt lazım olur. Hər necə olsa da, insan ağlayanda ürəyi boşalır. Məqalənin əvvəlində adı çəkilən Vanessa deyir: «Mən elə hey ağlayırdım. Ağlayanda ürəyim rahatlaşırdı». Bacısını qəfil itirən Sofia deyir: «Hər dəfə o yadıma düşəndə, qəlbimdə elə şiddətli ağrı qopur ki, sanki yaranı açıb təmizləyirlər. Bu ağrıya dözə bilmirəm. Amma başa düşürəm ki, yara belə-belə sağalır».

DƏRDİNİZİ İÇİNİZDƏ SAXLAMAYIN

Aydındır ki, bəzən insan tək qalmaq istəyir. Amma bu dərd ağır yükdür, onu təkbaşına daşımayın. Atasını itirən on yeddi yaşlı Ceyrid deyir: «Mən hisslərimi bölüşürdüm. Düzdür, nələr keçirdiyimi tam aydın ifadə edə bilmirdim, amma, ən azından, danışıb ürəyimi boşaldırdım». Birinci məqalədə adı çəkilən Ceni bunun digər bir faydasını qeyd edir: «Kiminləsə danışanda xeyli toxtayırdım. Görürdüm ki, məni başa düşürlər. O zaman özümü tənha hiss etmirdim».

KÖMƏKDƏN ÜZ ÇEVİRMƏYİN

Bir həkim deyir: «İtki üz vermiş adam ilk sarsıntı dövründə dostlarının və qohumlarının köməyini qəbul edəndə kədərin növbəti fazalarını nisbətən asanlıqla keçirə bilir». Dostlarınıza nədə köməyə ehtiyacınız olduğunu deyin. Təbii ki, onlar sizə kömək etmək istəyirlər, amma, ola bilsin, bilmirlər nəyə ehtiyacınız var (Məsəllər 17:17).

ALLAHA YAXINLAŞIN

Tina deyir: «Yoldaşım xərçəng xəstəliyindən vəfat etdi. Ürək sirdaşımı itirəndən sonra sözümü-söhbətimi Allaha deyirdim. Hər gün səhər Ona yalvarırdım ki, mənə bu günü başa vurmağa kömək etsin. Allah mənə heç ağlıma gəlməyən şeylərdə də kömək edirdi». İyirmi iki yaşında anasını itirən Tarşa deyir: «Təsəllini hər gün Müqəddəs Kitabı oxumaqla tapırdım. Oradan oxuduqlarımı fikirləşəndə ürəyimə su səpilirdi».

DİRİLMƏNİ TƏSƏVVÜRÜNÜZDƏ CANLANDIRIN

Tina deyir: «Təzə-təzə dirilmə ümidi mənə heç cür təskinlik vermirdi. Mən yoldaşımı istəyirdim, balalarım atalarını istəyirdi. Onun yoxluğuna dözmək çətin idi. Ancaq indi üstündən dörd il keçib. İndi dirilmə ümidindən bərk-bərk yapışmışam. Bu ümid mənim üçün qaranlıq dünyada işıq kimidir. Mən yoldaşımı yenidən görəcəyimi təsəvvürümdə canlandıranda ürəyim rahatlıq tapır, sevincim aşıb-daşır».

Sözsüz ki, ürəyinizdəki kədər tez bir zamanda səngiməyəcək. Buna baxmayaraq, Vanessanın sözləri sizə təskinlik verə bilər. O deyir: «Adama elə gəlir ki, bu iztirablar heç vaxt keçib getməyəcək, amma belə deyil, vaxt keçdikcə insan özünə gəlir».

Unutmayın, qəlbinizdəki boşluğun yerini heç nə doldurmasa da, yaşamağa dəyər. Allahın köməyilə, siz yenə də insanlarla mehriban münasibətlərdən zövq ala biləcəksiniz, mənalı həyat sürəcəksiniz. Tezliklə isə Allah ölüləri dirildəcək. O istəyir ki, siz itirdiyiniz əziz adama yenidən qovuşasınız. O zaman ürəyinizdəki yara əbədilik sağalacaq!

Müqəddəs Kitabın köməyi

Allah sizin dərdinizə, göz yaşlarınıza biganə qalmır.

Bir peyğəmbər Allaha demişdi: «Göz yaşlarımı tuluğuna yığ. Axı onlar Sənin kitabında yazılıb» (Zəbur 56:8).

Ürəyinizi Allaha boşaldın.

«Hüzurunda dərdimi açıb tökürəm... Ey Yehovaa, Səni köməyə çağırıram» (Zəbur 142:2, 5).

Gələcəyə ümid edin.

«Allahın həm salehləri, həm də qeyri- salehləri dirildəcəyinə ümid edirəm» (Həvarilərin işləri 24:15).

Allah vəd edir ki, həyatdan köçən sonsuz sayda insanı həyata qaytaracaq. O bunun həsrətini çəkirb (Əyyub 14:14, 15).

a Müqəddəs Kitaba əsasən, «Yehova» Allahın adıdır.

b Dirilmə ilə bağlı ətraflı məlumat əldə etmək üçün Yehovanın Şahidləri tərəfindən dərc olunan «Əbədi xoşbəxt həyat!» kitabının 30-cu dərsinə baxın. Kitabı www.jw.org saytından pulsuz yükləyə bilərsiniz.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş