Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • wp19 №  3 s. 10—11
  • Ölüm məhv ediləcək

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Ölüm məhv ediləcək
  • Gözətçi qülləsi (kütləvi) 2019
  • Başlıqlar
  • Oxşar material
  • FİDYƏ — ÖLÜM ÜZƏRİNDƏ QƏLƏBƏ
  • ÖLÜM NƏ ZAMAN MƏHV EDİLƏCƏK?
  • Fidyə
    Müqəddəs Kitab təlimləri
  • Allah bəşəriyyətin xilası üçün hansı tədbiri gördü?
    Əbədi həyata aparan bilik
  • Fidyə Allahın ən böyük hədiyyəsidir
    Müqəddəs Kitab əslində nə öyrədir?
  • Allahın müjdəsində İsa peyğəmbərin rolu
    İlahi müjdə
Gözətçi qülləsi (kütləvi) 2019
wp19 №  3 s. 10—11
İsa Məsih; İsa Məsih iki cinayətkar arasında işgəncə dirəyində asılıb

Ölüm məhv ediləcək

İLK valideynlərimiz olan Adəmlə Həvvanın itaətsizliyi bütün bəşəriyyətə günah və ölüm gətirsə də, Allahın insanlarla bağlı niyyəti dəyişmədi. Allah Öz Kəlamında niyyətinin dəyişmədiyini dönə-dönə vurğulayır.

  • «Salehlər yerə sahib olacaq, orada əbədi yaşayacaqlar» (Zəbur 37:29).

  • «Ölümü əbədilik məhv edəcək, Külli-İxtiyar Yehova bütün üzlərdən göz yaşlarını siləcək» (Əşiya 25:8).

  • «O, axırıncı düşmən olan ölümü məhv edəcək» (1 Korinflilərə 15:26).

  • «Artıq ölüm olmayacaq. Nə dərd, nə fəryad, nə də ağrı olmayacaq» (Vəhy 21:4).

Allah düşmənimiz olan ölümü necə məhv edəcək? Diqqət yetirdinizsə, Müqəddəs Kitabda aydın şəkildə deyilir ki, «salehlər... əbədi yaşayacaqlar». Lakin belə bir məqam da yazılıb: «Dünyada elə saleh adam yoxdur ki, heç vaxt günah etməsin, ancaq yaxşılıq etsin» (Vaiz 7:20). Onda elə çıxır ki, günahkar insanlar əbədi yaşasın deyə Allah Öz prinsiplərinə zidd davranacaq? Qətiyyən! Allah heç vaxt belə etməz, O, heç vaxt yalan danışmır (Titusa 1:2). Bəs Allah insanları yaradarkən nəzərdə tutduğu niyyətini necə gerçəkləşdirəcək?

ALLAH «ÖLÜMÜ ƏBƏDİLİK MƏHV EDƏCƏK» (ƏŞİYA 25:8)

FİDYƏ — ÖLÜM ÜZƏRİNDƏ QƏLƏBƏ

Yehova Allah insanları ölümün pəncəsindən qurtarmaq üçün bir tədbir tökdü, yəni fidyə ödədi. Fidyə əsir alınmış bir adamı azad etmək üçün verilən pul mənasını daşıyır. Müqəddəs Kitabda işləndikdə fidyə, əsas etibarı ilə vurulan zərəri tam ödəmək, yaxud ədaləti təmin etmək üçün verilən bir şey mənasında işlənir. İnsanların hamısı günahlı olduğundan və ölümə məhkum edildiyindən Müqəddəs Kitabda deyilir: «Heç biri qardaşını qurtara bilməz, onun üçün Allaha fidyə verə bilməz. (İnsan həyatının fidyəsi elə bahadır ki, heç vaxt ona əli çatmaz)» (Zəbur 49:7, 8).

Qeyri-kamil insan öləndə yalnız öz günahlarına görə haqq ödəyir. O nə özünü qeyri-kamillikdən xilas edə bilir, nə də başqalarını ölümdən azad edə bilir (Romalılara 6:7). Bizə elə bir insan lazımdır ki, günahsız, kamil olsun. Belə adam ölməklə həyatını öz günahlarına görə yox, bizim günahlarımıza görə verə bilər (İbranilərə 10:1—4).

Allah da məhz belə bir tədbir gördü. O, İsa Məsihi göydən yerə göndərdi ki, kamil, günahsız insan kimi doğulsun (1 Butrus 2:22). İsa Məsih demişdi ki, «bir çoxları uğrunda həyatını fidyə kimi verməyə gəlib» (Mark 10:45). O bizim günahlarımıza görə haqq ödəmək və bizi ölümdən azad etmək üçün öldü. Bunun sayəsində, biz yaşaya bilərik (Yəhya 3:16).

ÖLÜM NƏ ZAMAN MƏHV EDİLƏCƏK?

Müqəddəs Kitabda qabaqcadan deyilənlər bu gün yerinə yetir: indi «son dərəcə çətin bir vaxt»dır. Bu sübut edir ki, biz axırzamanda, yəni bu şər dövranın sonunda yaşayırıq (2 Timutiyə 3:1). Axırzaman «allahsızların məhv ediləcəyi hökm günü» ilə öz kulminasiya nöqtəsinə çatacaq (2 Butrus 3:3, 7). Allahı sevən insanlar isə məhv günündə sağ qalacaq və əbədi həyata qovuşacaqlar (Mətta 25:46).

Müxtəlif yaşlardan və irqlərdən olan insanlar

İsa Məsih «bir çoxları uğrunda həyatını fidyə kimi verməyə» gəlmişdi (Mark 10:45)

Milyonlarla başqa insanın da dirilərək əbədi həyata qovuşmaq imkanı olacaq. İsa Məsih Nain şəhərində olanda ölmüş insanı diriltmişdi. Bir dul qadının yeganə oğlu ölmüşdü. İsa Məsihin ona yazığı gəlmişdi və onu dirildib həyata qaytarmışdı (Luka 7:11—15). Müqəddəs Kitabda yazılıb: «Allahın həm salehləri, həm də qeyri-salehləri dirildəcəyinə ümid edirəm». Bu ümid Allahın insanlara olan sevgisinin bariz nümunəsidir (Həvarilərin işləri 24:15).

Milyardlarla insan əbədi yaşaya bilər. Müqəddəs Kitabda deyilir: «Salehlər yerə sahib olacaq, orada əbədi yaşayacaqlar» (Zəbur 37:29). Həmin vaxt onlar Müqəddəs Kitabda təxminən 2000 il əvvəl yazılmış təsəlliverici sözlərin doğruluğunu öz üzərlərində hiss edəcəklər: «Ey ölüm, hanı qələbən? Ey ölüm, hanı neştərin?» (1 Korinflilərə 15:55). Bəşəriyyətin yağı düşməni birdəfəlik məhv ediləcək!

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş