“Həmişə... yaxşılıq etməyə çalışın”
1 Biz, bir məsihçi kimi “həmişə... hamıya yaxşılıq etməyə” çalışmalıyıq (1 Salon. 5:15). Vilayət konqreslərinə yığışdığımız zaman başqalarına yaxşılıq etməyə çox əsasımız var. Konqreslər zamanı insanların diqqət mərkəzində oluruq və təmasda olduğumuz insanlarda davranışlarımızın əsasında bizim haqqımızda müəyyən fikirlər yaranır. Yehovanın Şahidləri kimi yaxşı adımızı qoruyub saxlamaq üçün, “hamıya hörmət” etdiyimizi əməllərimizlə göstərməliyik (1 Pet. 2:17). Bu, o deməkdir ki, “hər kəs yalnız öz mənfəətini deyil, başqalarının da mənfəətini” güdməlidir (Filip. 2:4). Gəlin görək, bu prinsipi, konqres zamanı yerləşdirilmə qaydasına necə tətbiq etmək olar.
2 Konqres zamanı qalmaq üçün mənzil məsələsini həll etmisinizmi? 1) Mənzil sahibləri bütün boş otaqları istifadəyə vermək marağında olduqları üçün, istifadə edəcəyinizdən artıq otaq sifariş etməyin. 2) Mənzil üçün ərizələrinizi konqresin komitəsinə poçt vasitəsilə göndərin. Sifarişlərinizi telefon vasitəsilə etməyin. 3) Səbirli olun və sizi yerləşdirməyə çalışan müəssisənin işçilərinə hörmətlə yanaşın. 4) Sahiblərin göstərdikləri qonaqpərvərliyə görə minnətdarlıq edin və onların qonaqpərvərliyindən sui-istifadə etməyin. 5) Yaşadığınız yerə aid olan əmlaka dair bütün qayda-qanunlara riayət edin. 6) Əgər qəbul olunandırsa, xidmət edən hey’ətə bəxşiş saxlayın.
3 Yaxşılıq etməyi uşaqlarınıza öyrədin. Elə hallar olmuşdur ki, yaşadıqları yerdə valideynlər tərəfindən nəzarətsiz qalan uşaqların pis davranışı ucbatından çətinliklər yaranmışdır (Sül. məs. 29:15). Bə’zən valideynlər öz işləri ilə məşğul olur, bu zaman otaqda, dəhlizdə və ya başqa yerlərdə özbaşına qalan uşaqlarına nəzarət etmirdilər. Bə’zi uşaqlar özlərini o dərəcədə şıltaq aparırdılar ki, müdiriyyət və ya sahiblər onları müəyyən yerlərə buraxmır və ya bə’zi yerləri ümumiyyətlə bağlayırdılar. Bu, orada yaşayan həm Şahidlərin, həm də Şahid olmayan insanların narahatçılığına səbəb olmuşdur.
4 Valideynlər, yaxşı olardı ki, konqresdən qabaq uşaqlarınızla birlikdə əyləşib, onlardan müəyyən vaxtda və müəyyən yerdə tələb olunan davranış tərzini müzakirə edəsiniz (Efes. 6:4). Məsələn, onların nəzərinə çatdırın ki, əsl məsihçi məhəbbəti “kobud davranmaz, öz mənfəətini axtarmaz, hirslənməz” (1 Kor. 13:5). Böyüklər yaxşı nümunə göstərərək, bu sözləri davranışları ilə gücləndirə bilərlər. Uşaqlar, siz valideynlərinizə qulaq asaraq, yaşadığınız yerin əmlakına diqqətlə yanaşaraq və ətrafınızdakı insanlara hörmət göstərərək yaxşılıq etməyə çalışa bilərsiniz (Kolos. 3:20). Müştərək tərzdə bütün insanlara yaxşılıq etməyə çalışanda, “Xilaskarımız Allahın tə’limini cazibəli” edirik (Tit. 2:10).
5 Yaxşı davranışımız ümumiyyətlə yalnız bizi əhatə edən insanlara deyil, həmçinin bu və ya digər səbəbdən bizə tənqidi yanaşanlara da müsbət tə’sir bağışlayır. Hər zaman və hər yerdə, konqresdə olarkən, küçə ilə yeriyərkən və ya restoranda nahar edərkən, mehmanxanada dincələn və ya küçədə qeyri-rəsmi tərzdə təbliğ edərkən, sözlərimiz və əməllərimiz hamıya yaxşılıq etmək istəyimizə şəhadət etməlidir.
[4 səhifədəki çərçivə]
Xahiş olunur yadda saxlayın:
■ Səbirli olun və yaşadığınız yerin əmlakı ilə ehtiyatlı davranın.
■ Yataqxananın müdiriyyəti və ya ev sahibi tərəfindən tə’yin edilən qaydalara riayət edin.
■ Ev sahiblərinin qonaqpərvərliyindən sui-istifadə etməyin.
■ Uşaqların davranışına lazımi tərzdə nəzarət edin.