Rayon konqresinin yeni proqramı
1 Bu dəyişkən dünyada, imanda möhkəm durmaq üçün, Yehovaya güvənməliyik. Bəs bu ifadə praktikada hansı mə’nanı daşıyır? Yehovaya güvənmək bizim şəxsi və ailə həyatımıza necə tə’sir göstərir? Bizə, Şeytan dünyasının tə’sirlərinə müqavimət göstərməyə necə kömək edir? Bu suallara, 2003-cü xidmət ilinin rayon konqresi cavab verəcək. Bu konqres belə adlanacaq: “Yehovaya güvən və yaxşılıq et” (Məz. 37:3).
2 Biz Yehovaya yalnız xüsusi hallarda və ya çıxılmaz vəziyyətlərə düşəndə güvənmirik. Allaha güvənmək həyatımızın bütün sahələrini əhatə edir. Bu fikrə, “Hər zaman Yehovaya güvənin” adlı giriş mə’ruzədə diqqət yetiriləcək (Məz. 62:8). “Yehovaya güvəndiyimizi aydın göstəririk” ümumi başlıq altında olan dörd mə’ruzə, nikahda xoşbəxtliyə nail olmaq, ailə problemlərini həll etmək və maddi tələbatlar barədə qayğı göstərmək üçün Müqəddəs Kitab mə’lumatlarını necə tapmaq və tətbiq etmək haqqında danışacaq.
3 Şeytanın dünyası bizə xeyirlə şərə dair təhrif olunmuş baxışlar aşılamağa və vacib olan olmayan şeyləri müəyyən etməkdə mane olmağa çalışır (İş. 5:20). “Mə’nasız işlərdən qorunun” və “Şərdən qaçının və yaxşılıq edin” mə’ruzələri, Yehovanın yüksək normalarını dəstəkləmək qərarımızı möhkəmlədəcək (Amos 5:14).
4 Yehova hazırki sistemi məhv edəcəyi zaman, Onun xidmətçiləri bütünlüklə Ona güvənməlidirlər. Bu, “Dünya fəlakətlərindən xilas yaxındır” adlı açıq mə’ruzədə qeyd olunacaq. Sonra “Allahın Padşahlığına layiq sayılacaqsınızmı?” mə’ruzəsi zamanı bizə, özümüzü yoxlamağı təklif edəcəklər. Proqram “Yehovanın və’dlərinə güvənin” adlı təşviqedici mə’ruzə ilə başa çatacaq.
5 Adətən olduğu kimi, konqres proqramının diqqətə layiq hissəsi, vəftiz olunanlar üçün mə’ruzə olacaqdır. Vəftiz olmaq istəyənlər, istəkləri barədə sədrlik edən nəzarətçiyə mümkün qədər tez xəbər verməlidirlər ki, lazımi tədbirlər görülsün.
6 Bu narahat günlərdə əminliklə güvəniləcək və ümid bəslənəcək yeganə şəxs Yehovadır (Məz. 118:8, 9). Gəlin, Allahımıza daha çox güvənmək üçün, qarşıdan gələcək konqres proqramının heç bir hissəsini buraxmayaq.