Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 4/03 s. 7
  • Suallar qutusu

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Suallar qutusu
  • Müqəddəs ibadətimiz 2003
  • Oxşar material
  • Rikardo və Andresin bioqrafiyası
    Oyanın! 2019
Müqəddəs ibadətimiz 2003
km 4/03 s. 7

Suallar qutusu

◼ Məhbuslara təbliğ edərkən hansı xəbərdarlıqları nəzərə almaq lazımdır?

Bütün dünya üzrə həbsxanalarda təxminən səkkiz milyon adam var və onlardan bə’ziləri xoş xəbərə maraq göstərirlər (1 Tim. 2:4). Bir filial məhbuslardan və onların qohumlarından ayda orta hesabla 1 400 məktub alır. Onlar bu məktublarda Yehovanın Şahidlərindən məhbuslara ədəbiyyat göndərməyi və ya onlara baş çəkməyi xahiş edirlər. Bir çox məhbuslar həqiqətlə doğrudan da maraqlansalar da, təcrübə göstərir ki, onların bə’ziləri özlərini maraqlanan kimi göstərərək, Allahın xidmətçilərindən öz xudbin məqsədlərində istifadə etməyə imkan axtarırlar. Bunu nəzərə alaraq, məhbuslara təbliğ edən təbliğçilərin hamısı ehtiyatlı olmalıdır.

Həbsxanalarda olanlara çox vaxt məktub vasitəsilə şəhadətlik edilir. İsrarla məsləhət olunur ki, hətta ruhani cəhətdən kömək etmək məqsədilə olsa da, bacılar məhbus kişilərlə məktublaşmasınlar. Bu cür məktublaşmanı yalnız təcrübəli qardaşlara həvalə etmək olar. Müqəddəs Kitab həqiqətinə səmimi maraq göstərən məhbus qadınlarla məktubalaşmağı isə, münasib bacılara tapşırmaq olar. Məhbuslar xahiş etsələr də, onlara pul və ya hədiyyə göndərmək lazım deyil.

Əgər məhbus Müqəddəs Kitab həqiqəti ilə maraqlanırsa, onun adını və ünvanını dustaqxananın ərazisində yerləşən yığıncağa göndərmək lazımdır. Adətən həmin ərazidə yaşayan qardaşlar məhbuslarla ünsiyyətdə olmaqda təcrübəlidirlər, buna görə bu və ya digər vəziyyətdə nə etmək lazım gəldiyini bilirlər. Əgər bu mə’lumatı hansı yığıncağa göndərəcəyinizi bilmirsinizsə, filiala göndərin.

Tə’yin olunmuş qardaşlar, eyni vaxtda bir necə məhbusun iştirakı ilə həbsxanalarda görüşlər keçirirlərsə, burada səhv bir şey yoxdur. Lakin təbliğçilərin məhbuslarla azad surətdə ünsiyyətdə olmaları üçün xüsusi tədbirlər keçirmək lazım deyil. Bundan əlavə israrla məsləhət olunur ki, təbliğçilər lazımi hazırlıq olmadan, özbaşına həbsxanaya gedib məhbuslarla yaxın ünsiyyətdə olmasınlar.

Gəlin məhbuslara xoş xəbəri təbliğ edərkən, ‘ilanlar kimi müdrik və göyərçinlər kimi mə’sum olaq’ (Mat. 10:16).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş