Allahdan olan müdriklik son dərəcədə dəyərlidir
1 Bə’ziləri hesab edirlər ki, Yehovanın Şahidləri gərək öz qüvvələrini bəşəriyyətin ən zəruri problemlərinin həllinə yönəltsinlər. Belə adamlar Müqəddəs Kitab əsasında apardığımız maarifləndirmə fəaliyyətinin necə gözəl nəticələr gətirdiyini başa düşmürlər. Həvari Pavel yazırdı: “Çarmıx barədəki təbliğ həlak olanlar üçün ağılsızlıq, xilas olan bizlər üçün isə Allahın qüdrətidir” (1 Kor. 1:18). Biz bilirik ki, məsihçi xidməti bu gün yer üzündə görülən işlərdən ən zərurisidir.
2 Həyatı artıq indidən yaxşılaşdırır. Bəşəriyyətin problemlərini həll etməkdə insanların imkanları çox məhduddur. Misal üçün, qanunvericilər get-gedə artan cinayətkarlığın qabağını ala bilmirlər. Sülh müqavilələri və sülhməramlı qüvvələr müharibələrə son qoymağa müvəffəq olmamışlar. İctimai proqramlar yoxsulluğu aradan qaldırmağa qadir deyildir (Məz. 146:3, 4; Yer. 8:9). Bunun əksinə olaraq, Padşahlıq haqqındakı xəbər artıq milyonlarla insanların Allaha məqbul olan yeni mənliyi geyinmələrinə kömək edərək, həyatlarını dəyişib (Rom. 12:2; Kolos. 3:9, 10). Onlar artıq indidən öz həyatlarını yaxşılaşdıra bilmişlər (1 Tim. 4:8).
3 Gözəl gələcək. Allahdan olan müdriklik yalnız qarşılaşdığımız problemlərin öhdəsindən gəlməkdə yox, həmçinin gələcəyimizi məqsədyönlü planlaşdırmaqda da kömək edir (Məz. 119:105). Belə müdriklik sayəsində biz dərk edirik ki, mövcud olan vəziyyəti dəyişmək sə’yi heç bir nəticə verməyəcək (Vaiz 1:15; Rom. 8:20). Biz çox sevinirik ki, həyatımızı sadəcə olaraq xülyaya bənzər məqsədlərə sərf etmirik! Bunun əvəzinə biz bütün qüvvəmizlə Yehovanın və’d etdiyi salehliyin ömür sürəcəyi “yeni göylər və yeni yer gözləyirik”. Yehovanın hökm günü yaxınlaşdıqca aydın olur ki, Allahdan gələn müdrikliyə arxalananlar düzgün seçim etmişlər (2 Pet. 3:10-13; Məz. 37:34).
4 “Bu dövrün... müdrikliyinə” güvənənlər hesab edirlər ki, Allahdan olan müdriklik praktiki deyil, lakin əslində bu bizim üçün ən zəruri olan müdriklikdir (1 Kor. 1:21; 2:6-8). Buna görə biz, yeganə “hikmətli olan” Allahın xəbərini bütün dünyada bəyan etməyə davam edirik (Rom. 14:26).