Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 8/04 s. 6
  • Xüsusi birgünlük konqresin yeni proqramı

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Xüsusi birgünlük konqresin yeni proqramı
  • Müqəddəs ibadətimiz 2004
  • Oxşar material
  • Xüsusi birgünlük konqres proqramının təkrarı
    Müqəddəs ibadətimiz 2004
  • Xüsusi birgünlük konqresin yeni proqramı
    Müqəddəs ibadətimiz 2005
  • «Necə dinlədiyinizə diqqət verin»
    Teokratik Xidmət Məktəbində təlim alırıq
  • Xüsusi birgünlük konqresin yeni proqramı
    Müqəddəs ibadətimiz 2006
Əlavə
Müqəddəs ibadətimiz 2004
km 8/04 s. 6

Xüsusi birgünlük konqresin yeni proqramı

Əgər biz xəbərdarlığı eşitmiş, lakin heç bir tədbir görməmişiksə, bunun nəticəsi çox fəlakətli ola bilər. Bundan daha vacibi isə Yehovanın ruhani nəsihətlərinə diqqət yetirməkdir. Növbəti xidmət ilində keçiriləcək xüsusi birgünlük konqresin proqramında məhz buna diqqət yetiriləcək. Konqresin mövzusu “Necə dinlədiyinizə diqqət verin” (Luka 8:18).

Birinci mə’ruzədə də’vət olunmuş mə’ruzəçi həvari Pavelin Allahdan ilham alaraq ibranilərə yazdığı məktubundakı nəsihətin bu gün necə tətbiq edilə biləcəyini nəzərdən keçirəcək. “Allahın nəsihətinə daima diqqət yetirin” adlı yekun mə’ruzədə isə, o, bizim hamımıza kömək edəcək ki, Yehovanı, Onun Oğlunu və “sadiq və ağıllı qul”u həqiqətən də dinləyib-dinləmədiyimizi yoxlayaq (Mat. 24:45).

Proqramın bə’zi hissələri xüsusilə ailələr üçün faydalı olacaq. “Allahın Kəlamını yayınmadan dinləyən ailələr” adlı mə’ruzə bizə kömək edəcək ki, dünyəvi şeylərin ruhaniliyimizi zəiflətməsinə yol verməyək. Bu mə’ruzə zamanı ruhani şeyləri ön plana qoymaq üçün həyatlarında dəyişikliklər edənlərdən müsahibə götürüləcək. “Gənclər, Allahın Kəlamını diqqətlə dinləyin — bu sizi möhkəmləndirəcək” adlı mə’ruzəyə məktəbdə, həmyaşıdları qarşısında və ya xidmətdə həqiqət tərəfdarı olan gənclərlə müsahibə daxildir. “Allahı dinləyən və öyrənən uşaqlar” adlı mə’ruzə, gənclərin öyrənmək qabiliyyətini lazımınca qiymətləndirməyimizə kömək edəcək. Gənclərlə və onların valideynlərilə olan müsahibələr isə, Yehovanın yollarını uşaqlıqdan öyrətməyin faydalı olduğunu görməyimizə kömək edəcək.

Şeytan “bütün dünyanı” aldatsa da, Yehova Öz sadiq xidmətçilərinə onların hansı yolla getməli olduqlarını göstərir (Vəhy 12:9: İş. 30:21). Allahın nəsihətinə diqqət yetirməklə və itaətkarlıqla həyatımızda tətbiq etməklə, bizi xoşbəxtliyə və əbədi həyata aparan müd­rikliyi əldə edirik (Sül. məs. 8:32-35).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş