Vilayət konqresi bizi Allahla yeriməyə təşviq edir
“Allahla yeriyin” adlı vilayət konqresində Yehovanın verdiyi “yol budur, bu yolda yeriyin” rəhbərliyi necə də aydın səsləndi! (İş. 30:21). Aldığımız tə’limlərin tətbiq edilməsi ‘nə cür hərəkət etdiyimizə diqqət verməkdə’ bizə kömək edəcək (Efes. 5:15). Öyrəndiyimiz şeylər üzərində düşünməyimiz ‘həqiqətdə... hərəkət etməyimizə’ kömək edəcək (3 Yəh. 3).
Bu il keçirilən vilayət konqresinin təkrarına hazırlaşmaq və iştirak etmək üçün şəxsi qeydlərindən və aşağıda gətirilən suallardan istifadə et. Təkrar oktyabrın 18-dən başlanan həftədə xidməti görüşdə keçiriləcək.
1. Narahat vaxtlarda yaşamasına baxmayaraq Hanok nəyin sayəsində Allahla yeriyirdi? (İbr. 11:1, 5, 6; Yəhuda 14, 15; “Narahat vaxtlarda Allahla yeriyin”).
2. Luka 16:10 ayəsində yazılan prinsipi həyatımızın hansı sahələrində tətbiq etmək olar? (“Ən balaca bir işdə sadiqsənmi?”).
3. a) Allahla yeriməkdə bizə kömək edən “Hoşea” kitabının 6-9-cu fəsillərindən öyrəndiyimiz 4 praktiki dərsi sadalayın (Hoş. 6:6, 7; 7:14; 8:7). b) “Hoşea” kitabının 10-14-cü fəsillərindəki daha hansı fikirlər Allahla yeriməkdə bizə kömək edir? (“Hoşeanın peyğəmbərliyi Allahla yeriməkdə bizə kömək edir” mə’ruzələr silsiləsi).
4. Nikahı möhkəmlətmək üçün məsihçi ər və arvadlar hansı praktiki məsləhətlərə riayət edə bilərlər? (Sül. məs. 12:4; Efes. 5:29; “Allahın birləşdirdiyini” ayırmayın”).
5. Yığıncaq görüşlərimizin müqəddəsliyinə lazımi hörmət göstəririk? (Vaiz 5:1; İş. 66:23; “Yığıncaq görüşlərimizin müqəddəsliyinə lazımi hörmət göstərin”).
6. a) Təbliğ fəaliyyətimizin hansı üç vacib sahəsini təhlil etməliyik ki, onda fəal surətdə iştirak etdiyimizə əmin olaq? (İş. 52:7; Zək. 8:23; Mark 6:34). b) “Bütün xalqlardan olan insanlar üçün xoş xəbər” broşürasının hansı cəhətdən xüsusilə pratiki olduğunu aşkar etmisiniz? (“Bütün xalqlardan olan insanlar üçün xoş xəbər”; “Başqa dildə danışanlara kömək edərkən”).
7. Yığıncağın yeni üzvlərinin Padşahlıq haqqındakı xəbəri əminliklə təbliğ etmələrinə biz necə kömək edə bilərik? (Hakim. 7:17; “Bir çox insanların xidmətdə bizə qoşulmalarına kömək edərkən”).
8. ‘Rəbbin böyük gününün yaxın’ olduğuna əminliyimizi necə göstəririk? (Tsef. 1:14; “Gözlə görülənə deyil, imana əsasən hərəkət edin”).
9. a) Büdrəməyin nəticəsi nə dərəcədə ciddidir? (Mark 9:42-48). b) Büdrəməkdən necə qaçına bilərik? (Məz. 119:165). c) Başqalarının büdrəməsinə səbəb olmaqdan necə qaçına bilərik? (1 Kor. 10:24; “Kimsənin büdrəməsinə səbəb” olmaqdan qaçının”).
10. Həyat yoldaşı axtararkən, səhhətimizin qayğısına qalarkən və kommersiya ilə məşğul olarkən tarazlığı necə qoruya bilərik? (Məz. 26:4; Mat. 6:25; 1 Tim. 6:9; “Ayıq olun”).
11. a) İsanın, ona göstərilən qonaqpərvərliyə olan münasibətində diqqətəlayiq olan nədir? (Luka 10:42; 24:32). b) Başqalarına və bizə təravət gətirən istirahətə olan ehtiyaclarımızı necə tə’min edə bilərik? (1 Kor. 10:31-33; “Təravət gətirən faydalı işlər”).
12. 23-cü Məzmura əsasən Yehovanın “qoyunları” kimi biz hansı xeyr-duaları alırıq və bizim hansı məs’uliyyətlərimiz var? (1 Kor. 10:21; “Yehova bizim Çobanımızdır”).
13. Allahdan ilham almış “hər fürsətdən istifadə edin” məsləhətinə məsihçilər necə diqqət yetirirlər? (Efes. 5:16; “Hər fürsətdən istifadə edin”).
14. a) Vəhy 14:7 ayəsində yazılan “hökm vaxtı” özünə nəyi daxil edir? b) Böyük Babildən həqiqətən də ayrıldığımızı necə sübut edirik? (“Oyaq durun” — hökm vaxtı gəldi”). c) “Oyaq durun!” broşürasından sənin nə xoşuna gəldi?
15. “Düz yolu” tərk etməmək üçün bizə lazım olan üç xüsusiyyəti sadalayın (2 Pet. 2:15; “Düz yolu tərk etməmək üçün ehtiyat tədbirləri gör”).
16. Gənclər “pislərin yolundan” necə qaçına bilərlər? (Sül. məs. 4:14; “Gənclər, düzgünlük yolu ilə gedin”).
17. a) Pavel hansı sahələrdə mətanətliliyə dair gözəl nümunə idi? (Həv. iş. 14:19, 20; 16:25-33). b) Həqiqi ibadətin düşmənlərindən nəyə görə qorxmaq lazım deyil? (Dram və mə’ruzə “Müqavimətə baxmayaraq, əsaslı surətdə şahidlik edin”).
18. Allahla yeriyənləri hansı xeyir-dualar gözləyir? (“Allahla yeriyərək indi və əbədi xeyir-dualara malik oluruq”).
Gəlin səmavi Atamızla əbədiyyən yerimək üçün ‘arxadan eşitdiyimiz səsə’ diqqət yetirməyə qəti qərarlı olaq (İş. 30:21; Yəh. 3:36).