Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 11/04 s. 1
  • Kömək əlini uzada bilərsənmi?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Kömək əlini uzada bilərsənmi?
  • Müqəddəs ibadətimiz 2004
  • Oxşar material
  • Başqalarına kömək etmək istəyirsənmi?
    Müqəddəs ibadətimiz 2002
  • Yehovanın yaşlı xidmətçilərini qiymətləndir
    Müqəddəs ibadətimiz 2002
  • Dəvət edə bilərsən?
    Müqəddəs ibadətimiz 2013
  • Asanlıqla əldə edilən kömək
    Müqəddəs ibadətimiz 2006
Əlavə
Müqəddəs ibadətimiz 2004
km 11/04 s. 1

Kömək əlini uzada bilərsənmi?

1 Yehova sadiq xidmətçilərinə kömək əlini uzatmaq üçün həmişə imkanlar axtarır (2 Tarix. 16:9; İş. 41:10, 13). Onu qayğıkeş çobanla müqayisə edərək, İşaya yazmışdır: “Sürüsünü çoban kimi güdəcək, əli ilə quzuları toplayacaq və sinəsində daşıyacaq və əmzikli olanları ehtiyatla otaracaq” (İş. 40:11). Gəlin Yehovanın məhəbbət dolu qayğıkeşliyini necə təqlid edə biləcəyimizin bə’zi üsullarını nəzərdən keçirək.

2 Yeni gələnlərə kömək əlini uzat. Yığıncağa yeni gələnləri ruhlandırıcı ünsiyyətə də’vət etməklə, onlara kömək əlimizi uzada bilərik (Sül. məs. 13:20). Yığıncağa gəlməyə başlayanda başqalarının ona kömək əllərini necə uzatdıqlarını xatırlayan bir qardaş deyir: “Bir ailə məni bir neçə dəfə öz ailəvi öyrənməsinə də’vət etmişdi. Mən ruhən böyüyəndə isə, pioner kimi xidmət edən cavan ər-arvad məni müntəzəm olaraq bütün günlük xidmətə götürməyə başladılar. Biz həmişə çoxlu ruhani söhbətlər edirdik”. O əlavə edir: “Məsihçi olmazdan əvvəl mən cümə və şənbə günləri gecə yarısına qədər gəzir və əylənirdim. Lakin indi bacı və qardaşlarla keçirdiyim vaxt ünsiyyətə olan tələbatımı ödəyir”. Yığıncağın bu qardaşa məhəbbətlə maraq göstərməsi, ona imanda kök salmağa və inkişaf etməyə kömək etdi. O, hal-hazırda Beyt-Eldə xidmət edir (Kolos. 2:6, 7).

3 Bir-birinizi ruhən inkişaf etdirin. Biz çətin vəziyyətə düşən qardaşlarımıza kömək əlimizi uzada bilərik. Zəif sağlamlığı olan təbliğçi ilə telefon vasitəsilə təbliğ edə və ya onu özünlə Müqəddəs Kitab öyrənməsinə apara, yaxud da öyrənən adamı onun evinə gətirə bilərsənmi? Balaca uşaqları olan və təbliğ xidməti zamanı məmnuniyyətlə kömək qəbul edən bacı və ya qardaşı tanıyırsanmı? Yığıncağınızda təkrar baş çəkmək işində və ya xidmətin başqa növlərində iştirak etmək üçün kömək axtaran utancaq təbliğçilər varmı? Bacı və qardaşlara duyduğumuz səmimi məhəbbət və qayğıkeşlik hissi bizi təşviq edəcək ki, onları ruhən inkişaf etdirmək üçün imkanlar axtaraq (Rom. 14:19).

4 Yehovanın Öz xidmətçilərinə göstərdiyi səmimi qayğıkeşliyi təqlid edərək, biz bir-birimizi möhkəmləndirir, yığıncağın məhəbbətdə inkişaf etməsinə kömək edir və səmavi Atamızı izzətləndiririk (Efes. 4:16).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş