Suallar qutusu
◼ Yığıncaqda aldığımız tapşırıqlara necə yanaşmalıyıq?
Yehovanın xalqının yığıncağındakı nizam-intizama ümumi sə’ylər sayəsində riayət olunur (1 Kor. 14:33, 40). Yalnız bir yığıncaq görüşünün keçirilməsi üçün nələr tələb olunduğu barədə fikirləş. Proqramdan əlavə görüşdən qabaq və sonra görüləsi işlər çoxdur, buna görə də bacı və qardaşlara müxtəlif tapşırıqlar verilir. Adətən nəzərə çarpmayan işləri də yerinə yetirmək vacibdir. Bizlərdən hər birimiz bu işlərdə necə iştirak edə bilərik?
Öz köməyini təklif et. Hazırlıq ruhu göstərənlər üçün həmişə iş tapılacaqdır (Məz. 110:3). Xəstələrin və yaşlıların qayğısına qal. Padşahlıq Zalının yığışdırılmasına kömək et. Bizdən xüsusilə xahiş edilmədən, bir çox faydalı işlər görə bilərik. Sadəcə kömək etmək arzumuz olmalıdır.
Təvazökarlıqla xidmət et. Təvazökar insanlar başqalarına xidmət etməyə şaddırlar (Luka 9:48). Təvazökarlıq bizə üzərimizə yerinə yetirə biləcəyimizdən artıq işlər götürməməyimizə kömək edəcək. Həmçinin təvazökarlıq bizi səlahiyyətlərimizdən kənara çıxmaqdan saxlayacaq (Sül. məs. 11:2).
E’tibarlı ol. Musaya qədim İsraildə məs’ul vəzifələrə “həqiqət adamları”, yə’ni e’tibarlı adamlar tə’yin etmək məsləhəti verildi (Çıx. 18:21). Bu xüsusiyyətə bizim günlərimizdə də ehtiyac var. Aldığın hər bir tapşırığı vicdanla yerinə yetir (Luka 16:10). Əgər sənə tapşırılan işi yerinə yetirə bilmirsənsə, qayğı göstər ki, sən olmayanda həmin işi başqası yerinə yetirsin.
Əlindən gələni et. Məsihçilər hətta dünyəvi işlərində belə canla-başla çalışmalıdırlar (Kolos. 3:22-24). Allahın Padşahlığı naminə çalışarkən, bu cür etməyimiz xüsusilə vacibdir. Bizə əhəmiyyətsiz kimi görünən iş tapşırılsa belə, onu yaxşı yerinə yetirsək, yığıncağa çoxlu fayda gətirər.
Bizə verilən hər bir tapşırıq Yehovaya və qardaşlarımıza məhəbbət göstərmək üçün gözəl imkan yaradır (Mat. 22:37-39). Gəlin bizə e’tibar olunan hər bir tapşırığı sə’ylə yerinə yetirək!