Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 1/05 s. 7
  • Suallar qutusu

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Suallar qutusu
  • Müqəddəs ibadətimiz 2005
  • Oxşar material
  • Fəlakətdən zərərçəkənlərə necə kömək edə bilərik?
    Məsihi həyatı və ibadəti. İş dəftəri 2023
  • Biz necə kömək edə bilərik?
    Müqəddəs ibadətimiz 2005
  • Beytellərdə görülən iş
    Yehova Allahın müasir xalqı
  • Padşahlıq işinə dəstək olaq
    Allahın iradəsini yerinə yetirən təşkilat!
Əlavə
Müqəddəs ibadətimiz 2005
km 1/05 s. 7

Suallar qutusu

◼ Başqa ölkələrdə ehtiyacı olan bacı-qardaşlar üçün etdiyimiz könüllü ianələri hara göndərməliyik?

Vaxtaşırı olaraq başqa ölkələrdə yaşayan bacı və qardaşların tə’qiblər, təbii fəlakətlər və ya digər çətin şəraitlər ucbatından maddi ehtiyac içində olduqları haqda eşidirik. Bə’zi qardaşlar pul vəsaitlərini birbaşa belə ölkələrdə yerləşən filiallara göndərir və xahiş edirdilər ki, pul konkret bacı və ya qardaşa, yığıncağa çatdırılsın, yaxud da müəyyən tikinti layihəsi üçün istifadə edilsin (2 Kor. 8:1-4).

Həmimanlılara göstərilən bu cür məhəbbət dolu qayğı tə’rifəlayiqdir. Lakin çox vaxt ianə verənin düşündüyündən daha zəruri tələbatlar ola bilər. Bə’zi hallarda isə göndərilən pul çatana qədər, həmən ehtiyacların qayğısına artıq qalınmışdır. Əlbəttə, biz əmin ola bilərik ki, ianəçinin ümumdünya işi, Padşahlıq Zalları fondu və ya təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün yerli filiala göndərdiyi pul vəsaiti, onun nəzərdə tutduğu kimi istifadə ediləcəkdir.

Bütün filiallarda xidmət edən qardaşlar yaxşı hazırlıq keçiblər ki, gözlənilməz hadisələr yaranan zaman dərhal qardaşların ehtiyaclarının qayğısına qalsınlar. Hər ehtimala qarşı filial yaranan vəziyyət barədə Rəhbərlik şurasına dərhal xəbər verir. Əlavə kömək lazım gəlirsə, Rəhbərlik şurası yaxınlıqda yerləşən filiallara kömək üçün müraciət edə bilər, yaxud maddi yardım birbaşa mərkəzi idarədən göndərilə bilər (2 Kor. 8:14, 15).

Buna görə də ümumdünya işinə, başqa ölkələrdəki tikinti layihələrinə və ya təbii fəlakətlərin nəticəsinin aradan qaldırılması üçün edilən ianələri ya birbaşa, ya da yığıncaq vasitəsilə yaşadığın ölkənin filialına göndərmək lazımdır. «Sadiq və ağıllı qul» Rəhbərlik şurasının tə’yin etdiyi yerli təşkilat vasitəsilə ümumdünya qardaşlığının ehtiyaclarının qayğısına lazımi tərzdə qalır (Mat. 24:45-47; 1 Kor. 14:33, 40).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş