Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 5/05 s. 5
  • Ailə qrafiki: gündəlik ayə

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Ailə qrafiki: gündəlik ayə
  • Müqəddəs ibadətimiz 2005
  • Oxşar material
  • Praktiki ailə qrafiki tərtib et
    Müqəddəs ibadətimiz 2005
  • «Müqəddəs Yazıları hər gün araşdırın» broşüründən bəhrələnirsiniz?
    Məsihi həyatı və ibadəti. İş dəftəri 2020
  • Ailə başçıları, yaxşı ruhani qrafikə riayət edin
    Müqəddəs ibadətimiz 2002
  • Təbliğ xidməti üçün görüşlərdə artıq gündəlik ayə müzakirə olunmayacaq
    Müqəddəs ibadətimiz 2011
Əlavə
Müqəddəs ibadətimiz 2005
km 5/05 s. 5

Ailə qrafiki: gündəlik ayə

1 Qayğıkeş valideynlər öz övladlarını yaxşı qidalandırmaq üçün hər gün sə’ylə çalışırlar. Lakin onları Allahın Kəlamındakı ruhani qida ilə tə’min etmək bundan da vacibdir (Mat. 4:4). Məsələn, siz bütün ailə ilə birlikdə gündəlik Müqəddəs Kitab ayəsini və ona verilən şərhi müzakirə etməklə, uşaqlarınızda sağlam ruhani iştaha inkişaf etdirə və onların ‘qurtuluş üçün böyümələrinə’ kömək edə bilərsiniz (1 Pet. 2:2, İ–93). Bunu nə vaxt etmək daha yaxşı olardı?

2 Yemək vaxtı. Gününüzü Müqəddəs Kitab ayəsinin müzakirəsi ilə başlamağınız, bütün gün ərzində Yehovanı yadda saxlamağınıza kömək edəcək (Məz. 16:8). Bir bacı, gündəlik ayəni və ona verilən şərhi səhər yeməyi zamanı, oğlu məktəbə getməzdən əvvəl onunla birlikdə oxuyub müzakirə etmək qərarına gəldi. Hər səhər Müqəddəs Kitab fikirlərinin müzakirəsi və dua ilə başlanırdı. Bu, ona millətçilik ruhuna uymamağa, əxlaqsız şirnikdirici tə’sirlərə müqavimət göstərməyə və həqiqət haqqında şagirdlərə və müəllimlərə cəsarətlə danışmağa kömək etdi. Məktəbdə yeganə Şahid olmasına baxmayaraq, o, özünü heç vaxt tənha hiss etmirdi.

3 Əgər ayəni səhərlər müzakirə etmək bir o qədər də əlverişli deyilsə, bunu günün başqa vaxtı, məsələn, axşam yeməyi zamanı etmək olar. Bundan əlavə, bə’zi ailələrdə bir-birləri ilə təbliğdə baş verən hadisələri və xoşlarına gələn Müqəddəs Kitab fikirlərini bölüşürlər. Çoxlarında bu kimi ailəvi görüşlərlə bağlı səmimi xatirələr qalmışdır.

4 Yatmazdan əvvəl. Bə’zi ailələr üçün gündəlik ayəni müzakirə etməyin ən yaxşı vaxtı yatmağa getməzdən əvvəldir. Bu, birlikdə dua etmək üçün də gözəl imkandır. Uşaqlarınız hər gün Yehova haqqında danışdığınızı və Ona dua etdiyinizi eşidəndə, O, onlar üçün real şəxsiyyətə çevrilir.

5 Qoy Yehova «Müqəddəs Yazıları gündəlik araşdırmaq» broşürası vasitəsilə uşaqlarınıza həqiqəti aşılamaq sə’yinizə xeyir-dua versin!

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş