İctimai yerlərdə müvəffəqiyyətlə təbliğ edirik
1. Müasir məsihçilər I əsrin məsihçilərini təqlid edərək, ictimai yerlərdə necə şahidlik edirlər və bu hansı nəticələri gətirir?
1 İsanın erkən şagirdləri kimi, müasir məsihçilər də hər yerdə insanlarla xoş xəbəri bölüşməyə çalışırlar (Həv. iş. 16:13; 17:17; 20:20, 21). Onların Allahın Kəlamını ictimai yerlərdə təbliğ etmək sə’yləri sayəsində, heç vaxt evdə tapa bilmədikləri insanlar xoş xəbərə maraq göstərir.
2. İctimai yerlərdə təbliğ edərkən nə üçün dərrakəli olmaq gərəkdir və nizam-intizama riayət etmək üçün nə edə bilərik?
2 İctimai yerlərdə müvəffəqiyyətlə təbliğ etmək üçün dərrakəli olmaq gərəkdir. Yaxşı olardı ki, özümüzə həddindən artıq diqqət cəlb etməyək. Məsələn, əgər eyni sahədə və ya ticarət yerlərində çoxlu təbliğçi təbliğ edirsə, bə’zi adamlar özlərini narahat hiss edə bilərlər. Təbliğə bu cür münasibət fəaliyyətimizi dəyərsiz edə və arzu olunan nəticələrə nail olmağa mane ola bilər. Bunun baş verməməsi üçün biz nə edə bilərik? Ərazisində təbliğ üçün çoxlu ictimai yerləri olan bə’zi yığıncaqlar onları ayrı-ayrı sahələrə bölmək qərarına gəlmişlər (1 Kor. 14:40). Yığıncağın xidməti komitəsinin başqa yığıncağa kömək göstərməyi xahiş etdiyi hallardan savayı, yalnız bizim yığıncağa tə’yin olunan ərazidə təbliğ etsək, nizam-intizama riayət etmiş oluruq. («Bizim Padşahlıq Xidmətimiz»in 1998-ci il noyabr sayında s. 5, 6, abz. 18, 19 bax, rus.)
3. İctimai yerlərdə müvəffəqiyyətlə təbliğ etmək üçün hansı üsuldan istifadə etmək olar?
3 İnsanlarla söhbətə başlamağın üsulu. İsa quyunun yanında bir qadınla söhbətə sadə bir sualla başladı. O, qadının maraqlandığını gördükdə söhbətinə davam etdi (Yəh. 4:7-26). Bu üsul müəyyən şəraitlərdə bu gün də effektlidir. Bə’zi təbliğçilər əmin olmuşlar ki, Padşahlıq haqqında söhbətə başlamazdan əvvəl insanı salamladıqda və işlərinin necə getdiyi ilə maraqlandıqda, ictimai yerlərdə təbliğ etmək daha asan olur. Onlar, ərazilərində yaşayan insanları maraqlandıran mövzulara toxunurlar, bu isə məzmunlu söhbətlərə gətirib çıxarır. İnsanlar öz narahatçılıqları ilə bölüşəndə, təbliğçilər onlara diqqətlə qulaq asırlar. Sonra isə Müqəddəs Kitabın verdiyi təsəlli haqqında danışırlar (Rom. 15:4).
4. İnsanın marağını necə inkişaf etdirmək olar?
4 Göstərilən marağı inkişaf etdirmək. İnsanların göstərdikləri hər bir marağı inkişaf etdirməyə çalışmalıyıq. Bunu necə edə bilərik? Söhbətin sonunda qeyd dəftərçəsini çıxarıb deyə bilərsən: «Sizinlə söhbət etmək mənə çox xoş gəldi. Söhbətimizi başqa vaxt davam etdirə bilərikmi?» Və ya bu cür demək olar: «Mən sizə bir maraqlı məqalə vermək istəyirəm, əminəm ki, xoşunuza gələcək. Onu evinizə və ya iş yerinizə gətirə bilərəmmi?» Bə’zi təbliğçilər isə sadəcə olaraq soruşurlar: «Sizinlə necə əlaqə saxlamaq olar?» Adətən belə hallarda insanlar yaxşı münasibət göstərirlər.
5. İctimai yerlərdə təbliğ edərkən nəyə çalışmalıyıq?
5 Xoş xəbəri ilk dəfə ictimai yerlərdə eşidən insanların çoxu Müqəddəs Kitabı öyrənməyə başlamışlar. Bu insanlarla öyrənməni onların evlərində, iş yerlərində və ya münasib olan başqa yerlərdə, eləcə də telefon vasitəsilə keçirmək olar. Gəlin ictimai yerlərdə müvəffəqiyyətlə təbliğ edərkən Müqəddəs Kitab öyrənməsi başlamağa çalışaq.