Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 6/06 s. 1
  • Tə’rifləyərək səmimi maraq göstər

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Tə’rifləyərək səmimi maraq göstər
  • Müqəddəs ibadətimiz 2006
  • Oxşar material
  • Tə’rif ruhlandırır
    Müqəddəs ibadətimiz 2003
  • İmanı möhkəmləndirmək üçün yaxşı söz söylə
    Allahın məhəbbətindən ayrılmayın
  • Xidmətdə bir-birinizi ruhlandırın
    Müqəddəs ibadətimiz 2008
  • İnsanlara diqqətlə yanaşaraq onlara səmimi maraq göstər
    Müqəddəs ibadətimiz 2005
Əlavə
Müqəddəs ibadətimiz 2006
km 6/06 s. 1

Tə’rifləyərək səmimi maraq göstər

1 Səmimi tə’rif insanların əhval-ruhiyyəsini qaldırır, onları hərəkətə təşviq edir və sevinc gətirir. Bir çox təbliğçilər fikir vermişlər ki, xidmət zamanı ürəkdən söylənilən tə’rif sözləri insanlarda xoş xəbərə qulaq asmağa həvəs oyadır. Adamlarla xoş xəbəri bölüşərkən onları necə tə’rifləyə bilərik?

2 Diqqətlə müşahidə et. İzzətlənmiş İsa Kiçik Asiyanın yeddi yığıncağının yaxşı işlərini razılıqla qeyd etdi (Vəhy 2:2, 3, 13, 19; 3:8). Eynilə, xidmət zamanı rastlaşdığımız insanlara səmimi maraq göstəririksə, bu onları tə’rifləmək üçün səbəblər axtarmağa təşviq edəcək. Məsələn, səliqəli həyət, valideynin uşaqlarına bəslədiyi zərif məhəbbət və ya ev sahibinin dostcasına gülümsünməsi və salamlaması — bütün bunlar tə’rifləmək üçün səbəblərdir. Sən diqqətlə müşahidə edərək, tə’rifləmək üçün imkanlardan istifadə edirsənmi?

3 Diqqətli dinləyici ol. Həmsöhbətinə münasib suallar verərək onu öz fikirləri ilə bölüşməyə təşviq et. Sonra dediklərinə hörmətlə və diqqətlə qulaq as (Rom. 12:10). Beləliklə, səmimi qəlbdən tə’rifləmək üçün onların dediklərindən tə’rifəlayiq bir fikir tapacaq və sonra əsasını qoyduğun ümumi mövzu ətrafında söhbəti davam etdirə biləcəksən.

4 Müdrik davran. Ev sahibi Müqəddəs Kitab həqiqətinə zidd olan bir şey deyərsə, nə etməliyik? Yanlış fikirlə razılaşmadığını göstərməkdənsə, fikrini söylədiyi üçün ev sahibinə minnətdarlığını bildir və söhbəti «görürəm ki, siz həqiqətən də bu mövzu ilə maraqlanırsınız» kimi sözlərlə davam etdir (Kolos. 4:6). Hətta insan mübahisə etməyə meylli olduqda belə, çox vaxt onu mövzu ilə səmimi maraqlandığı üçün tə’rifləyə bilərik. Bu cür mülayim rəftar xoş xəbərə qətiyyətlə müqavimət göstərən adamı da yumşalda bilər (Sül. məs. 25:15).

5 Tə’rifin dəyərli olması üçün biz səmimi olmalıyıq. Belə ruhlandırıcı sözlər Yehovanı izzətləndirir və insanları Padşahlıq haqqında xəbərə cəlb edə bilər.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş