Jurnal üçün təqdiməni necə hazırlamaq olar?
1 Əgər «Bizim Padşahlıq Xidmətimiz»in hər bir sayında jurnallar üçün təqdimələr çap olunursa, bəs nə üçün özümüz də təqdimə hazırlamalıyıq? Nümunə üçün verilən bu təqdimələr çoxlarına kömək olsa da, təbliğçi öz təqdiməsini hazırlamalıdır. Bir ərazi üçün yararlı olan təqdimə, digərinə uyğun gəlməyə bilər. Buna görə də fikirləşməməliyik ki, çap olunmuş təqdiməni sözbəsöz təkrar etmək lazımdır. Nümunə üçün olan təqdimədən istifadə etmək qərarına gəlsək də, oradakı fikirləri öz sözlərimizlə desək daha yaxşı olar.
2 Məqalə seç. Jurnalı oxuyandan sonra, yaşadığın əraziyə uyğun olan və xüsusilə xoşuna gələn məqaləni seç. Həvəslə və əminliklə insanın diqqətini həmin məqaləyə yönəldəndə, onda jurnalı oxumaq istəyi oyana bilər. Yaşadığınız ərazidə insanların əksəriyyətinə maraqlı gələcək məqaləni seçdikdən sonra, digər məqalələrin məzmunu ilə də tanış ol. Bunun sayəsində başqa mövzu ilə maraqlanan adama rast gələndə söhbəti dəyişə biləcəksən.
3 Sual ver. Təqdiməyə necə başlayacağını ətraflı düşün. Bu, çox vacibdir. Seçdiyin məqaləyə maraq oyatmaq üçün düşündürücü sual vermək yaxşı olar. Ən yaxşı üsul insanın nöqteyi-nəzərini öyrənmək üçün sual verməkdir. Çalış ki, adamı pis vəziyyətdə qoyan və ya özünü müdafiə etməyə məcbur edən suallar verməyəsən.
4 Müqəddəs Kitabdan ayə oxu. Müqəddəs Kitabdan ayə seç və əgər insanın şəraiti yol verərsə, onu oxu. Ayəni seçdiyin məqalədən də götürə bilərsən. Belə etdikdə, insan çatdırdığın xəbərin Allahın Kəlamından olduğunu görəcək (1 Salon. 2:13). Həmin adam jurnalı götürməsə də, Müqəddəs Yazılardan oxuduğun sözlər gözəl şahidlik olacaq. Bə’zən Müqəddəs Kitab ayəsini sual verməzdən əvvəl oxuyanda, insanda məqaləyə maraq oyanır. Ayə oxumazdan əvvəl demək olar: «Bu ayədə deyilənlər barədə fikrinizi bilmək istəyərdim». Sonra insanın marağını artırmaq üçün onun diqqətini jurnaldakı müvafiq fikrə yönəldərək qısaca mə’lumat ver və jurnalı təklif et.
5 Jurnalların təqdiməsi üçün qəti tələblər yoxdur. Ümumiyyətlə, yaxşı olardı ki, təqdimə qısa və sadə olsun. Xoşuna gələn və yaxşı nəticələr gətirən təqdimələrdən istifadə et. Diqqətini jurnallarımızın nə dərəcədə dəyərli olduğuna cəmləşdir və həvəslə danış. Yaxşı hazırlaşsan, «Gözətçi Qülləsi» və «Oyanın!» jurnallarını ‘əbədi həyata meylli olanlara’ daha yaxşı təklif edə biləcəksən (Həv. iş. 13:48, YD).
[Oyrənilmə üçün olan suallar]
1. Nəyə görə «Bizim Padşahlıq Xidmətimiz»də verilən təqdimələri əzbərləməkdənsə, öz təqdiməmizi hazırlasaq daha yaxşı olar?
2. Məqalə seçərkən nəyi nəzərə almaq lazımdır?
3. Təqdiməyə necə başlamaq yaxşı olar?
4. Şərait imkan verərsə, ayə oxumaq nə üçün faydalıdır?
5. Jurnallar üçün təqdimə hazırlayarkən nəyi yadda saxlamaq lazımdır?