Bizə sərvət e’tibar edilib
1 Həvari Pavel Allahdan aldığı təbliğ etmək tapşırığını qiymətləndirdiyi üçün məktublarından birində onu ‘sərvət’ adlandırmışdı (2 Kor. 4:7). Bu tapşırığı yerinə yetirərkən o, çətinliklər və müqavimətlərlə üzləşmişdi. Həvari quruda və suda çətin, qorxulu yollar qə’t etmişdi. Bəs biz Paveli təqlid etdiyimizi və xidmətimizi yüksək qiymətləndirdiyimizi necə göstərə bilərik? (Rom. 11:13). Xidmətimizi misilsiz sərvət edən nədir?
2 Misilsiz sərvət. Sərvət, var-dövlət insana çox zaman ürəkağrısı, qayğı gətirir, onun faydası da məhdud və müvəqqətidir. Ancaq bizim xidmətimiz özümüzə və başqalarına tükənməz fayda gətirir (1 Tim. 4:16). Onun sayəsində səmimi insanlar Yehovanı tanıyır, həyatlarında lazımi dəyişikliklər edir. Onlarda əbədi həyata həqiqi ümid yaranır (Rom. 10:13-15). Xidmətimizi dəyərləndirəndə, həyatımız mə’na ilə dolur, məmnunluq hissi və sevincli ümidə sahib oluruq (1 Kor. 15:58).
3 Sənə e’tibar edilmiş sərvəti qiymətləndir. Qiymətli bir şey üçün insan çox şeydən keçər. Vaxtımızı və gücümüzü Yehovanı izzətləndirməyə sərf etmək necə də böyük üstünlükdür! (Efes. 5:16, 17). Həyat tərzimiz ruhani şeyləri maddi şeylərdən daha çox qiymətləndirdiyimizi göstərməlidir. Bizə həvalə edilən xoş xəbər misilsiz olduğu üçün onu böyük həvəslə təbliğ etməli, xoş xəbəri çatdırmaq üçün hər bir fürsətdən istifadə etməliyik.
4 Adətən insan öz sərvətini başqalarından gizlətmir, əksinə, onu nümayiş etdirməyə çalışır. Əgər biz də xidmətimizə bir sərvət kimi baxsaq, onda onu həyatımızın ən vacib hissəsi edəcəyik (Mat. 5:14-16). Gəlin bizə e’tibar edilmiş sərvətə görə Allaha bütün qəlbimizlə minnətdar olaq və hər zaman həvari Paveli təqlid edək. Gəlin xidmətimizi sərvət kimi qiymətləndirdiyimizi hər şəraitdə göstərək.