Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 10/07 s. 8
  • Hamımız qarşılıqlı olaraq ruhlanaq

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Hamımız qarşılıqlı olaraq ruhlanaq
  • Müqəddəs ibadətimiz 2007
  • Oxşar material
  • Bulus Allaha şükür etdi və ürəkləndi
    Məsihi həyatı və ibadəti iş dəftəri 2019
  • Onlar bizə xidmət etmək üçün can qoyurlar
    Məsihi həyatı və ibadəti. İş dəftəri 2023
  • Allahın xalqının qayğısına qalan nəzarətçilər
    Allahın iradəsini yerinə yetirən təşkilat!
  • Rayon nəzarətçiləri
    Yehova Allahın müasir xalqı
Əlavə
Müqəddəs ibadətimiz 2007
km 10/07 s. 8

Hamımız qarşılıqlı olaraq ruhlanaq

1 Həvari Pavel Romadakı yığıncağa yazmışdı: «Mə’nən qüvvətli olmanıza görə sizə ruhani bir ən’am bəxş etmək üçün sizi görməyi çox arzulayıram, daha doğrusu, mən aranızda ikən, sizdə və məndə olan müştərək iman vasitəsilə təşviq olunaq» (Rom. 1:11, 12). Bizim günlərdə də səyyar nəzarətçilərin başçəkmələri qarşılıqlı olaraq ruhlanmağımız üçün eyni cür imkanlar yaradır.

2 Yığıncaq. Rayon nəzarətçisinin başçəkməsi yığıncaqlarda adətən üç ay qabaqdan e’lan edilir. Bunun sayəsində başçəkmədən tam faydalanmaq üçün işlərimizi qabaqcadan planlaşdırmağa vaxtımız olur (Efes. 5:15, 16). Əgər sən işləyirsənsə, həmin həftə ərzində xidmətdə iştirak etmək üçün yəqin işdən icazə ala bilərsən. Bə’zi təbliğçilər başçəkmə olan ay ərzində köməkçi pioner olmağı planlaşdırırlar. Əgər həmin vaxtı harasa getməyi qərara almısansa, dəyişiklik edə bilərsənmi?

3 Rayon nəzarətçisinin başçəkməsinin əsas məqsədi xidmət zamanı təbliğçiləri ruhlandırmaq və tə’lim verməkdir. Onunla və ya əgər evlidirsə, həyat yoldaşı ilə xidmət etməyi xahiş edə bilərsənmi? Rayon nəzarətçisinə müxtəlif təbliğçilərlə, o cümlədən, daha az təcrübəsi və bacarığı olan təbliğçilərlə xidmət etmək xoşdur. Onun etdiyi təqdimələrdən hamı özü üçün nə isə öyrənə və nəzakətlə verdiyi məsləhətləri tətbiq edə bilər (1 Kor. 4:16, 17). Onu yeməyə də’vət etdikdə isə ruhlandırıcı ünsiyyət üçün daha bir şərait yaranır (İbr. 13:2). Rayon nəzarətçisi çıxışlarını yığıncağın tələbatlarına uyğunlaşdırdığı üçün diqqətlə qulaq as.

4 Rayon nəzarətçisi. Həvari Pavel xidmət etdiyi qardaşlardan heç də fərqlənmirdi. O da çətinliklərlə, narahatçılıqlarla üzləşir, başqalarının onu ruhlandırmasını qiymətləndirirdi (2 Kor. 11:26-28). Həbsdə olan Pavelin Romaya gəldiyini biləndə oradakı yığıncağın məsihçilərindən bə’ziləri 74 km uzunluğunda məsafəni qət edib Appius bazarına gəldilər! «Pavel onları gördükdə Allaha şükür etdi və ruhlandı» (Həv. iş. 28:15). Sən də öz rayon nəzarətçinizi ruhlandıra bilərsən. Onun başçəkməsini həvəslə dəstəkləyərək ona ‘ikiqat hörmət’ göstər (1 Tim. 5:17). Sənin üçün etdiklərinə görə ürəkdən minnətdar olduğunu həm sözlərinlə, həm də əməllərinlə bildir. Sənin imanını, məhəbbət və dözümünü görmək rayon nəzarətçisini və onun həyat yoldaşını sevindirəcək (2 Salon. 1:3, 4).

5 Yaşadığımız ‘çətin anlarda’ kimin ruhlandırılmağa ehtiyacı yoxdur? (2 Tim. 3:1). Elə indidən rayon nəzarətçisi ilə xüsusi fəaliyyət həftəsində tam iştirak etməyi qərara al. Hamımız, həm səyyar nəzarətçilər, həm də təbliğçilər bir-birimizi qarşılıqlı ruhlandıra bilərik. Belə etməklə, biz həm də ‘bir-birimizə təskinlik verib, bir-birimizi inkişaf etdirəcəyik’ (1 Salon. 5:11).

[Öyrənilmə üçün olan suallar]

1. Səyyar nəzarətçilərin başçəkmələri hansı xüsusi imkanlar yaradır?

2. Rayon nəzarətçisinin başçəkməsi nə üçün qabaqcadan e’lan edilir?

3. Rayon nəzarətçisinin başçəkməsi zamanı ruhlanmaq üçün şəxsən nə edə bilərik?

4. Biz öz rayon nəzarətçimizi necə ruhlandıra bilərik?

5. Nə üçün hamımızın ruhlanmağa ehtiyacı var?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş