Tərəqqi edən təbliğçi ol
1 Xidmətçilərinin ruhani cəhətdən inkişaf etdiyini görmək səmavi Atamızı sevindirir. Bu həm də xoş xəbərin yetkin və yaxşı təbliğçisi kimi inkişaf etməyi özünə daxil edir. Pavel nəzarətçi kimi xidmət edən Timoteyi oxumaqla və təlim verməklə məşğul olmağa təşviq edirdi ki, onun tərəqqisi hamıya aşkar olsun (1 Tim. 4:13-15). Hətta təcrübəli təbliğçi olsaq da, hər birimiz xidmətimizi daha keyfiyyətli etməyə çalışmalıyıq.
2 Qarşına məqsədlər qoy. Tərəqqi etmək üçün qarşımıza məqsədlər qoymalıyıq. Bunlar hansılar ola bilər? Ruhani qılıncımız olan Müqəddəs Kitabı daha məharətlə istifadə etməyə çalışa bilərik (Efes. 6:17). Ola bilsin, bəzi sahələri, məsələn, telefonla şahidlik verməyi, küçədə və işgüzar ərazidə təbliğ etməyi yaxşılaşdırmaq lazımdır. Yaxud da bizə daha səmərəli təkrar başçəkmələr etməyi öyrənmək lazım gələ bilər. Qarşımıza qoya biləcəyimiz digər tərifəlayiq məqsəd Müqəddəs Kitab öyrənməsi başlamaq və keçirmək bacarığımızı yaxşılaşdırmaqdır.
3 İnkişafımıza kömək. Yığıncaq görüşləri, xüsusilə də Teokratik Xidmət Məktəbi və Xidməti görüş bizə xidmətdə tərəqqi etməyə kömək etmək üçün nəzərdə tutulub. Görüşlərə hazırlaşmağa və onlarda iştirak etməyə, eləcə də verilən məsləhətləri yerinə yetirməyə nə qədər çox səy göstərsək, bir o qədər çox fayda əldə edəcəyik (2 Kor. 9:6).
4 Tərəqqi etmək üçün bir-birimizə kömək etməliyik (Sül. məs. 27:17). Əməkdaşımızın təqdiməsinə diqqətlə qulaq asmağın xidmətdə bizə böyük faydası olacaq. Bundan başqa, kitaböyrənmə nəzarətçisi şəxsən bizə kömək göstərilməsi üçün tədbir görə bilər. Təcrübəli pionerin və ya hər hansı təbliğçinin bizə xidmətdə daha səmərəli olmağa və böyük sevinc əldə etməyə kömək etməsi əsl xeyir-duadır! Kitaböyrənməndə yeni təbliğçi varmı? Yəqin özün təşəbbüs göstərib onu xidmətə dəvət edə bilərsən.
5 Bu gün görülən ən vacib iş məsihçi xidmətimizdir. Yehovaya ‘həmd qurbanı’ təqdim etdiyimiz üçün Ona hər şeyin ən yaxşısını vermək istəyirik (İbr. 13:15). Əgər biz xidmətdə tərəqqi etməyə çalışırıqsa, «utanmağa əsası olmayan və həqiqət sözünü doğruluqla öyrədən bir işçi» olacağıq (2 Tim. 2:15).