Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 5/08 s. 4
  • Sərvətlərə sahib ola bilərsən!

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Sərvətlərə sahib ola bilərsən!
  • Müqəddəs ibadətimiz 2008
  • Oxşar material
  • Pioner xidmətinin gətirdiyi xeyir-dualar
    Müqəddəs ibadətimiz 2003
  • Təbliğ etmək vaxtı indidir!
    Müqəddəs ibadətimiz 2005
  • ‘Fəaliyyət üçün geniş qapıdanʼ girə bilərsənmi?
    Müqəddəs ibadətimiz 2007
Müqəddəs ibadətimiz 2008
km 5/08 s. 4

Sərvətlərə sahib ola bilərsən!

1. Daimi pioner xidməti haqqında düşünməyə nə üçün dəyər?

1 Həyatının daha sevincli və məmnunedici olmasını istəyirsənmi? İnsanlara kömək etmək xoşuna gəlirmi? Yehovaya xidmətini genişləndirmək ürəyindən keçirmi? Əgər bu suallardan hansınasa «bəli» cavabı verirsənsə, onda daimi pioner xidməti haqqında düşün. Əlbəttə, bu zaman ailəni, Müqəddəs Kitabın qoyduğu başqa məsuliyyətləri, o cümlədən zəif səhhət və əlilliyi də nəzərə almaq lazımdır.

2. Daimi pionerlərin əldə etdikləri bəzi ruhani sərvətləri sadala.

2 Süleymanın Allahdan ilham alaraq yazdığı sözlərdə Yehovanın xeyir-duaları maddi sərvətlərlə əlaqələndirilir (Sül. məs. 10:22). Bu gün Yehovanın xeyir-duaları əsas etibarilə ruhani sərvət gətirir. Daimi pionerlərin bu cür sərvəti aşıb-daşır. Məsələn, onlar vaxtı şəxsi işlərindən satın aldıqları üçün verməyin gətirdiyi daha böyük bəxtiyarlığı duyurlar (Kolos. 4:5; Həv. iş. 20:35). Yehova onların məhəbbətdən irəli gələrək çəkdikləri əməyi görür və qiymətləndirir. Göydə yığılan bu cür xəzinələr heç vaxt dəyərini itirməyəcək (Mat. 6:20; İbr. 6:10). Bundan başqa, ‘gözlərini sağlam’ saxladıqları və Yehovanın lazım olan şeylərlə təmin etdiyinə inandıqları üçün pionerlərin Allahla münasibətləri möhkəmlənir (Mat. 6:22, 25, 32; İbr. 13:5, 6).

3. Ruhani sərvətlərə can atmaqla var-dövlət arxasınca qaçmaq arasında hansı fərq var?

3 Var-dövlət dalınca qaçmaq çox vaxt «mənasız və ziyanverici ehtiraslara» səbəb olur (1 Tim. 6:9, 10; Yaq. 5:1-3). Ancaq Yehovanın xeyir-duaları heç vaxt buna gətirib çıxarmır. Vaxtlarının çox hissəsini xidmətə sərf etmələri sayəsində daimi pionerlər ruhani tarazlığı qoruyur və diqqətlərini ən üstün dəyərlərə cəmləşdirə bilirlər (Filip. 1:10). Mühəndis işləyən bir qardaş pioner xidmətinə başlamaq üçün vaxtının çox hissəsini alan işdən çıxdı. O deyir: «Mənim işim çox gərgin idi. Ancaq pioner xidməti belə deyil. İndi insanlara kömək edir və həqiqəti onlara öyrədirəm. Bu, daha məmnunedici və maraqlıdır».

4. Daimi pionerlər başqalarına xeyir-dua gətirərkən özləri necə xeyir-dualanırlar?

4 Başqaları üçün xeyir-dua. Bu gün hər kəs ‘çətin anlarla’ üzləşir (2 Tim. 3:1). Bütün insanların ümidə son dərəcə ehtiyacları var. Padşahlığın təbliğçiləri xoş xəbərə hay verən insanların üzündəki ümidsizliyin nikbinliklə əvəz olunmasını öz gözləri ilə görməkdən sevinc duyurlar. İnsanların həyatını xilas edən bu işə ildə 800-dən çox saat sərf edən daimi pionerin sevinci görün nə qədər böyükdür (1 Tim. 4:16).

5, 6. Daimi pioner olmağa sənə nə kömək edə bilər?

5 Daimi pioner kimi xidmət etmək barədə ciddi düşünürsənmi? Bunun üçün ‘hər fürsətdən istifadə etmək’, yəni o qədər də vacib olmayan işlərə ayırdığın vaxtı azaltmaq tələb oluna bilər (Efes. 5:15, 16). Çoxları belə edərək həyatlarını sadələşdirmiş, bunun sayəsində təbliğə daha çox vaxt ayırmaq üçün işə sərf etdikləri vaxtı azalda bilmişlər. Sən də işlərini elə düzüb qoşa bilərsənmi ki, onlara qoşulasan?

6 Yaxşı cədvəl qurmaq üçün Yehovadan müdriklik istə (Yaq. 1:5). Əvəzində hansı xeyir-duaları gözləyə bilərsən? Bol-bol ruhani sərvətlər! Yehova həm də ehtiyaclarını ödəmək üçün sənə maddi cəhətdən də xeyir-dua verəcək (Mat. 6:33). Yehovanı bu sahədə sınayanlar ‘ehtiyaclarından da çox bərəkət’ alacaqlar (Mal. 3:10).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş