Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 8/08 s. 1
  • Rayon konqresinin yeni proqramı

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Rayon konqresinin yeni proqramı
  • Müqəddəs ibadətimiz 2008
  • Oxşar material
  • Təbliğçilər üçün kömək
    Müqəddəs ibadətimiz 2010
  • Rayon konqresi ruhaniliyimizi qorumağa kömək edir
    Müqəddəs ibadətimiz 2009
  • Rayon konqresinin yeni proqramı
    Müqəddəs ibadətimiz 2007
  • Rayon konqresinin yeni proqramı
    Müqəddəs ibadətimiz 2004
Müqəddəs ibadətimiz 2008
km 8/08 s. 1

Rayon konqresinin yeni proqramı

Həqiqi ibadətə amansızcasına müqavimət göstərənlərə qarşı durmaq necə mümkündür? Bizi daima allahsız dünyaya geri çəkməyə çalışan qüvvələri necə dəf edə bilərik? 2009-cu ilin rayon konqresi bu vacib suallara cavab verəcək. Konqres «Pisliyə yaxşılıq ilə qalib gəl» adlanır (Rom. 12:21). Gəlin proqramın mövzusuna nəzər salaq.

Vilayət nəzarətçisi «Pisliyə yaxşılıq ilə qalib gəlmək üçün möhkəmlənmişik», «Özünəarxayınlıqdan özünüzü gözləyin!», «Tezliklə bütün pisliklərə son qoyulacaq!», «Dünyaya qalib gəlmək üçün imanımızı möhkəmləndiririk» adlı məruzələrlə çıxış edəcək. Rayon nəzarətçisi Romalılara 13:11-13 ayələrinə əsaslanmış «İndi ayıq qalmaq zamanıdır!» və Süleymanın məsəlləri 24:10 ayəsinə əsaslanmış «Dar gündə taqətdən düşmə» adlı məruzələri təqdim edəcək. Biz həmçinin rayon nəzarətçisinin «Rayonun tələbatları» ilə çıxış etməsini də səbirsizliklə gözləyirik. Daha bir ruhlandırıcı məruzə «Pioner kimi ‘xidmət edə’ bilərsənmi?» adlanır. İki məruzələr silsiləsindən birincisi «İblisin hiylələrinə qarşı durun» adlanır. Bu bizə texnologiya, əyləncə və təhsil sahəsində İblisin məkrli hiylələrini tanımağa və onları rədd etməyə kömək edəcək. «Bu pis gündə Şeytana müqavimət göstərmək üçün güc əldə et» adlı məruzələr silsiləsi Efeslilərə 6:10-18 ayələrindəki ilhamlanmış məsləhətə daha çox necə əməl edəcəyimizi göstərəcək.

Pislik üzərində tam qələbə çalmaq Padşahlıq xəbərini təbliğ etməklə birbaşa əlaqəlidir (Vəhy 12:17). Şeytanın Yehovanın Şahidlərinə amansızcasına hücum etməsi heç də təəccüb doğurmur! (Yeşaya 43:10, 12). Lakin İblis acı müvəffəqiyyətsizliyə uğrayacaq, çünki biz ‘pisliyə yaxşılıq ilə qalib gəlməyə’ qəti qərarlıyıq. Rayon konqresinin dörd hissəsindən də tam fayda əldə etmək üçün lazımi tədbirləri görün.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş