Telefonla şahidlik etmək səmərəli ola bilər
1. Telefonla şahidlik etmək nə üçün xidmətimizin vacib hissəsi hesab oluna bilər?
1 Xidmətimizi icra edərkən nə üçün telefonla şahidlik etmək barədə də düşünməliyik? Çünki bu, xilas gətirən dəqiq biliyi əldə etmələri üçün insanlara kömək etməyin bir üsuludur (2 Pet. 3:9). Allahın Padşahlığı haqda xoş xəbəri təbliğ etməyin başlıca üsulu evdən-evə təbliğ etmək olsa da, evdə tapılmayan adamlara şahidlik etmək üçün biz başqa üsullardan da istifadə edirik (Mat. 24:14; Luka 10:1-7; Vəhy 14:6).
2. Telefonla şahidlik necə təşkil olunur?
2 Necə təşkil olunur? Təbliğçilərin həm evdən-evə təbliğ etmələri üçün tədbirlər görülür, həm də telefonla şahidlik etmələri üçün onlara sahələr verilir. Telefonla tək və ya iki-üç nəfərdən ibarət qrup şəklində şahidlik etmək olar. Bunun üçün sakit və rahat yer seçmək lazımdır. Çoxları masa arxasında oturub, adətən evdən-evə təbliğ edərkən istifadə etdikləri əşyaları əllərinin altında hazır saxlayırlar.
3. Telefonla təbliğ edərkən nəyi yadda saxlamalıyıq?
3 Telefonla necə şahidlik etməli? Telefonla şahidlik edərkən təqdimə danışıq üslubunda söylənilməlidir. Telefonla yenicə təbliğ etməyə başlayanlar təqdiməni ev sahibi üçün oxuya bilərlər, lakin bunu danışıq üslubunda deməyə çalışmalıdırlar. «Müqəddəs Kitab əsasında söhbət etmək üçün mövzular» broşürasındakı, «Bizim Padşahlıq Xidmətimiz»dəki təqdimələr və «Həqiqəti öyrənmək istəyirsinizmi?» traktatı bu sahədə bizə kömək edə bilər. Təqdimə hazırlayarkən çatdırmaq istədiyin xəbəri, verəcəyin sualı müəyyən et və ona cavab verən bir neçə ayə hazırla. Adətən bu zaman evdən-evə təbliğdə paylanılan nəşrlər təklif olunur. Növbəti amilləri unutma: özünü sıxma və tələsmədən danış. Nəzakətli, səbirli və mehriban ol, çünki bu, özünü telefonla danışarkən büruzə verə bilər. Ev sahibi fikirlərini söyləyərkən qulaq as, sonra da onun fikirlərini nəzərə al və minnətdarlığını bildir. Diqqətli ol ki, könüllü ianəni qeyd etməyəsən, çünki bunu yanlış olaraq telefonla ianə yığma üsulu kimi başa düşə bilərlər.
4. Telefonla şahidlik etməyin sayəsində bizə verilən sahəni daha yaxşı necə işləyə bilərik?
4 Telefonla təbliğ edərkən xəstə, yaxud evdən-evə təbliğ edərkən işdə olduğu üçün evdə çətin tapılan adamlara şahidlik edə bilərsən. Bir başqaları isə mühafizə olunan və ya hər adama daxil olmağa icazə verilməyən binalarda yaşayırlar. Buna görə də xidməti daha tam və əsaslı şəkildə icra etməyə çalışarkən şahidlik etməyin səmərəli üsulu olan telefonla şahidlik etmək haqda düşün.