Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 4/10 s. 1
  • İnandırıcı şəkildə öyrət

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • İnandırıcı şəkildə öyrət
  • Müqəddəs ibadətimiz 2010
  • Oxşar material
  • Ayələri düzgün izah et
    Teokratik Xidmət Məktəbində təlim alırıq
  • Allahın Kəlamını müdafiə edirsənmi?
    Müqəddəs ibadətimiz 2007
  • ‘Ruhun qılıncından’ məharətlə istifadə et
    Gözətçi qülləsi 2010
  • Allahın sözünün misilsiz gücü
    Gözətçi qülləsi 2017
Əlavə
Müqəddəs ibadətimiz 2010
km 4/10 s. 1

İnandırıcı şəkildə öyrət

1. Xidmətdə Allahın Kəlamından səmərəli şəkildə istifadə etmək əsasən özünə nəyi daxil edir?

1 Məharətli təbliǧçi Pavel kimi başa düşür ki, ‘həqiqət sözünü doǧruluqla öyrətmək’ özünə Müqəddəs Kitabdan sitat gətirməkdən daha çox şeyi daxil edir (2 Tim. 2:15). Xidmətdə Allahın Kəlamından istifadə edərkən inandırıcı tərzdə necə öyrədə bilərik? (Həv. iş. 28:23).

2. İnsanların Allahın Kəlamına daha çox hörmət etməsinə necə kömək edə bilərik?

2 Qoy Allahın Kəlamı danışsın. İlk növbədə, diqqəti Müqəddəs Kitaba elə yönəlt ki, dinləyicilər orada Allahın müdrikliyinin olduǧunu hörmətlə qəbul etsinlər. Allahın Kəlamına olan etibarımız bizi dinləyənləri oxuduǧumuz ayələrə daha çox diqqət yetirməyə təşviq edə bilər (İbr. 4:12). Biz sadəcə olaraq deyə bilərik: «Mən buna dair Allahın nə dediyini öyrənməyin faydalı olduǧuna şəxsən özüm əmin olmuşam. Zəhmət olmasa, Onun Kəlamında nə deyildiyinə diqqət yetirin». İmkan yaranan kimi birbaşa Müqəddəs Kitaba müraciət edərək onun danışmasına yol ver.

3. Ayəni oxuduqdan sonra bizi dinləyən insanın onu başa düşməsi üçün nə edə bilərik?

3 Sonra oxuduǧun ayəni izah et. İlk dəfə oxunan ayələri başa düşmək bəzi insanlar üçün çətindir. Çox vaxt biz ayənin müzakirə olunan mövzu ilə necə baǧlı olduǧunu izah edirik (Luka 24:26, 27). Əsas fikirləri vurǧula. Sual vermək sənə dinləyicinin bu ayəni aydın başa düşüb-düşmədiyini ayırd etməyə kömək edəcək (Sül. məs. 20:5; Həv. iş. 8:30).

4. İnandırıcı tərzdə öyrətmək üçün sonuncu vacib olan addım hansıdır?

4 Müqəddəs Yazılar əsasında mülahizə yürüt. Daha sonra, onun zehninə və ürəyinə yol tapmaǧa çalış. Təbliǧ etdiyin adama ayənin şəxsən ona hansı aidiyyəti olduǧunu görməyə kömək et. Müqəddəs Kitab əsasında mülahizə yürütmək insanı düşüncə tərzini dəyişməyə sövq edə bilər (Həv. iş. 17:2—4; 19:8). Misal üçün, Yeşaya 42:8 (KM) ayəsini oxuduqdan sonra kiminsə adını bilməyin onunla münasibətlər qurmaqda əsas amil olduǧunu deyə bilərik. Sonra isə soruşa bilərsən: «Necə fikirləşirsiniz, Allahın adını bilmək dualarımızı daha dolǧun edə bilərmi?» Ayəni təbliǧ etdiyimiz insanın şəxsi həyatı ilə bu cür əlaqələndirmək onun praktiki faydasını göstərir. Allahın Kəlamı vasitəsilə belə inandırıcı tərzdə öyrətmək səmimi-qəlbli insanları həqiqi və yaşayan Allaha, Yehovaya ibadət etməyə təşviq edəcək (Yer. 10:10).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş