Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 7/11 s. 1
  • «Şəfqətli» olun

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • «Şəfqətli» olun
  • Müqəddəs ibadətimiz 2011
  • Oxşar material
  • Allahın mərhəmətini əks etdirək
    Gözətçi qülləsi 2017
  • Şəfqətdən irəli gələn xidmətimiz
    Müqəddəs ibadətimiz 2006
  • «Hər cür insana» şəfqət göstərək
    Gözətçi qülləsi 2018
  • Böyük müsibətə hazırsınız?
    Gözətçi qülləsi 2023
Əlavə
Müqəddəs ibadətimiz 2011
km 7/11 s. 1

«Şəfqətli» olun

1. Bu gün insanlar nəyə ehtiyac duyurlar?

1 Bəşər tarixində heç vaxt insanların bu qədər çox şəfqətə və köməyə ehtiyacı olmamışdır. Getdikcə pisləşən bu dünyada məyusluq, depressiya və ümidsizlik kimi hisslər geniş vüsət alır. Milyonlarla insan köməyə möhtacdır və bir məsihçi kimi yaxınlarımıza səmimi qayğı göstərmək bizim borcumuzdur (Mat. 22:39; Qalat. 6:10). Bəs biz bunu necə edə bilərik?

2. Yaxınlarımıza necə şəfqət təzahür etdirə bilərik?

2 Şəfqət təzahür etdiririk. Əgər təsəlli Allahdan deyilsə, o, həqiqi və davamlı ola bilməz (2 Kor. 1:3, 4). Məhəbbətdən irəli gələrək Yehova bizi «şəfqətli» olmağa təşviq edir və yaxınlarımıza baş çəkərək Padşahlıq haqqında xoş xəbəri çatdırmağı həvalə edir (1 Pet. 3:8). Qəlbi sınıq olanlara təsəlli verməyin ən yaxşı üsulu bu işdə fəal iştirak etməkdir, çünki Allahın Padşahlığı əzab-əziyyət içində olan bəşəriyyətin yeganə ümid yeridir (Yeşaya 61:1). Yehova Öz xalqını sevdiyi üçün tezliklə bütün pislikləri aradan qaldıracaq və salehlik hökm sürəcək yeni dünya quracaq (2 Pet. 3:13).

3. İnsanlara münasibətimizdə İsanın düşüncə tərzini necə əks etdirə bilərik?

3 İnsanlara İsanın gözü ilə bax. Hətta böyük izdihama təbliğ edəndə belə, İsa qarşısındakı insanlara sadəcə bir kütlə kimi yanaşmırdı. O, onların hər birinə ruhani tələbatları olan fərdi şəxs kimi yanaşırdı. Onlar çobansız qoyun kimi idilər. Gördükləri İsaya güclü təsir etdi və bu, onu insanları səbirlə öyrətməyə təşviq etdi (Mark 6:34). İnsanlara İsanın gözü ilə baxmağımız bizi onlara səmimi şəfqət göstərməyə təşviq edəcək. Bu, səsimizin tonunda və üzümüzün ifadələrində əks olunacaq. Təbliğ etməyi özümüzə böyük bir şərəf sanacaq və sözlərimizi hər bir insanın vəziyyətinə uyğunlaşdırmağa çalışacağıq (1 Kor. 9:19—23).

4. Nəyə görə biz şəfqəti geyinməliyik?

4 Bütün millətlərdən olan böyük izdiham Padşahlıq haqda xoş xəbərə hay verir və biz onlara səmimi maraq göstərəndə bu, onları təravətləndirir. Biz şəfqəti geyinməklə şəfqətli Yehova Allahımızı izzətləndirəcək və məmnun edəcəyik (Kolos. 3:12).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş