«Yehovanın Şahidləri — xoş xəbəri bölüşmək üçün təşkil olunublar»
Yehovanın Şahidləri 100 ildən çoxdur ki, mütəşəkkil surətdə xoş xəbəri insanlarla bölüşürlər. Dünyada indiyədək görünməmiş ən böyük təbliğ kampaniyasında xoş xəbəri yüzlərlə dildə və 230-dan artıq ölkə və ərazidə bəyan edirik (Matta 24:14). Bu iş nə üçün vacibdir? Onun ümumdünya miqyasında həyata keçirilməsinə necə nail olunmuşdur? «Yehovanın Şahidləri — xoş xəbəri bölüşmək üçün təşkil olunublar» filmində beynəlxalq fəaliyyətimizin bir çox yönlərinə yaxından nəzər salınaraq bu suallara cavab verilir. Filmə baxdıqdan sonra aşağıdakı sualların üzərində düşün.
Bu film sənin 1) Yehovanın təşkilatının xoş xəbərin təbliği üçün göstərdiyi səyə (2 Tim. 4:2), 2) bütün dünyadakı Bet-El ailələrinə, 3) nəzarətçilərə və missionerlərə verilən təlimə (2 Tim. 2:2), 4) hər günə Müqəddəs Kitab ayəsini araşdırmaqla başlamağın və hər həftə yığıncaq görüşlərinə hazırlaşmağın vacibliyini anlamağa kömək etdiyinə (Həv. iş. 17:11), 5) məsihçi görüşlərinin gətirdiyi faydalara (İbr. 10:24, 25), 6) yer üzündə Cənnət bərpa olunan zaman əldə edəcəyin xeyir-dualara (Yeşaya 11:9), 7) məhsul yığımında şəxsən iştirak etdiyinə (Yəh. 4:35) görə minnətdarlığını necə artırdı?
Bu film maraqlananları Yehovanın Şahidlərinin ümumdünya miqyasında gördükləri işlə tanış etmək üçün əla vəsaitdir. 8) Bu filmi Müqəddəs Kitabı öyrətdiyimiz insanlara, qohumlarımıza və başqalarına nə vaxt göstərmək yaxşı olardı? 9) Bu filmi göstərdiyin insanlarda hansı xoş təəssüratlar yaranır?
Yehovanın həyata keçirdiyi işlərin üzərində düşündükcə biz məzmurçunun sözlərinə qoşuluruq: «Ya Rəbb Allahım, Sənə bənzəyən yoxdur! Bizə aid xariqələrin, düşüncələrin çoxdur. Onlardan danışmaq istəsəm, belə deyərdim: “Sayı-hesabı yoxdur”» (Məz. 40:5). Gəlin bu filmdən səmərəli şəkildə istifadə edərək başqalarına Yehovaya və Onun təşkilatına minnətdarlıqlarını artırmaqda kömək edək!