İki xırda pul
Biz padşahlığın maraqlarını necə dəstəkləyirik? Bunun vacib üsullarından biri ümumdünya təbliğ işinə ianə etməyimizdir. Bəs əgər imkanımız məhduddursa, onda necə?
Bir dəfə İsa məbədin xəzinə qabına iki xırda pul atan kasıb dul qadını gördü. Yehovaya olan məhəbbətindən irəli gələrək bu qadın «dolanmaq üçün nəyi vardısa, hamısını verdi» (Mark 12:41—44). İsanın qadının hərəkətinə diqqət yetirməsi etdiyi ianənin Allahın gözündə çox dəyərli olduğunu göstərdi. Eynilə, birinci əsrdəki məsihçilər də fikirləşmirdilər ki, xidməti maddi cəhətdən dəstəkləmək məsuliyyəti yalnız varlı məsihçilərin üzərinə düşür. Həvari Pavel makedoniyalıların nümunəsini çəkərək demişdi ki, onlar «yoxsul olmalarına» baxmayaraq, bəxşişlərini qəbul etməyi «dönə-dönə xahiş edirdilər» (2 Kor. 8:1—4).
Beləliklə, əgər bizim gücümüz yalnız «iki xırda pul» ianə etməyə çatırsa, unutmamalıyıq ki, bizim kiçik ianələrimiz yığılaraq böyük məbləğ ola bilər. Ürəkdən gələrək etdiyimiz ianələr səxavətli səmavi Atamızı razı salır. Axı O, «sevinclə verəni sevir» (2 Kor. 9:7).