Əgər kimsə deyirsə...
«Mən Müqəddəs Kitabı özüm oxuyuram və duada Allahdan xahiş edirəm ki, onu mənə başa düşməyə kömək etsin»
Belə demək olar: «Siz Müqəddəs Kitabı əvvəldən axıra qədər oxumusunuz?» Sonra əlavə etmək olar: «Müqəddəs Kitabı oxuyarkən siz Matta 28:19, 20 ayələrində maraqlı bir fikirlə qarşılaşacaqsınız. [Cavab verməsinə icazə ver.] Fikir verin ki, İsa peyğəmbər insanlara salehlik yollarını öyrətmək üçün öz davamçılarını göndərir. Bu səbəbdən Yehovanın Şahidləri hamıya təmənnasız olaraq Müqəddəs Kitabı evdə öyrənməyi təklif edirlər. Məşğələlər həftədə bir dəfə keçirilir və təxminən bir saat davam edir. İcazə verin, bir neçə dəqiqə ərzində belə məşğələlərin necə keçirildiyini sizə göstərim».
Həmçinin 316-cı və 317-ci səhifələrə bax.
«Mən hesab edirəm ki, din hər kəsin şəxsi işidir».
Belə demək olar: «Bu gün çoxları belə düşünür. Əgər Müqəddəs Kitab kimisə maraqlandırmırsa, biz başqalarının yanına gedirik. Bəs bilirsiniz, nəyə görə sizin yanınıza gəlmişəm? Mən İsanın davamçılarına verdiyi əmri yerinə yetirirəm (Mat. 24:14; 28:19, 20; 10:40)».