Rəsmi veb-saytımızdan şəxsi və ailəvi öyrənmədə istifadə et
Jurnalların son saylarını İnternetdə oxu. «Gözətçi qülləsi» və «Oyanın!» jurnallarının çap edilmiş nüsxələrini yığıncaqda almamışdan bir neçə həftə əvvəl İnternetdə oxu. Həmçinin jurnalların audioyazılarına qulaq as. (Daxil ol: Nəşrlər/Jurnallar.)
Yalnız veb-saytda çıxan materialları oxu. Bəzi materiallar, məsələn, «Gənc oxucularımız üçün», «Balacalar üçün», «Ailəvi viktorina» və «Gənclərin sualları» kimi rubrikalar indən sonra yalnız veb-saytımızda çıxacaq. İnternetə daxil ol və bu materiallardan şəxsi və ailəvi öyrənmə zamanı istifadə et. (Daxil ol: Müqəddəs Yazıların təlimləri/Uşaqlar və ya Müqəddəs Yazıların təlimləri/Yeniyetmələr.)
Son xəbərləri öyrən. Ruhlandırıcı hesabatları və xidmətdə baş vermiş hadisələri oxu və bütün dünyada təbliğ işinin necə inkişaf etdiyinə dair videorolikləri izlə. Təbii fəlakətlər və təqiblər barədə xəbərlər qardaşlarımızla bağlı dualarımızda konkret olmağa kömək edəcək (Yaq. 5:16). (Daxil ol: Xəbərlər.)
«Onlayn kitabxana»nın köməyilə axtarışlar apar. Əgər sizin dildə mövcuddursa, kompüter və ya mobil telefon vasitəsilə İnternetdə gündəlik ayəni oxu və son nəşrlərimizdə axtarışlar apar. (Daxil ol: Nəşrlər/Onlayn kitabxana və ya www.wol.jw.org.)
[4–cü səhifədəki çərçivə]
(Çərçivəyə nəşrin özündə baxın)
Təlimat
1 Şəklin və ya «Yüklə» linkinin üzərinə bas. Şəkil ekranda PDF formatında açılacaq. Vərəqi çap et, sualların cavabını tapması və öyrənməsi üçün uşağına ver.
2 Videoya baxmaq üçün «Pley» düyməsini bas.