Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 1/13 s. 1
  • Ətraflı şəhadət verin

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Ətraflı şəhadət verin
  • Müqəddəs ibadətimiz 2013
  • Oxşar material
  • Əsaslı surətdə şahidlik etməyə qətiyyətli ol
    Gözətçi qülləsi 2008
  • “Əsaslı surətdə şahidlik edərkən” sə’y göstər
    Müqəddəs ibadətimiz 2003
  • Əsaslı surətdə şahidlik etməyə öyrədilmişik
    Gözətçi qülləsi 2005
  • Təbliğ edib əsaslı surətdə şahidlik edin
    Müqəddəs ibadətimiz 2003
Əlavə
Müqəddəs ibadətimiz 2013
km 1/13 s. 1

Ətraflı şəhadət verin

1. Həvari Pavel xidmətlə bağlı hansı yaxşı nümunəni qoyub?

1 «Xidmətini tam yerinə yetir» (2 Tim. 4:5). Həvari Pavel Timoteyə bu məsləhəti verərkən vicdanı təmiz idi. Bizim eranın 47-ci ilindən 56-cı ilinə qədər xüsusi təyinatlı müjdəçi kimi Pavel üçüncü səyahətini başa vurmuşdu. «Həvarilərin işləri» kitabında Pavelin «ətraflı şəhadət» verməsi dəfələrlə xatırlanır (Həv. iş. 23:11; 28:23). Bəs biz bunu necə edə bilərik?

2. Evdən-evə təbliğ zamanı ətraflı şəhadət vermək üçün nə edə bilərik?

2 Evdən-evə. Evdə tapa bilmədiyimiz insanların yanına müxtəlif vaxtlarda gəlməliyik ki, onlara xoş xəbəri çatdıraq. Adətən, ailə başçıları axşamlar və ya həftəsonları evdə olurlar. Təkrar-təkrar gəlməklə hər evdə heç olmasa bir nəfərlə söhbət etməyə çalışmalıyıq. Bəs əgər bütün cəhdlərinə baxmayaraq evdə heç kimi tapa bilmirsənsə, onda necə? Belə olan halda məktub yazmağın və ya zəng etməyin köməyi dəyə bilər.

3. İnsanlar qarşısında və qeyri-rəsmi şahidlik vermək üçün hansı imkanlar var?

3 İnsanlar qarşısında və qeyri-rəsmi şahidlik. Bu gün Allahın xidmətçiləri onlara qulaq asan hər kəsə «hikmət»i bəyan edirlər. Bəzən buna «bayırda» və ya «meydanlarda» rast gəlmək olar (Sül. məs. 1:20, 21). Gündəlik işlərimizlə məşğul olarkən şahidlik etməli olduğumuzu yadda saxlayırıqmı? Demək olarmı ki, biz bütün vaxtımızı Allahın sözünü yaymağa həsr edirik? (Həv. iş. 18:5). Əgər belədirsə, deməli, ətraflı şəhadət vermək məsuliyyətimizi yerinə yetiririk (Həv. iş. 10:42; 17:17; 20:20, 21, 24).

4. Dua etməyin və düşünməyin sayəsində necə əsaslı şəhadət verə bilərik?

4 Ancaq bəzən şəxsi zəifliklərimiz və ya utancaqlığımız ucbatından şahidlik verməyə çəkinə bilərik. Şübhəsiz, Yehova qabiliyyətlərimizin məhdud olduğunu başa düşür (Məz. 103:14). Lakin belə vəziyyətlə üzləşəndə Yehovaya dua edə bilərik ki, danışmaq üçün bizə cəsarət versin (Həv. iş. 4:29, 31). Həmçinin şəxsi öyrənmə ilə məşğul olmaqla və Allahın Kəlamı üzərində düşünməklə biz misilsiz dəyərə malik olan xoş xəbəri daha dərindən anlaya bilərik (Filip. 3:8). Bu, bizi xoş xəbəri səylə bəyan etməyə təşviq edəcək!

5. Yoel peyğəmbərin sözlərinin yerinə yetməsində biz necə iştirak edə bilərik?

5 Yoel peyğəmbər qabaqcadan demişdi ki, Yehovanın böyük və dəhşətli günü gələnə qədər Allahın xalqı yoldan çıxmayacaq və təbliğ etmək işində heç nə onların qarşısını ala bilməyəcək (Yoel 2:2, 7—9). Gəlin heç vaxt təkrarlanmayacaq bu şahidlik işində tam iştirak etmək üçün əlimizdən gələni edək!

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş