Köməkçi pioner kimi xidmət edəcəksənmi?
1. Xidmətimizi genişləndirmək üçün Xatirə gecəsi ərəfəsi nəyə görə münasib vaxtdır?
1 Xatirə gecəsi ərəfəsi xidmətimizi genişləndirmək üçün münasib vaxtdır. Bu, Yehovanın Oğlunu uğrumuzda qurban verərək göstərdiyi böyük məhəbbət üzərində düşünməyin əsil vaxtıdır (Yəh. 3:16). Minnətdarlıqdan irəli gələrək ürəyimiz Yehova və Onun bəşəriyyət üçün etdikləri barədə başqalarına danışmaq istəyi ilə alışıb-yanır (Yeşaya 12:4, 5; Luka 6:45). Həmçinin bu xüsusi kampaniyada iştirak etmək tanışlarımızı və yığıncağımızın ərazisində yaşayan insanları Xatirə gecəsinə dəvət etmək üçün əlverişli vaxtdır. Bu görüşdə iştirak edən insanların marağını sonradan inkişaf etdirə bilərik. Mart, aprel və may aylarında köməkçi pioner kimi xidmət etməklə xidmətini genişləndirə bilərsənmi?
2. Köməkçi pioner kimi xidmət etmək üçün mart ayı nəyə görə xüsusi aydır?
2 Mart — xüsusi ay. Mart ayı köməkçi pioner kimi xidmət etmək üçün xüsusilə əlverişlidir. Təbliğçilər öz şəraitlərinə uyğun olaraq 30 və ya 50 saatlıq normanı seçə bilərlər. Mart ayında yığıncağa rayon nəzarətçisi baş çəkən zaman köməkçi pionerlərin hamısı rayon nəzarətçisinin daimi və xüsusi pionerlərlə görüşündə əvvəldən-axıra kimi iştirak edəcəklər. Bu il martın 26-da keçiriləcək Xatirə gecəsinə ötən illərdə dəvət etdiyimiz insanları martın 1-dən başlayaraq dəvət edə bilərik. Üstəlik, mart ayında beş həftəsonu var. İlin ən xüsusi ayında bu xidmət növündə iştirak edib-edə bilməyəcəyini niyə də ciddi şəkildə götür-qoy etməyəsən?
3. Xidmətimizi artırmaq üçün necə planlar qura bilərik?
3 İndidən planlaşdır. Pioner kimi xidmət etmək üçün cədvəlinə nəzər salmağa və lazımi düzəlişlər etməyə indidən başla. Ailə üzvləri ilə əməkdaşlıq etmək vacibdir və buna görə də ailəvi ibadət zamanı ailənizin məqsədlərini müzakirə etməyə və cədvəl qurmağa vaxt ayırın (Sül. məs. 15:22). Əgər köməkçi pioner kimi xidmət edə bilmirsənsə, ruhdan düşmə. Cədvəlində dəyişikliklər etməklə gün ərzində daha çox xidmət edə bilərsən. Üstəlik, həftəarası da əlavə olaraq xidmətdə iştirak edə bilərsən.
4. Mart, aprel və may ayları ərzində xidmətdə fəal olmağın hansı faydaları olacaq?
4 Mart, aprel və may ayları ərzində xidmətimizi genişləndirməklə biz Yehovaya xidmətdən və xoş xəbəri başqaları ilə bölüşməkdən daha çox sevinc və məmnunluq duyacaqsan (Yəh. 4:34; Həv. iş. 20:35). Ən əsası, bizim fədakarlıqla xidmət etməyimiz Yehovaya sevinc gətirəcək (Sül. məs. 27:11).