Allahın Kəlamı təlim üçün faydalıdır
1. Hansı mövzu 2014-cü xidmət ilində keçiriləcək rayon konqresində müzakirə ediləcək və orada hansı suala cavab veriləcək?
1 «Dahi Nəsihətçi»miz Yehova kainatda ən yaxşı Müəllimdir (Yeşaya 30:20, 21, Yeni Dünya tərciməsi). Bəs Yehova bizə necə təlim verir? O, bizə bütün kitablardan qat-qat üstün olan bir kitabı — Özünün ilhamlanmış Kəlamı olan Müqəddəs Kitabı verib. Bəs ilahi təlim bizə fiziki, əqli, emosional və ruhani cəhətdən necə fayda verə bilər? Bu sualın cavabı 2014-cü xidmət ilində keçiriləcək rayon konqresində müzakirə ediləcək. Konqresin mövzusu 2 Timoteyə 3:16 ayəsinə əsasən, «Allahın Kəlamı təlim üçün faydalıdır» adlanır.
2. Konqresin əsas fikirləri hansı sualların cavablarına əsaslanıb?
2 Aşağıdakı əsas fikirlərə diqqət yetirin. Konqresin əsas fikirləri növbəti sualların cavablarına əsaslanıb:
• İlahi təlimlər həyatımıza necə təsir edir? (Yeşaya 48:17, 18)
• Əgər Yehovaya pioner kimi xidmət etmək üçün dəyişikliklər etsək, nəyə əmin ola bilərik? (Mal. 3:10)
• Yad təlimlərə münasibətimiz necə olmalıdır? (İbr. 13:9)
• Təlim verməkdə İsanı necə təqlid edə bilərik? (Mat. 7:28, 29)
• Nəyə görə yığıncaqda təlim verənlər özlərini öyrətməlidirlər? (Rom. 2:21)
• Allahın Kəlamının faydası nədədir? (2 Tim. 3:16)
• Millətlərin lərzəyə salınması nəyə gətirib çıxaracaq? (Haq. 2:6, 7)
• Yehova bizi nəyə əmin edir? (Efes. 5:1)
• Yehovanın təlimlərinə bağlı qalmaq üçün nəyə görə var gücümüzlə çalışmalıyıq? (Luka 13:24)
3. Nəyə görə bu konqresdə iştirak etmək və diqqətlə qulaq asmaq vacibdir?
3 Konqresin mövzusunun əsaslandığı ayəni yazmazdan qabaq, Pavel Timoteyə ünvanladığı ikinci məktubun 3-cü fəslinin əvvəlində axır günlərə xas olan çətin dövrü təsvir etmişdi. O yazmışdı: «Pis adamlar və fırıldaqçılar isə aldadıb aldanaraq daha da pis işlər görəcəklər» (2 Tim. 3:13). Deməli, aldanmamaq üçün ilahi təlimə qulaq asmaq və tətbiq etmək olduqca vacibdir. Buna görə də gəlin lap yerinə düşən bu konqresdə iştirak etməyə və diqqətlə qulaq asmağa qəti qərarlı olaq.