Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 4/14 s. 6—7
  • Cəlbedici tərtibatlı yeni bukletlər!

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Cəlbedici tərtibatlı yeni bukletlər!
  • Müqəddəs ibadətimiz 2014
  • Oxşar material
  • Xoş xəbəri təbliğ edərkən traktatlardan istifadə et
    Müqəddəs ibadətimiz 2012
  • Bukletlər vasitəsilə söhbətə necə başlamalı?
    Məsihi həyatı və ibadəti. İş dəftəri 2020
  • Allahın Sözündən istifadə et. O canlıdır!
    Gözətçi qülləsi 2014
  • Nümunə üçün təqdimələr
    Məsihi həyatı və ibadəti iş dəftəri 2016 (mwb16)
Əlavə
Müqəddəs ibadətimiz 2014
km 4/14 s. 6—7

Cəlbedici tərtibatlı yeni bukletlər!

1. Xidmətdə xüsusi məqsəd daşıyan hansı vəsaitləri əldə etmişik?

1 2013-cü ildə keçirilən «Allahın Sözü həqiqətdir!» adlı vilayət konqresində beş yeni buklet və 38 nömrəli «Padşahlıq haqqında xəbər» silsiləsindən «Ölülərin dirilməsi mümkündürmü?» bukletini almışıq. Bu altı bukletin hamısı da cəlbedici tərtibatdadır. Bu bukletlərin yeni formatda olmasının səbəbi nədədir? Biz onları evdən-evə təbliğdə səmərəli şəkildə necə təqdim edə bilərik?

2. Yeni tərtibat hansı məqsədə xidmət edir?

2 Yeni tərtibatın məqsədi. Evdən-evə effektiv təqdimə, adətən, dörd mərhələdən ibarət olur: 1) nöqteyi-nəzərə dair sual verib söhbəti başlamaq, 2) Müqəddəs Kitab ayəsi oxumaq, 3) oxuması üçün maraqlanana ədəbiyyat saxlamaq, 4) açıq sual saxlamaq və təkrar başçəkmənin vaxtını təyin etmək. Bu bukletlərin yeni tərtibatı bu dörd mərhələni asanlıqla keçməyə kömək edir.

3. Yeni bukletləri xidmətdə necə istifadə edə bilərik?

3 Onlardan necə istifadə etməli? 1) Salamlaşdıqdan sonra sakinə bukletin üzündə olan müxtəlif cavablı sualı göstərib onun fikrini soruş. 2) Bukleti aç və «Müqəddəs Kitabda nə deyilir?» başlığı altındakı məlumatı nəzərdən keçir. Şərait yol verirsə, ayəni birbaşa Müqəddəs Kitabdan oxu. Ev sakininin vaxtı varsa, «Bunun sizə hansı köməyi dəyə bilər?» başlığı altındakı məlumatı müzakirə et. 3) Sonra bukleti ona ver və qalan məlumatı oxumağa təşviq et. 4) Sağollaşmazdan öncə «Düşünün» başlığı altındakı sualı göstər və gələn dəfə Müqəddəs Kitabın bu suala verdiyi cavabı müzakirə etmək üçün vaxt təyin et.

4. Təkrar başçəkmə zamanı yeni bukletləri necə istifadə edə bilərik?

4 Təkrar başçəkmə etmək də asandır. Sadəcə olaraq, keçən dəfə açıq saxlanılan sualı cavablandırmaq üçün sonuncu səhifədə yerləşən ayələrdən istifadə et. Sonda isə «İlahi müjdə» broşürasının şəklini göstər və sonra həmin broşüradan müzakirə etdiyiniz mövzunun araşdırıldığı fəsli göstər və broşüranı ona ver. Əgər o, broşüranı götürsə, onda gələn dəfə bu broşüradan müzakirəni davam etdirmək üçün vaxt təyin et. Budur, sən artıq Müqəddəs Kitab öyrənməsinə başladın! Yaxud bu broşüranı təklif etmək əvəzinə, sən ona başqa buklet verə bilərsən ki, gələn dəfə onu müzakirə edəsiniz.

5. Traktat və bukletlərin xidmətdə rolu nədən ibarətdir?

5 Traktat və bukletlərdən artıq 130 ildən çoxdur ki, istifadə edilir. Ölçüləri müxtəlif olsa da, onlar çox effektli təbliğ vəsaitləridir. Gəlin indən belə də Müqəddəs Kitab biliklərini bütün dünyaya çatdıraq deyə bu yeni tərtibatlı vəsaitlərdən səmərəli istifadə edək (Sül. məs. 15:7a).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş