Qonaqpərvər olub «yaxşı şeylər»i bölüşün (Mat. 12:35a)
Şübhə yoxdur ki, hər birimiz qonaqpərvər olub başqaları ilə «yaxşı şeylər»i bölüşmək istəyirik (Rom. 12:13). Ağsaqqallara göstəriş verilib ki, dəvət olunmuş natiqlərin yol xərclərinin ödənilməsini və onların yeməyə dəvət olunmasını təşkil etsinlər. Lakin elə ola bilər ki, biz imkansızlıq ucbatından qonaqpərvərlik göstərməyə çəkinək, yaxud evimizə qonaq dəvət etməyə utanaq. İsanın Martaya verdiyi məsləhət bizə qonaqpərvərliyə düzgün yanaşmağa kömək edə bilər (Luka 10:39—42). O, vurğulamışdı ki, qonaqpərvərlikdə əsas şey dəm-dəsgah, yaxud evin təmiri yox, ürəkaçan ünsiyyətdir. Bu məsləhətə əməl etsək, hər birimiz bacı-qardaşlarımızla özümüzdə olan «yaxşı şeylər»i bölüşə bilərik. Elə Allahın Kəlamı da bizdən bunu tələb edir (3 Yəh. 5—8).