MƏSİHİ HƏYATI
Özünüzdə Allaha xoş gedən xüsusiyyətlər yetişdirin — təvazökarlıq
ƏHƏMİYYƏTİ:
- Təvazökarlıq Yehova Allahla dostluğa yol açan xüsusiyyətlərdən biridir (Zb 138:6). 
- Təvazökarlıq ətrafımızdakı insanlarla yaxşı münasibət saxlamağa kömək edir (Fp 2:3, 4). 
MƏSLƏHƏT:
- Məsləhət istəyin və məsləhətə əməl edin (Zb 141:5; Ms 19:20). 
- Başqalarının qulluğunda durun (Mt 20:25—27). 
- Müəyyən bacarığınız və məsuliyyətinizlə öyünməyin (Rm 12:3). 
Təvazökar insan olduğumu daha necə göstərə bilərəm?
«SƏDAQƏTİNİZİ SARSIDAN ŞEYLƏRDƏN QAÇIN — QÜRUR» ADLI VİDEOYA BAXANDAN SONRA NÖVBƏTİ SUALLARA CAVAB VERİN:
- Məsləhətə münasibətimiz nəyi üzə çıxarır? 
- Dua təvazökar olmağa necə kömək edir? 
- Təvazökar insan olduğumuzu necə göstərə bilərik?