Bacılar kişini ibadət görüşünə dəvət edir (Kuk adaları)
Nümunə təqdimatlar
«GÖZƏTÇİ QÜLLƏSİ»
Sual: Sizcə, mələklər bu gün bizə kömək edir?
Ayə: İb 1:14
Təklif: «Gözətçi qülləsi» jurnalının bu sayında mələklər barədə Müqəddəs Kitaba əsaslanan məlumat yazılıb. Orada həmçinin mələklərin bizə necə kömək etdiyi barədə oxuya bilərsiniz.
MÜQƏDDƏS KİTABDAN TƏLİM VER
Sual: Bəzi insanlar Müqəddəs Kitabın elmə zidd olduğunu düşünür. Bəs siz nə deyərdiniz?
Ayə: Əş 40:22
Həqiqət: Müqəddəs Kitab elmi mövzularda olduqca dəqiqdir.
İBADƏT GÖRÜŞÜNƏ DƏVƏTNAMƏ (inv)
Təklif: Mən sizi Müqəddəs Kitaba əsaslanmış məruzəni dinləməyə dəvət etmək istəyirəm. Bu məruzə bizim ibadət evimizdə söyləniləcək. [Dəvətnaməni ver, ibadət evinin ünvanını, həftəsonu keçirilən görüşün vaxtını və məruzənin adını qeyd et.]
Sual: İbadət görüşlərimizin necə keçirildiyini bilmək istəyərdiniz? [Münasibdirsə, «İbadət görüşlərimiz necə keçirilir?» adlı videonu göstər.]
ÖZ TƏQDİMATINI HAZIRLA
Bu təqdimatları nümunə götürərək öz təqdimatınızı hazırlayın.