Bu aydan etibarən «İş dəftəri»nin ilk səhifəsində artıq üç müxtəlif nümunə təqdimat yox, yeni rubrika olacaq. Bu yeni rubrika «Söhbət planı» adlanır. Bu rubrikaya üç plan daxildir. Hər plan sual, ayə və təkrar söhbət üçün zəmin qoyan keçiddən ibarətdir. Hər plana aid video hazırlanacaq və həftədə biri olmaqla yığıncaqda göstəriləcək. Təbliğçi plan üzrə çıxış hazırlayarkən dərs vəsaitini təklif edib–etməyəcəyini, yaxud hansı dərs vəsaitindən istifadə edəcəyini özü qərarlaşdıra bilər. Dərs vəsaitini həm ilk söhbət zamanı, həm də təkrar söhbət zamanı təqdim etmək olar. Yuxarıda da göründüyü kimi, «İş dəftəri»ndə iki təkrar söhbət üçün təkliflər çap olunacaq. Bu yenilik diqqətimizi «əbədi həyata aparan yolda yeriməyə meyli olanların hamısı»na təlim vermək məqsədinə cəmləməyə kömək edəcək (Hv 13:48).
Şagirdlərin tapşırıqları: əlavə göstəriş yoxdursa, şagird tapşırığını söhbət planı üzrə hazırlamalıdır.