ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | MƏTTA 12, 13
Buğda və alaq otu məsəli
İsa Məsih buğda və alaq otu məsəlindən istifadə edərək b. e. 33-cü ilində səpilən buğdanın, yəni məsh olunmuş məsihilərin bəşəriyyətin içərisindən necə və nə vaxt toplanacağını təsvir etmişdi.
«Öz tarlasında yaxşı toxum əkmiş adam»
- Əkinçi: İsa Məsih 
- Yaxşı toxum: İsa Məsihin müqəddəs ruhla məsh olunmuş davamçıları 
- Tarla: bəşəriyyət 
«Adamlar yatanda onun düşməni gəldi, buğdanın arasına alaq toxumu səpib getdi»
- Düşmən: İblis 
- Yatmış adamlar: həvarilərin ölümü 
«Qoy ikisi də biçinə qədər bir yerdə böyüsün»
- Buğda: məsh olunmuş məsihilər 
- Alaq otları: saxta məsihilər 
«Əvvəlcə alaq otlarını yığıb dərz bağlayın... sonra isə buğdanı... toplayın»
- Nökərlər/biçinçilər: mələklər 
- Alaq otları yığılır: saxta məsihilər məsh olunmuş məsihilərdən ayrılır 
- Anbara toplamaq: məsh olunmuş məsihilər yığıncaqlara toplanır 
Biçin mövsümü başlayanda həqiqi məsihilər saxta məsihilərdən nə ilə fərqləndi?
Bu məsəli başa düşməyimin mənə hansı faydası var?