MƏSİHİ HƏYATI
Yehovaya verdiyimiz bəxşiş
Yehovaya könüllü bəxşiş vermək istəyiriksə, bunu necə edə bilərik? (1Sm 29:5, 9, 14). Həm öz ərazimizdə, həm də bütün dünyada Yehovanın Şahidlərinin işini dəstəkləmək üçün könüllü ianələr etməyin müxtəlif yolları var. Aşağıda bunun bir neçə üsulu sadalanır.
İNTERNET VASİTƏSİLƏ EDİLƏN, YAXUD İANƏ QUTULARINA ATILAN İANƏLƏR NÖVBƏTİ İŞLƏR ÜÇÜN XƏRCLƏNİR:
ÜMUMDÜNYA İŞİ
filialların, tərcümə ofislərinin tikintisi və fəaliyyəti üçün
teokratik məktəblər üçün
xüsusi tamvaxtlı xidmətçilər üçün
təbii fəlakətlər zamanı yardım işi üçün
çap işi, video istehsalı, elektron nəşrlər üçün
YIĞINCAĞIN XƏRCLƏRİ
yığıncağın xərcləri, məsələn, ibadət evinin kommunal xərcləri və əsas təmir işləri üçün
yığıncaqların filiala müəyyən məbləğdə pul göndərməklə bağlı qəbul etdiyi qətnaməni həyata keçirmək üçün. Bu qətnamələr növbəti işlər üçün ola bilər:
dünya üzrə ibadət evlərinin və toplantı zallarının inşası
Ümumdünya Yardım Proqramı
digər ümumdünya işləri
TOPLANTILAR
Regional toplantılarda edilən ianələr ümumdünya işi üçün göndərilir. Regional, xüsusi və beynəlxalq toplantıların xərci ümumdünya işi üçün edilən ianələrin hesabına ödənilir.
Teokratik rayon üçün edilən ianələr toplantı yerinin icarəsi, istismarı, təmiri və rayonun digər xərcləri üçün istifadə olunur. Artıq qalan pul Yehovanın Şahidlərinin ümumdünya işi üçün ianə edilə bilər.