MƏSİHİ HƏYATI
Quraqlıq olan il nə edəcəksiniz?
İman və etibar bir-birilə sıx bağlıdır. Məsələn, Yehovaya ürəkdən inansaq, Onun bizi qoruyacağına və qeydimizə qalacağına etibar edəcəyik (Zb 23:1, 4; 78:22). Bu şər dünyanın sonuna yaxınlaşdıqca Şeytanın bizə hücumları daha da artacaq (Vh 12:12). Bəs bizə nə kömək edəcək?
«QURAQLIQ OLAN İL NƏ EDƏCƏKSİNİZ?» ADLI VİDEOYA BAXANDAN SONRA NÖVBƏTİ SUALLARA CAVAB VERİN:
Biz hansı mənada Ərəmya 17:8 ayəsində deyilən «ağaca» bənzəyirik?
«İsti»nin təmsil etdiyi problemlərdən biri hansıdır?
İsti ağaca necə təsir edir və nə üçün?
Şeytan nəyi məhv etmək istəyir?
Hansı mənada biz təcrübəli təyyarə sərnişini kimiyik?
Nəyə görə sadiq və ağıllı nökərə həmişə etibar etməliyik və etibarımız necə sınanacaq?
Ətrafdakılar bizə rişxənd etsə də, nəyə görə Müqəddəs Kitab prinsiplərinə etibar etməliyik?