SƏRİŞTƏLİ MÜJDƏÇİ OLUN | XİDMƏTDƏ SEVİNCİNİZİ ARTIRIN
Şagirdə yığıncaq görüşlərinə gəlməyə kömək edin
Yığıncaq görüşləri pak ibadətin ayrılmaz hissəsidir (Zb 22:22). Yehovaya ibadət etmək üçün birgə toplaşan insanlar sevinc, nemət əldə edir (Zb 65:4). Şagirdlər yığıncaq görüşlərinə müntəzəm gələndə adətən tez inkişaf edirlər.
Şagirdə yığıncaq görüşlərinə gəlməyə necə kömək edə bilərsiniz? Tez-tez onları görüşlərə dəvət edin. Onlara «İbadət görüşlərimiz necə keçirilir?» adlı videonu göstərin. Görüşlərə gəlməyin faydalarından danışın (lff dərs 10). Yığıncaq görüşündə öyrəndiyiniz hansısa maraqlı fikri onunla bölüşün, yaxud növbəti görüşdə araşdırılacaq mövzudan danışın. Şagirdə görüşdə istifadə olunacaq nəşrləri verin. Həmçinin köməyinizi təklif edin. Bəlkə, onu görüşə aparmaq lazımdır? Şagirdi ilk dəfə yığıncağa gətirmək üçün çəkdiyiniz bütün zəhmətə dəyər (1Kr 14:24, 25).
«ŞAGİRDƏ KÖMƏK EDİN. YIĞINCAQ GÖRÜŞLƏRİNƏ GƏLMƏYƏ» ADLI VİDEOYA BAXANDAN SONRA SUALLARA CAVAB VERİN:
Nita hansı fürsətdən istifadə edib Ceydi yığıncaq görüşünə dəvət etdi?
Şagird yığıncaq görüşünə gələndə nəyə görə sevinirik?
«Həqiqətən də, Allah sizinlədir»
Ceyd ilk dəfə yığıncaq görüşünə gələndə hansı hissləri keçirdi?