Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • wp22 №  1 s. 4—5
  • Nifrət zəncirinin başlanğıcı

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Nifrət zəncirinin başlanğıcı
  • Gözətçi qülləsi (kütləvi) 2022
  • Başlıqlar
  • Oxşar material
  • Nifrət nədir?
  • NƏYƏ GÖRƏ İNSANLARDA NİFRƏT YARANIR?
  • NİFRƏT NECƏ YAYILIR?
  • NİFRƏTİN KÖKÜ
  • Nifrətə qalib gəlmək mümkündür!
    Gözətçi qülləsi (kütləvi) 2022
  • Nifrətin olmadığı bir dünya!
    Gözətçi qülləsi (kütləvi) 2022
  • Nəyə görə dünya nifrətlə doludur? Müqəddəs Kitabda bu barədə nə deyilir?
    Əlavə mövzular
  • Ön söz
    Gözətçi qülləsi (kütləvi) 2022
Əlavə
Gözətçi qülləsi (kütləvi) 2022
wp22 №  1 s. 4—5

Nifrət zəncirinin başlanğıcı

Nəyə görə nifrət dünyanı cənginə alıb? Bunun səbəbini bilmək üçün əvvəlcə gəlin görək nifrət nədir. Nəyə görə insanlarda nifrət yaranır? Nifrət necə yayılır?

Nifrət nədir?

Nifrət bir adama, yaxud bir qrup insana qarşı dərin ikrah, kin, narazılıq hissidir. Bu, sadəcə kiməsə qarşı ani olaraq qəzəblənmək deyil, ürəkdə kök salmış qəzəbdir.

NƏYƏ GÖRƏ İNSANLARDA NİFRƏT YARANIR?

Nifrətin yaranmasına bir sıra səbəblər var. Çox vaxt insanlara əməllərinə görə yox, sadəcə kim olduqlarına görə nifrət edirlər. Onlara pis adam kimi baxırlar, niyyətlərini pisə yozurlar və düşünürlər ki, heç vaxt yaxşılığa doğru dəyişə bilməzlər. Belə insanlara yuxarıdan aşağı baxırlar, təhlükə mənbəyi kimi yanaşırlar, hər şeyin günahkarı hesab edirlər. Bəzən isə insanların başqalarına nifrət etməsinin səbəbi o olur ki, onlar özləri zorakılıqla, ədalətsizliklə və digər xoşagəlməz hallarla üzləşirlər. Bütün bunlar onların ürəyində kin, ədavət hissini alovlandırır.

NİFRƏT NECƏ YAYILIR?

Bəzən insan hətta bilavasitə təmasda olmadığı kəslərə də nifrət edir. Buna səbəb isə o olur ki, insan özü də bilmədən doğmalarının, hörmət etdiyi adamların fikirlərinin təsiri altına düşür. Beləcə, nifrət asanlıqla yayılıb ətrafdakılara da sirayət edir.

Deməli, nifrətin cəmiyyəti cənginə almasının bir səbəbi onun yoluxucu olmasıdır. Ancaq nifrət zəncirini qırmaq üçün gərək bu zəncirin başlanğıcının hara gedib çıxdığını bilək. Bunu bilməkdə bizə Müqəddəs Kitab kömək edə bilər.

NİFRƏTİN KÖKÜ

Bir-birinə doğru fırlanan, nifrət zəncirini yaradan amilləri təmsil edən iki ox. 1) Dezinformasiya, insanların təsiri, sosial media və xəbərlər. 2) Mədəniyyətdən, irqdən və dindən məlumatsızlıq. 3) Dəyişiklikdən, itkidən, müəmmalılıqdan qorxu. 4) Nifrət, qərəz, diskriminasiya və zorakılıq.

NİFRƏTİN KÖKÜNDƏ İNSANLAR DURMUR. Nifrətin təməli bir mələyin Allaha üsyan etməsilə qoyuldu. Belə ki, o üsyan etməklə qatil oldu. Sonradan Şeytan və İblis adını alan bu mələk yalançı və yalanın atasıdır. Bu xislətindən əl çəkməyərək o bu günə qədər nifrəti, zorakılığı yaymağa davam edir (Yəhya 8:44; 1 Yəhya 3:11, 12). Bu mələk Müqəddəs Kitabda məkrli, qəzəbli və amansız bir varlıq kimi təsvir olunur (Əyyub 2:7; Vəhy 12:9, 12, 17).

İNSANLARDA NİFRƏTƏ ANADANGƏLMƏ MEYİL VAR. İlk insan olan Adəm Şeytanın yolu ilə gedib günah etdi. O, günahı və qeyri-kamilliyi irsən övladlarına ötürdü. Bunun nəticəsində bütün insanlar günahlı doğulur (Romalılara 5:12). Adəmin ilk oğlu Qabil qardaşı Habilə elə kin-küdurət bəsləyirdi ki, onun həyatına qəsd etmişdi (1 Yəhya 3:12). Düzdür, bu gün başqalarına məhəbbətlə, şəfqətlə yanaşan insanlar var. Ancaq irsən keçən günah ucbatından əksər insanlar xudbin, paxıl, qürurludur. Bu xüsusiyyətlər isə nifrəti alovlandırır (2 Timutiyə 3:1—5).

DÖZÜMSÜZLÜK NİFRƏTİ QIZIŞDIRIR. Yaşadığımız dünyada rəhmsizlik, amansızlıq ab-havası hökm sürür. Bu isə nifrəti qızışdırır. Hazırda dözümsüzlük, qərəz, təhqir, təhdid, vandalizm baş alıb gedir, çünki bütün dünya Şəririn əlindədir (1 Yəhya 5:19).

Ancaq Müqəddəs Kitab sadəcə nifrətin kökünü açıb göstərməklə kifayətlənmir, onun həll yolunu da bizə açıqlayır.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş