Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w23 fevral s. 31
  • Əməldə görünən məhəbbət

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Əməldə görünən məhəbbət
  • Gözətçi qülləsi 2023
  • Oxşar material
  • Həyatları dəyişən nöqtələr
    İanələriniz hara xərclənir?
  • Xidmətdə püxtələşək. Gözdən əlil insanlara təbliğ edin
    Məsihi həyatı və ibadəti. İş dəftəri 2020
  • Kor qadın dualarına cavab alır
    Yehovanın Şahidlərinin sərgüzəştləri
  • Kor insanlara Yehova haqda öyrənməyə kömək et
    Müqəddəs ibadətimiz 2015
Əlavə
Gözətçi qülləsi 2023
w23 fevral s. 31

[soldan sağa] Marselo, Yomara, və İver. Əllərində Brayl şrifti ilə ispanca Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi» var

Əməldə görünən məhəbbət

YOMARA bacı və qardaşları Marselo ilə İver Qvatemalada balaca bir kənddə yaşayır. Yomara Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı araşdırmağa başladı, daha sonra qardaşları da ona qoşuldu. Amma bir problem var idi. Onların üçünün də görmə qabiliyyəti tam məhduddur və Brayl əlifbası ilə oxumağı bilmirdilər. Buna görə də onlara Müqəddəs Kitab dərsi keçən qardaş abzasları və ayələri onlar üçün oxuyurdu.

Yığıncaq görüşlərinə getmək də onlar üçün çətin idi. Ən yaxın ibadət evi Yomaragildən 40 dəqiqə uzaqlıqda idi. Ona görə də onlar təkbaşına ora gedə bilmirdilər. Amma yığıncaqdakı bacı-qardaşlar bütün görüşlərdə iştirak edə bilmələri üçün onları aparıb-gətirirdi. Yomara və qardaşları həftəiçi görüşlərdə şagird tapşırıqları almağa başlayanda isə bacı-qardaşlar onlara tapşırıqlarını əzbərləməyə kömək edirdi.

2019-cu ilin may ayında Yomaragilin kəndində yığıncaq görüşləri keçirilməyə başladı. O vaxt bir öncül ər-arvad onların kəndinə köçdü. Bu ər-arvad Yomaragilə Brayl əlifbasını öyrətməyi ürəkdən istəyirdi, baxmayaraq ki, özləri də bu əlifbanı bilmirdi. Buna görə də onlar kitabxanaya gedirdi və başqalarına Brayl əlifbasını necə öyrədə biləcəklərinə dair kitablar oxuyurdular.

Marselo yığıncaqda şərh verir

Yomaragil bir neçə ayın içində Brayl əlifbasını yaxşıca öyrəndilər. Bu onların Yehova ilə münasibətini daha da möhkəmləndirdi. İndi onların üçü də öncül kimi xidmət edir. Marselo həm də yığıncaq xidmətçisidir. Onlar bütün həftə boyu ruhani işlərlə məşğul olurlar. Bu bacı-qardaşların şövqü hamıya sirayət edir.

Yomara, Marselo və İver yığıncağın onlara göstərdiyi məhəbbətə, dəstəyə görə çox minnətdardır. Yomara deyir: «Elə ilk tanışlığımızdan Yehovanın Şahidləri bizə əsl məsihi məhəbbəti göstərdilər». Marselo əlavə edir: «Bizim yığıncaqda çox yaxşı dostlarımız var. Biz bir-birinə məhəbbət telləri ilə bağlı olan beynəlxalq qardaşlığın bir hissəsiyik». Yomara və qardaşları yer üzünün Cənnətə çevriləcəyini öz gözləri ilə görəcəkləri vaxtı həsrətlə gözləyirlər (Zəb. 37:10, 11; Əşy. 35:5).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş