Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w24 avqust s. 20—25
  • Günah işləyənlərə məhəbbət və mərhəmət göstərək

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Günah işləyənlərə məhəbbət və mərhəmət göstərək
  • Gözətçi qülləsi 2024
  • Başlıqlar
  • Oxşar material
  • AĞSAQQALLAR CİDDİ GÜNAHA YOL VERMİŞ İNSANA NECƏ KÖMƏK EDİRLƏR?
  • «HAMININ QARŞISINDA TƏNBEH ET»
  • YEHOVA «ÇOX MEHRİBAN VƏ MƏRHƏMƏTLİDİR»
  • Artıq Yehovanın Şahidi olmayanlara kömək
    Gözətçi qülləsi 2024
  • Yığıncaq Yehovanın günahkara münasibətini necə örnək ala bilər?
    Gözətçi qülləsi 2024
  • Yığıncaq necə təşkil olunub?
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
  • Yığıncaqdakı sülhü və təmizliyi qoruyun
    Allahın iradəsini yerinə yetirən təşkilat!
Əlavə
Gözətçi qülləsi 2024
w24 avqust s. 20—25

TƏLİM MƏQALƏSİ 34

NƏĞMƏ 107 İlahi məhəbbət örnəyi

Günah işləyənlərə məhəbbət və mərhəmət göstərək

«Allah Öz xeyirxahlığı ilə səni tövbəyə çəkmək istəyir» (ROM. 2:4).

ƏSAS FİKİR

Öyrənəcəyik ki, ağsaqqallar ciddi günah işləyənlərə necə kömək edir.

1. Ciddi günah etmiş bəzi insanlarla bağlı hansı ümid var?

ƏVVƏLKİ məqalədə Korinf yığıncağındakı bir nəfərin ciddi günah işlədiyi haqda danışdıq və Bulusun bu məsələni necə həll etdiyini gördük. Həmin insan tövbə etmədiyi üçün yığıncaqdakıların arasında qala bilməzdi. Amma məqaləmizin əsas ayəsindən gördüyümüz kimi ciddi günah işləmiş bəzi insanların tövbəyə gəlməsi mümkündür (Rom. 2:4). Ağsaqqallar onların tövbə etməsinə necə kömək edə bilər?

2, 3. Əgər dindaşımızın ciddi günah işlədiyini biliriksə, nə etməliyik və nəyə görə?

2 Ağsaqqalın insana kömək etməsi üçün ilk növbədə məsələdən xəbəri olmalıdır. Bu səbəbdən əgər dindaşımızın ciddi günah işlədiyini biliriksə, nə etməliyik? Həmin insanı ağsaqqallardan kömək istəməyə təşviq etməliyik (Əşy. 1:18; Həv. 20:28; 1 But. 5:2).

3 Bəs əgər günah edən insan ağsaqqallarla danışmaq istəmirsə, onda necə? Bu zaman dindaşımıza lazımi köməyin göstərilməsi üçün özümüz ağsaqqallara yaxınlaşacağıq. Belə edəndə həmin dindaşımızı sevdiyimizi və onu itirmək istəmədiyimizi göstərəcəyik. Əgər o öz əməlindən dönməsə, Yehova ilə münasibətlərini daha da korlayacaq. Bundan əlavə, onun hərəkəti yığıncağın adına ləkə gətirə bilər. Buna görə də biz Yehovaya və həmin insana sevgimizdən irəli gələrək cəsarətli addım atıb ağsaqqallarla danışacağıq (Zəb. 27:14).

AĞSAQQALLAR CİDDİ GÜNAHA YOL VERMİŞ İNSANA NECƏ KÖMƏK EDİRLƏR?

4. Ciddi günah işləyən insanla görüşərkən ağsaqqalların məqsədi nə olur?

4 Yığıncaqdan kimsə ciddi günah işləyəndə ağsaqqallar şurası komitə yaratmaq üçün aralarından üç ağsaqqal seçira. Bu qardaşlar təvazökar və həlim olmalıdırlar. Onlar insanı tövbə etməyə təşviq etsələr də, başa düşürlər ki, heç kimi dəyişilməyə məcbur edə bilməzlər (Qan. 30:19). Ağsaqqallar bütün günah işləyənlərin Davud kimi tövbə edəcəyini gözləmirlər (2 İşm. 12:13). Ola bilər, kimlərsə Yehovanın nəsihətinə qulaq asmaq istəməyəcək (Yar. 4:6—8). Bununla belə, ağsaqqalların məqsədi odur ki, günah işləyən insanı mümkün qədər tövbəyə təşviq etsinlər. Ağsaqqallar onunla görüşən zaman hansı prinsiplər əsasında davranırlar?

5. Ağsaqqallar günah edən insanla görüşən zaman hansı məsləhətə əməl edirlər? (2 Timutiyə 2:24—26; həmçinin şəklə baxın.)

5 Ağsaqqallar günah edən insana Yehovanın itmiş dəyərli quzusu kimi baxır (Luka 15:4, 6). Buna görə də həmin insanla görüşəndə onunla sərt danışmırlar, kobud rəftar etmirlər. Həm də bu görüşə suallar verib dəlillər topladıqları formal bir görüş kimi yanaşmırlar. Onlar 2 Timutiyə 2:24—26 ayələrində sadalanan keyfiyyətləri əks etdirirlər. (Ayələri oxuyun.) Ağsaqqallar günah işləyən insanın ürəyinə yol tapmaq istədikləri üçün onunla mülayim, həlim və mehriban şəkildə danışırlar.

Sürüsü ilə birlikdə olan çoban itmiş quzunu axtarır. İtmiş quzu kola ilişib qalıb və ayağını yaralayıb.

Çoban itmiş quzunu tapmaq üçün əlindən gələni edir. Bu gün ağsaqqallar da eyni cür davranır (5-ci abzasa baxın)


6. Ağsaqqallar günah edən insanla görüşməzdən əvvəl öz ürəklərini necə hazırlayırlar? (Romalılara 2:4).

6 Ağsaqqallar əvvəlcə öz ürəklərini hazırlayırlar. Onlar Bulusun bu sözlərini yadda saxlayırlar: «Allah Öz xeyirxahlığı ilə səni tövbəyə çəkmək istəyir». (Romalılara 2:4 ayəsini oxuyun.) Buna görə də onlar Yehovadan nümunə götürüb günah edən insanla xeyirxah davranmağa çalışırlar. Ağsaqqallar yadda saxlamalıdırlar ki, onlar adi çobanlardır və Məsihin göstərişinə tabedirlər (Əşy. 11:3, 4; Mət. 18:18—20). Komitədəki qardaşlar günah edən insanla görüşməzdən öncə onu tövbəyə təşviq etmək məqsədləri barədə dua edəcəklər. Onlar Yehovanın bu məsələyə baxışını öyrənmək üçün Müqəddəs Kitabdan və nəşrlərimizdən axtarış aparacaq, həmçinin dua edib Yehovadan dərrakə istəyəcəklər. Onlar insanın düşüncəsinə, əhvali-ruhiyyəsinə, davranışına nələrin təsir etdiyini, nələri bilməli olduqlarını nəzərdən keçirməlidirlər (Məs. 20:5).

7, 8. Ağsaqqallar günah işləyən insanla danışarkən Yehovanın səbrindən necə nümunə götürə bilər?

7 Ağsaqqallar Yehovanın səbrini örnək alırlar. Onlar Yehovanın qədimdə günah işləyən insanlarla necə rəftar etdiyini yaddan çıxarmırlar. Məsələn, Yehova Qabillə səbirlə danışmışdı. Əməlindən dönməsə, bunun nəyə gətirib çıxaracağını demişdi, itaət etdiyi təqdirdə isə yenidən Onun razılığını qazanacağını bildirmişdi (Yar. 4:6, 7). Yehova Davuda nəsihət vermək üçün Natan peyğəmbəri göndərmişdi. Peyğəmbər padşahın ürəyinə yol tapan bir nümunə çəkmişdi (2 İşm. 12:1—7). Bundan əlavə, Yehova Ona asi çıxan İsrail xalqının yanına «dönə-dönə» peyğəmbərlərini göndərmişdi (Ərm. 7:24, 25). O, xidmətçilərinə kömək etmək üçün onların tövbə etməsini gözləmirdi. O Özü ilk addım atıb onları tövbəyə çağırırdı.

8 Ağsaqqallar ciddi günah işləyən insana kömək edərkən Yehovanın nümunəsini izləyirlər. Onlar 2 Timutiyə 4:2 ayəsində yazıldığı kimi onunla «bütün səbirlərini toplayaraq» rəftar edirlər. Buna görə də günah edən insanın ürəyində düzgün davranmaq istəyi oyatmaq üçün ağsaqqal onunla sakit tərzdə və səbirlə danışmalıdır. Əgər ağsaqqal təmkinsiz davransa və ya əsəbiləşsə, insan məsləhətə qulaq asmaz, hətta tövbə etmək istəməz.

9, 10. Ağsaqqallar insanın öz əməlləri barədə düşünməsi üçün nə edə bilər?

9 Ağsaqqallar insanın günah etməsinə gətirib çıxaran amilləri nəzərə alırlar. Məsələn, insanın Yehova ilə münasibətlərinin zəifləməsinə nə gətirib çıxarıb? Ola bilərmi ki, o, müntəzəm Müqəddəs Kitabı araşdırmırdı və xidmətə çıxmırdı? Bəlkə, o, Yehovaya hərdənbir, səthi dualar edirdi? Bəlkə də, nəfsi ilə mübarizə aparmağı dayandırmışdı. Dost və əyləncə seçimində yanlış qərarlar vermişdi? Bu qərarları onun düşüncəsinə necə təsir etmişdi? O, etdiyi hərəkətlərin Yehovanı kədərləndirdiyini başa düşür?

10 Ağsaqqallar bu kimi düşündürücü suallar verməklə günah işləyən insana kömək edəcək ki, o, ruhani cəhətdən zəifləməsinə və günah etməsinə nələrin gətirib çıxardığı barədə düşünsün (Məs. 20:5). Onlar bunu mülayim şəkildə etməli və lazımsız təfərrüatlara varmamalıdırlar. Bundan əlavə, onlar insanı düşündürmək və hərəkətlərinin yanlış olduğunu başa salmaq üçün Natan peyğəmbər kimi nümunələr çəkə bilərlər. Bəlkə də, insan elə ilk görüşdən yanlış düşüncədə olduğunu başa düşəcək və qərarlarına görə ürəkdən peşman olmağa başlayacaq. Hətta, ola bilsin, tövbə edəcək.

11. İsa Məsih günah edən insanlarla necə rəftar edirdi?

11 Ağsaqqallar İsadan örnək almağa çalışırlar. İsa Məsih diriləndən sonra Tarslı Şaula belə bir sual vermişdi: «Şaul, Şaul, məni niyə təqib edirsən?» Bu sualla İsa Şaula tutduğu işin yanlış olduğunu görməyə kömək etdi (Həv. 9:3—6). İsa bir «qadının, İzəbilin» barəsində belə demişdi: «Tövbə etməsi üçün ona vaxt verdim» (Vəhy 2:20, 21).

12, 13. Ağsaqqallar günah edən insana tövbə etməsi üçün necə vaxt verirlər? (Həmçinin şəklə baxın.)

12 Ağsaqqallar İsadan nümunə götürərək tez-tələsik insanın tövbə etməyəcəyi qənaətinə gəlmirlər. Bəlkə də, kimsə ilk görüş zamanı tövbə edəcək. Kiməsə daha çox vaxt lazım gələ bilər. Buna görə də ağsaqqallar günah edən insanla, ola bilsin, bir yox, bir neçə dəfə görüşsünlər. Bəlkə də, ilk görüşdən sonra günah edən məsihi ona deyilənlər barədə ciddi düşünməyə başlayacaq. Ola bilsin, təvazökar davranıb Yehovadan günahlarının bağışlaması üçün əfv diləyəcək (Zəb. 32:5; 38:18). Beləcə, növbəti görüş zamanı o, ilk görüşdəkindən fərqli bir ruhda olacaq.

13 Ağsaqqallar günah edən insanı tövbəyə təşviq etmək üçün ona şəfqət və xeyirxahlıq göstərirlər. Onlar Yehovaya dua edib xahiş edirlər ki, çəkdikləri zəhmət yerdə qalmasın. Həmçinin bu dindaşlarının əməlinin ciddiliyini dərk edib tövbə edəcəyinə ümidlərini itirmirlər (2 Tim. 2:25, 26).

Şəkillər: 1) Üç ağsaqqal qardaşla görüşür. Ağsaqqallar danışdığı vaxt qardaş üzünü çevirib o tərəfə baxır. 2) Sonra ağsaqqallar həmin qardaşla yenə görüşürlər. Bu dəfə qardaş onunla danışan ağsaqqallara diqqətlə qulaq asır.

Günah işləyən insanın tövbə etməsinə vaxt vermək üçün, ola bilsin, ağsaqqallar onunla bir neçə dəfə görüşəcəklər (12-ci abzasa baxın)


14. İnsanın tövbə etməsi kimin sayəsində mümkündür və nəyə görə belə demək olar?

14 Günah edən insan tövbə edəndə biz çox sevinirik (Luka 15:7, 10). Bəs onun tövbə etməsi kimin sayəsində mümkün olur? Ağsaqqalların? Bulusun günah edən insanlarla bağlı nə dediyini yadımıza salaq: «Bəlkə, Allah onların tövbə etməsinə izin verər» (2 Tim. 2:25). Müqəddəs Kitabın təlim nəşrində bu ayə ilə bağlı belə qeyd var: «Onun düşüncəsində və əhvali-ruhiyyəsində baş verən dəyişikliyə görə təşəkkür hər hansı insana yox, Yehovaya düşür. Ona köklü dəyişikliklər etməyə kömək edən məhz Yehovadır. Ardınca Bulus tövbənin başqa gözəl nəticələrindən danışır. Bu, günahkara həqiqət barəsində daha çox dəqiq biliyə yiyələnməyə, ağlını başına yığmağa və Şeytanın torundan qurtulmağa kömək edə bilər» (2 Tim. 2:26).

15. Ağsaqqallar tövbə edən insana davamlı kömək etmək üçün nə edirlər?

15 Günah edən insan tövbə edəndən sonra da komitə ona ağsaqqal ziyarətləri etməyə davam edəcək. Ona Şeytanın tələlərinə düşməməsi və düz yoldan ayrılmaması üçün lazım olan köməyi göstərəcəklər (İbr. 12:12, 13). Əlbəttə, ağsaqqallar insanın nə etdiyini heç kimə açıqlamayacaqlar. Bəs yığıncağa nə barədə məlumat vermək lazım gələ bilər?

«HAMININ QARŞISINDA TƏNBEH ET»

16. 1 Timutiyə 5:20 ayəsinə əsasən Bulus «hamı» deyəndə kimi nəzərdə tuturdu?

16 1 Timutiyə 5:20 ayəsini oxuyun. Həvari Bulus bu sözləri digər ağsaqqala, Timutiyə yazmışdı. O, günah işləyənləri «hamının qarşısında tənbeh et» deyəndə nəyi nəzərdə tuturdu? Həmin insan bütün yığıncağın qarşısında tənbeh olunmalı idi? Xeyr. Bulus burada «hamı» deyəndə bu günah barədə xəbəri olan hər kəsi nəzərdə tuturdu. Ola bilsin, onlar ya özləri bunu görmüşdülər, ya da günah edən insan özü bunu onlara danışmışdı. Ağsaqqallar yalnız bu insanlara ayrıca deyəcəklər ki, məsələyə baxılıb və lazımi tədbir görülüb.

17. İnsanın töhmət alması hansı halda yığıncağa elan edilir və nəyə görə?

17 Bəzən elə ola bilər ki, insanın günah işləməsi yığıncaqda çox adama məlum olur və ya ola bilsin, məlum olacaq. Belə olan halda «hamı» sözünə artıq bütün yığıncaq aid olacaq. Buna görə də ağsaqqaldan biri yığıncaqda elan edəcək ki, filan qardaş və ya bacı töhmət alıb. Nəyə görə? Bulusun sözlərinə əsasən, bunun sayəsində digərlərinin də ciddi günah işləməkdən gözü qorxacaq.

18. Vəftiz olunmuş azyaşlı məsihi ciddi günah işlədəndə ağsaqqallar məsələni necə həll edirlər? (Həmçinin şəklə baxın.)

18 Bəs əgər ciddi günah işləmiş kəs 18 yaşına çatmamış vəftiz olunmuş məsihidirsə, onda necə? Ağsaqqallar şurasının təyin etdiyi iki ağsaqqal bu azyaşlı ilə və onun məsihi valideynləri ilə görüş təşkil edəcəklər. Onlar valideynlərin uşağa tövbə etməyə kömək etmək üçün artıq hansı addımları atdığını öyrənəcəklərb. Əgər azyaşlı uşaq valideynlərinin məsləhətinə qulaq asırsa və səhvini başa düşüb düzəlirsə, onda həmin iki ağsaqqal qərar verə bilər ki, başqa tədbir görməyə ehtiyac yoxdur. Axı övladlarına məhəbbətlə tərbiyə vermək, səhvini başa salmaq Allahın valideynlərə verdiyi məsuliyyətdir (Qan. 6:6, 7; Məs. 6:20; 22:6; Efes. 6:2—4). Bundan sonra ağsaqqallar uşağın lazımi kömək alıb-almadığı ilə bağlı vaxtaşırı valideynləri ilə maraqlanacaqlar. Bəs əgər azyaşlı tövbə etmirsə, dəyişmək istəmirsə, onda necə? Bu zaman ağsaqqallar komitəsi uşağın məsihi valideynləri ilə birgə onunla görüşəcəklər.

İki ağsaqqal vəftiz olunmuş azyaşlı uşaq və onun valideynləri ilə birlikdə onların evində görüşür. Ağsaqqalın biri ayə açıb göstərir.

Azyaşlı uşaq ciddi günah işləsə, iki ağsaqqal onun məsihi valideynləri ilə birgə onunla görüşəcək (18-ci abzasa baxın)


YEHOVA «ÇOX MEHRİBAN VƏ MƏRHƏMƏTLİDİR»

19. Ağsaqqallar ciddi günah işləyən insanla görüşərkən Yehovanın nümunəsini necə izləyirlər?

19 Komitədəki ağsaqqallar Yehovanın qarşısında yığıncağı təmiz saxlamaq məsuliyyəti daşıyırlar (1 Kor. 5:7). Onlar eyni zamanda günah işləyən insanı mümkün qədər tövbəyə təşviq etməyə çalışırlar. Buna görə də ağsaqqallar insanın səhvini başa düşüb dəyişəcəyinə ümidlərini heç vaxt itirmirlər. Çünki «çox mehriban və mərhəmətli» olan Yehovaya bənzəmək istəyirlər (Yaq. 5:11). Yaşa dolmuş həvari Yəhya məhz belə əhvali-ruhiyyədə idi. O yazmışdı: «Əziz balalarım! Bunları sizə yazıram ki, heç bir günah iş tutmayasınız. Əgər kimsə bir günah iş tutsa, Atanın yanında saleh olan İsa Məsih kimi yardımçımız var» (1 Yəh. 2:1).

20. Bu silsilənin sonuncu məqaləsində nə haqda danışacağıq?

20 Əfsuslar olsun ki, bəzən məsihi tövbə etmək istəmir. Bu halda o, yığıncaqdakıların arasında qala bilməz. Bəs ağsaqqallar bu cür ciddi vəziyyətlərdə nə edir? Bu silsilənin sonuncu məqaləsində bu haqda danışacağıq.

NECƏ CAVAB VERƏRDİNİZ?

  • Romalılara 2:4 ayəsinə əsasən ağsaqqallar günah edən insanla görüşərkən məqsədləri nə olur?

  • 2 Timutiyə 2:24—26 ayələrində ağsaqqallar üçün hansı göstəriş var?

  • «Hamının qarşısında tənbeh et» deyiləndə nə nəzərdə tutulur?

NƏĞMƏ 103 Ağsaqqallar — insan timsalında hədiyyələr

a Əvvəllər bu komitə intizam komitəsi adlanırdı. Amma mühakimə etmək komitənin işinin yalnız bir hissəsi olduğu üçün artıq bu termini işlətməyəcəyik. Bundan sonra bu komitə «ağsaqqallar komitəsi» adlanacaq.

b Burada valideynlər barədə deyilənlər azyaşlının hüquqi qəyyumlarına, yaxud onun üzərində valideynlik öhdəçiliyi daşıyan kəslərə də aiddir.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş