Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w25 aprel s. 20—25
  • Biz heç vaxt tək deyilik

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Biz heç vaxt tək deyilik
  • Gözətçi qülləsi 2025
  • Başlıqlar
  • Oxşar material
  • YEHOVA BİZƏ YOL GÖSTƏRİR
  • YEHOVA EHTİYACLARIMIZI TƏMİN EDİR
  • YEHOVA BİZİ HİFZ EDİR
  • YEHOVA BİZƏ TƏSƏLLİ VERİR
  • YEHOVANIN ƏLİ HƏMİŞƏ ÜSTÜMÜZDƏ OLACAQ
  • Unutmayın, Yehova «var olan Allahdır»
    Gözətçi qülləsi 2024
  • Yehova «qəlbisınıqlara şəfa verir»
    Gözətçi qülləsi 2024
  • Səxavət göstərin, xoşbəxt olun
    Gözətçi qülləsi 2024
  • Yehovaya güvəndiyimizi göstərən qərarlar
    Məsihi həyatı və ibadəti. İş dəftəri 2023
Əlavə
Gözətçi qülləsi 2025
w25 aprel s. 20—25

TƏLİM MƏQALƏSİ 17

NƏĞMƏ 99 Milyonlarla qardaşlar

Biz heç vaxt tək deyilik

«Sənə kömək edəcəyəm» (ƏŞY. 41:10).

ƏSAS FİKİR

Bu məqalədə Yehovanın qeydimizə qaldığı dörd üsuldan danışacağıq.

1, 2. a) Çətinliklərlə üzləşəndə tək olmadığımıza nəyə görə əmin ola bilərik? b) Bu məqalədə nədən danışacağıq?

ÇƏTİNLİKLƏRLƏ üzləşəndə özümüzü sanki fırtınalı dənizin ortasında balaca bir qayıqda hiss edirik. Amma bu zaman unutmamalıyıq ki, biz tək deyilik. Səmavi Atamız nəinki bizim vəziyyətimizi görür, hətta ona tab gətirməyə kömək edəcəyinə də söz verir. Yehova sadiq bəndələrini arxayın etmək üçün belə deyir: «Sənə kömək edəcəyəm» (Əşy. 41:10).

2 Bu məqalədə Yehovanın qeydimizə qaldığı dörd üsuldan danışacağıq. Yehova 1) bizə yol göstərir, 2) ehtiyaclarımızı təmin edir, 3) bizi hifz edir, 4) bizə təsəlli verir. O söz verir ki, həyatda çətinliklərlə üzləşsək də, bizi heç vaxt unutmayacaq, heç vaxt tərk etməyəcək. Ona görə də heç vaxt tənha qaldığımızı düşünməməliyik.

YEHOVA BİZƏ YOL GÖSTƏRİR

3, 4. Yehova bizə necə yol göstərir? (Zəbur 48:14).

3 Zəbur 48:14 ayəsini oxuyun. Yehova bilir ki, biz insanların Onun rəhbərliyinə ehtiyacı var. O bu gün sadiq bəndələrinə necə yol göstərir? Məsələn, Yehova bunu Öz Kəlamı vasitəsilə edir (Zəb. 119:105). Bizə düzgün qərarlar verməyə və yaxşı keyfiyyətlərə yiyələnməyə kömək edir. Bunun sayəsində bu gün biz daha xoşbəxtik və əbədi həyat ümidinə sahibika. Həmçinin O bizə kin saxlamamağı, hər işimizdə dürüst olmağı və başqalarını ürəkdən sevməyi öyrədir (Zəb. 37:8; İbr. 13:18; 1 But. 1:22). Bu ilahi keyfiyyətləri təzahür etdirəndə biz daha yaxşı valideyn, daha yaxşı həyat yoldaşı və daha yaxşı dost oluruq.

4 Həmçinin Müqəddəs Kitabda gerçək həyat hekayələri yazılıb. O insanlar da bizim kimi çətinliklərlə üzləşiblər, bizim keçirdiyimiz hissləri keçiriblər (1 Kor. 10:13; Yaq. 5:17). Bu hadisələri oxuyanda və öyrəndiklərimizi həyatımızda tətbiq edəndə, ən azı, iki faydasını görürük. Birincisi, başa düşürük ki, həyatda çətinliklərlə üzləşən yalnız biz deyilik. Başqaları da oxşar çətinliklərlə üzləşib və Yehova onlara dözməyə kömək edib (1 But. 5:9). İkincisi, çətinliklərə sinə gərməyi və sevincimizi itirməməyi öyrənirik (Rom. 15:4).

5. Yehova kimlər vasitəsilə bizə yol göstərir?

5 Yehova bacı-qardaşlarımız vasitəsilə də bizə yol göstərirb. Məsələn, rayon nəzarətçiləri bacı-qardaşları ruhlandırmaq üçün mütəmadi olaraq yığıncaqları ziyarət edirlər. Onların nitqləri bizim imanımızı möhkəmləndirir və aramızdakı birliyi qorumağa kömək edir (Həv. 15:40—16:5). Yığıncaqdakı ağsaqqallar da hər bir təbliğçi ilə ayrı-ayrılıqda maraqlanır və kömək əli uzadırlar (1 But. 5:2, 3). Valideynlər övladlarına Yehovanı sevməyə, müdrik qərarlar verməyə, ədəb-ərkanlı olmağa və ruhani vərdişlərə yiyələnməyə kömək edirlər (Məs. 22:6). Yetkin məsihi bacılar da gənc bacılara yaxşı örnək olurlar. Onlara praktiki məsləhətlər verirlər və onları ruhlandırırlar (Tit. 2:3—5).

6. Yehovanın göstərdiyi yolla getmək üçün nə etməliyik?

6 Yehova bizə yol göstərmək üçün Öz tərəfindən nə lazımdırsa, edib. Bəs biz bunun qarşılığında Yehovaya minnətdar olduğumuzu necə göstərə bilərik? Məsəllər 3:5, 6 ayəsində belə yazılıb: «Bütün qəlbinlə Yehovaya etibar et, öz ağlına güvənmə». Bu məsləhətə əməl etsək, O, yollarımızı rəvan edəcək. Başqa sözlə desək, bir çox problemlərdən yan keçməyə və xoşbəxt ömür sürməyə kömək edəcək. Şükürlər olsun ki, Yehova hər birimizə vəziyyətimizə uyğun məsləhətlər verir (Zəb. 32:8).

YEHOVA EHTİYACLARIMIZI TƏMİN EDİR

7. Yehova başqa hansı tələbatlarımızın qeydinə qalır? (Filippililərə 4:19).

7 Filippililərə 4:19 ayəsini oxuyun. Ruhani cəhətdən qeydimizə qalmaqla yanaşı, Yehova bizə fiziki tələbatlarımızı da ödəməyə kömək edir. Özümüzü yeməklə, geyimlə, evlə təmin etmək üçün çəkdiyimiz zəhmətə bərəkət verir (Mət. 6:33; 2 Salon. 3:12). Fiziki tələbatlarımıza görə narahat olmaq təbii haldır. Amma Yehova bunlara görə çox fikir çəkməyimizi istəmir (Mət. 6:25). Niyə? Çünki Yaradanımız sadiq bəndələrini dar gündə tək qoymur (Mət. 6:8; İbr. 13:5). Biz Onun qayğımıza qalacağına dair verdiyi sözə tam etibar edə bilərik.

8. Yehova Davud üçün nə etmişdi?

8 Yehovanın Davuda kömək etməsi barədə düşünün: Davud qaçaq həyatı yaşadığı dövrdə Yehova ona və yoldaşlarına sağ qalmaları üçün lazım olan hər şeyi yetirmişdi. O, çətin dönəmlərində Yehovanın qayğısını görüb belə yazmışdı: «Cavanlığımdan bəri, bu qoca yaşımadək, nə saleh adamın atıldığını, nə də övladlarının çörək diləndiyini görməmişəm» (Zəb. 37:25). Yəqin ki, siz də Davud kimi, öz həyatınızda, bacı-qardaşların həyatında Yehovanın sadiq bəndələrinə dayaq olduğunun şahidi olmusunuz.

9. Təbii fəlakətlər vaxtı Yehova xalqının ehtiyaclarını necə təmin edir? (Həmçinin şəkillərə baxın.)

9 Yehova təbii fəlakətlər vaxtı da xalqına dayaq olur. Məsələn, birinci əsrdə Yerusəlimdə aclıq baş qaldıranda müxtəlif ölkələrdə yaşayan məsihilər oradakı dindaşlarına yardım göndərmişdilər (Həv. 11:27—30; Rom. 15:25, 26). Allahın xalqı bu gün də eyni əhvali-ruhiyyədədir. Təbii fəlakət baş verəndə Yehova xalqını təşviq edir ki, həmin ərazidəki dindaşlarının yemək, su, paltar, dərman kimi ehtiyaclarını ödəsin. Tikinti briqadaları zərər dəymiş evləri və ibadət evlərini təmir edir. Həmçinin ev-eşiklərini, yaxud əzizlərini itirmiş bacı-qardaşlarımıza tez bir zamanda ruhani və emosional cəhətdən kömək göstərilirc.

Kollaj: Malavidəki bacı-qardaşlar təbii fəlakətdən sonra həm maddi, həm də ruhani kömək alır. 1) Böyük bir ərazini daşqın suları basıb. 2) Qeyc Fliql qardaş bacı-qardaşlarla söhbət edir. 3) Qardaşlar avtomobildən qida ilə dolu torbaları boşaldırlar.

Təbii fəlakətlər vaxtı Yehova bizə necə təsəlli verir? (9-cu abzasa baxın)e


10, 11. Borisin hadisəsi bizə nə deyir?

10 Yehova Ona ibadət etməyən kəslərə də səxavət göstərir. Ondan örnək götürən bizlər də imanımıza şərik olmayan insanlara xeyirxahlıq göstəririk (Qal. 6:10). Bunun sayəsində gözəl şahidlik vermiş oluruq. Gəlin Ukraynada yaşayan Boris müəllimin hadisəsinə baxaq. O, məktəb direktoru idi və Yehovanın Şahidi olan şagirdlərlə həmişə mehriban davranırdı və onların əqidələrinə hörmətlə yanaşırdı. Borisin yaşadığı ərazidə müharibə getdiyi üçün o, ölkənin daha təhlükəsiz ərazisinə qaçmaq qərarına gəlir. Həmin vaxt qardaşlar ona çox kömək edir. Sonradan Boris İsa Məsihin ölümünü anma mərasimində iştirak edir. Qardaşların ona göstərdikləri köməklə bağlı o deyir: «Yehovanın Şahidləri mənə qarşı çox mehriban, çox diqqətcil idilər. Onlar mənə qayğı göstərdilər. Onlara çox minnətdaram».

11 Biz də mərhəmətli Atamız Yehovadan örnək götürüb məsihi olub-olmamasından asılı olmayaraq, ehtiyac içində olan insanlara məhəbbət göstərə bilərik (Luka 6:31, 36). Ümid edirik ki, insanlara göstərdiyimiz məhəbbət bəhrəsiz qalmayacaq (1 But. 2:12). Bir gün onlar da Məsihin şagirdləri olacaqlar. Nəticə hər necə olsa da, biz istənilən halda, verməyin gətirdiyi böyük xoşbəxtliyi dadacağıq (Həv. 20:35).

YEHOVA BİZİ HİFZ EDİR

12. Yehova Öz xalqını bir qrup halında necə qoruyacaq? (Zəbur 91:1, 2, 14).

12 Zəbur 91:1, 2, 14 ayələrini oxuyun. Bu gün Yehova bizə söz verir ki, bizi ruhani zərərlərdən qoruyacaq. O, heç vaxt yol verməyəcək ki, Şeytan pak ibadəti ləkələsin (Yəh. 17:15). «Böyük müsibət» başlayanda tam əmin ola bilərik ki, Yehova söz verdiyi kimi, Öz xalqına həm ruhani, həm də fiziki cəhətdən sipər olacaq (Vəhy 7:9, 14).

13. Yehova bizi fərdi şəkildə necə qoruyur?

13 Yehova bizi fərdi şəkildə necə qoruyur? Öz Kəlamı vasitəsilə Yehova bizə düzü səhvdən ayırmağa kömək edir (İbr. 5:14). Allahın Kəlamındakı prinsiplərə uyğun yaşayanda özümüzü həm ruhani, həm də fiziki zərərlərdən qorumuş oluruq (Zəb. 91:4). Həmçinin Yehova bizi yığıncaq vasitəsilə də qoruyur (Əşy. 32:1, 2). Yehovanı sevən və Onun prinsiplərinə uyğun yaşayan insanlarla əhatə olunanda biz ruhlanırıq və pis təsirlərə düşməmək üçün özümüzdə güc tapırıq (Məs. 13:20).

14. a) Yehova nəyə görə bəzən çətinliklərlə üzləşməyimizə izin verir? b) Zəbur 9:10 ayəsi bizi nəyə əmin edir? (Həmçinin haşiyəyə baxın.)

14 Keçmişdə Yehovanın Öz xalqını fiziki zərərlərdən qoruduğu vaxtlar olub. Amma O, həmişə belə etməyib. Bəzən biz vaxt və təsadüfün qurbanı oluruq (Vaiz 9:11). Şeytanın yalançı olduğunu sübut etmək üçün Yehova tarix boyunca bəzi xidmətçilərinin təqib olunmasına və hətta ölməsinə izin verib (Əyy. 2:4—6; Mət. 24:9). Keçmişdə olduğu kimi, bu gün də belə şeylər baş verə bilər. Yehova çətinliklərimizi aradan qaldırmasa da, bir şeyə əmin ola bilərik ki, Onu sevənləri heç vaxt tək qoymayacaqd (Zəb. 9:10).

YEHOVA BİZƏ TƏSƏLLİ VERİR

15. Dua, Allahın Kəlamı və dindaşlarımız vasitəsilə necə təsəlli alırıq? (2 Korinflilərə 1:3, 4).

15 2 Korinflilərə 1:3, 4 ayələrini oxuyun. Bəzən kədərli anlarımız, narahatlıq, stres keçirdiyimiz günlər olur. Bəlkə də, hal-hazırda elə bir çətin dövrdən keçirsiniz ki, özünüzü tənha hiss edirsiniz. Görəsən, sizi başa düşən var? Bəli, var, Yehova. O nəinki sizin ağrınızı duyur, hətta hər dərdinizdə sizə «təsəlli verir». Biz dua edib Yehovaya yalvaranda O bizə «hər bir ağıldan üstün olan sülhü» verir (Filip. 4:6, 7). Həmçinin Müqəddəs Kitabı oxuyanda da təsəlli tapırıq. Bu kitab vasitəsilə Yehova bizimlə danışır, məhəbbətini əyan edir, hikmətli olmağı öyrədir, ümid verir. Bunun sayəsində ruhumuz dirçəlir, eləcə də, ibadət görüşlərində təsəlli tapırıq. Orada Müqəddəs Kitabdan öyrəndiyimiz biliklər bizi ruhlandırır, dindaşlarımızın məhəbbətini duyuruq.

16. Neytanla Prisilanın hadisəsindən nə öyrənirsiniz?

16 Birləşmiş Ştatlarda yaşayan Neytan və Prisilanın hadisəsi Yehovanın Kəlamı vasitəsilə bizə təsəlli və cəsarət verməsinə dair bir nümunədir. Bir neçə il bundan əvvəl onlar qərar verdilər ki, təbliğçilərə tələbat olan əraziyə köçsünlər. Neytan deyir: «Biz əmin idik ki, Yehova qərarımıza xeyir-bərəkət verəcək». Amma onlar yeni əraziyə köçən kimi maddi çətinliklərlə üzləşirlər. Üstəlik, səhhətlərində də problemlər yaranır. Onlar məcbur qalıb geri qayıtsalar da, maddi cəhətdən hələ də korluq çəkirdilər. Neytan deyir: «Düşünürdüm ki, görəsən, niyə Yehova gözlədiyimiz köməyi etmədi. Hətta mənə elə gəlirdi ki, nəyisə səhv etmişəm». Amma zamanla Neytanla Prisila başa düşdülər ki, dar günlərində Yehova onları tərk etməmişdi. Neytan qeyd edir: «Həmin çətin dönəmlərdə Müqəddəs Kitab bizi ruhlandıran, bizə yol göstərən müdrik bir dost oldu. Diqqətimizi üzləşdiyimiz çətinliklərə yox, onlara dözmək üçün Yehovanın bizə necə kömək etdiyinə cəmləmək bizi gələcəkdə üzləşəcəyimiz çətinliklərə hazırladı».

17. Helqa necə təsəlli tapdı? (Həmçinin şəklə baxın.)

17 Bacı-qardaşlarımız da bizə təsəlli verə bilər. Necə? Gəlin Macarıstanda yaşayan Helqanın hadisəsinə baxaq. O, uzun illər çoxlu çətinliklərlə üzləşib. Çəkdiyi əzab-əziyyətlərə görə özünü dəyərsiz, naçar hiss edirdi. Amma keçmişə baxanda o başa düşür ki, Yehova ona yığıncaq vasitəsilə təsəlli verib. Helqa deyir: «İşləmək, xəstə balama baxmaq və digər çətinliklər bəzən məni əldən salırdı. Belə anlarda Yehova həmişə mənə dayaq olub. Bu otuz il ərzində elə bir gün olmayıb ki, Yehova sözünün üstündə durmasın, mənə təsəlli verməsin. O məni bacı-qardaşların xoş, sevgi və qayğı dolu sözləri ilə möhkəmləndirir. Ən çox ehtiyac duyduğum anda onlar mənə mesaj, açıqca yazırlar, məni tərifləyirlər».

Kollaj: Yaşlı qardaşın aldığı təsəlli. 1) O, uşaqların onun üçün çəkdiyi rəsmlərə baxır. 2) Bir qardaş ona mesaj göndərir. 3) Bir ər-arvad ona bir torba tərəvəz və pizza gətirib. 4) Bir qardaş ona zəng edir. 5) Balaca qız Cənnətdə olan şir şəkli çəkir ki, onu qardaşa versin.

Başqalarına təsəlli vermək üçün Yehova sizi necə istiqamətləndirə bilər? (17-ci abzasa baxın)


18. Başqalarına necə təsəlli verə bilərik?

18 Bizim Yehovadan örnək götürüb başqalarına təsəlli vermək imkanımız var. Bunu necə edə bilərik? Biz onları səbirlə dinləyə, təskinlik verən sözlər deyə və əməli kömək göstərə bilərik (Məs. 3:27). Əzab-əziyyət çəkən hər kəsə, hətta Yehovaya ibadət etməyən insanlara da təsəlli verməyə can atmalıyıq. Yaxınlarımız kədər içində olanda, xəstələnəndə və ya narahatlıq keçirəndə biz onların yanına gedirik, onları səbirlə dinləyirik və Müqəddəs Kitabdan ruhlandırıcı ayələr bölüşürük. «Hər cür təsəlli Allahı» olan Yehovadan örnək götürməklə biz nəinki dindaşlarımıza çətinliklərə dözməyə kömək edəcəyik, həmçinin, ola bilsin, Allaha ibadət etməyən insanlarda Onu tanımaq istəyi oyadacağıq (Mət. 5:16).

YEHOVANIN ƏLİ HƏMİŞƏ ÜSTÜMÜZDƏ OLACAQ

19. Yehova bizim üçün nələr edir və biz Ondan necə örnək götürə bilərik?

19 Yehova Onu sevən bütün insanların qayğısına qalır. Dar günümüzdə O bizi tərk etmir. Övladının qayğısına qalan valideyn kimi sadiq xidmətçilərinin qayğısına qalır. O bizə yol göstərir, ehtiyaclarımızı təmin edir, bizi hifz edir və bizə təsəlli verir. İnsanlara çətin vaxtlarında təsəlli verib ruhlandırmaqla səmavi Atamızdan örnək götürürük. Çətinliklər, dərd-bəlalar yolumuza çıxa bilər. Amma əmin ola bilərik ki, Yehova həmişə bizimlədir. O bizə belə bir vəd verib: «Qorxma, Mən səninləyəm» (Əşy. 41:10). Biz tam əmin ola bilərik ki, heç vaxt tək deyilik.

NECƏ CAVAB VERƏRDİNİZ?

  • Yehova bizə necə yol göstərir?

  • Yehova ehtiyaclarımızı necə təmin edir?

  • Yehova bizi necə hifz edir və təsəlli verir?

NƏĞMƏ 100 Qonaqpərvər olaq

a «Gözətçi qülləsi»nin 2011-ci il 15 aprel sayında yerləşən «Qoy hər bir qərarın Yehovaya izzət gətirsin» adlı məqaləyə baxın.

b «Gözətçi qülləsi»nin 2024-cü il fevral sayında yerləşən «Yehovanın göstərdiyi yolla gedin» adlı məqalənin 11—14 abzaslarına baxın.

c Müasir dövrdəki nümunələr haqda oxumaq üçün jw.org saytının axtarış xanasına «yardım işləri» ifadəsini yazıb axtarın.

d «Gözətçi qülləsi»nin 2017-ci il fevral sayında yerləşən «Oxucuların sualları» rubrikasına baxın.

e ŞƏKLİN İZAHI. Malavidə təbii fəlakətdən zərər çəkən bacı-qardaşlara maddi və ruhani kömək göstərilir.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş