Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • ijwbq məqalə 180
  • Haradan ümid tapım?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Haradan ümid tapım?
  • Müqəddəs Kitaba aid suallara cavab
  • Başlıqlar
  • Oxşar material
  • Müqəddəs Yazıların cavabı
  • Müqəddəs Kitab bizə nikbin qalmağa və gələcəyə ümidlə baxmağa necə kömək edir?
  • Müqəddəs Kitabda bəşəriyyət üçün hansı ümid yazılıb?
  • Ümidinizi möhkəm saxlayın
    Gözətçi qülləsi 2022
  • 2023-cü ilə ümidlə baxmaq üçün səbəblər. Müqəddəs Kitabda bu barədə nə deyilir?
    Əlavə mövzular
  • Yehovaya ümid bağla və cəsarətli ol
    Gözətçi qülləsi 2006
  • Müqəddəs Kitab gözəl gələcək vəd edir
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
Əlavə
Müqəddəs Kitaba aid suallara cavab
ijwbq məqalə 180
Qadın ümidlə uzağa baxır

Haradan ümid tapım?

Müqəddəs Yazıların cavabı

Allah bizə «gözəl gələcək, ümida bəxş [etmək]» istəyir (Ərəmya 29:11). Bizə Müqəddəs Kitabı bəxş etməsinin səbəblərindən biri odur ki, «Müqəddəs Yazılardan aldığımız təsəlli sayəsində ümidimiz olsun» (Romalılara 15:4). Bu məqalədən görəcəyimiz kimi, Müqəddəs Kitabda qələmə alınmış Allahın hikmətli məsləhətləri bizə gündəlik problemləri nikbinliklə aşmağa kömək edir, orada yazılan vədlər isə gözəl gələcəyə ümid verir.

Bu səhifədə:

  • Müqəddəs Kitab bizə nikbin qalmağa və gələcəyə ümidlə baxmağa necə kömək edir?

  • Müqəddəs Kitabda bəşəriyyət üçün hansı ümid yazılıb?

  • Ümid barədə Müqəddəs Kitab ayələri

Müqəddəs Kitab bizə nikbin qalmağa və gələcəyə ümidlə baxmağa necə kömək edir?

Müqəddəs Kitabda həyatımızı yaxşılığa doğru dəyişdirə biləcək işə yararlı məsləhətlər qələmə alınıb, o məsləhətlər ki, gələcəyə ümid verir və çarəsizliyə qapılmağa qoymur. Gəlin bir neçə nümunəyə baxaq.

  • İşə yararlı məsləhətlər üçün Müqəddəs Kitaba üz tutun. Zəbur 119:105 ayəsində deyilir: «Sözün addımlarıma çıraq, yollarıma işıqdır». Güclü işıq həm ayağımızın altını, həm də qarşımızdakı yolu işıqlandırır. Buna bənzər tərzdə, Müqəddəs Kitabın işə yararlı prinsipləri qarşımızda duran problemlərin öhdəsindən uğurla gəlməyə və hər gün nikbin qalmağa kömək edir. Onun təlimləri canımıza qüvvət verir və ürəyimizi sevindirir (Zəbur 19:7, 8). Eyni zamanda, Müqəddəs Kitab Allahın bəşəriyyət və Yer kürəsi ilə bağlı gözəl vədlərinə işıq salır. Bu ümid isə bizə sonsuz sevinc və xoşbəxtlik bəxş edir.

  • Başqalarının köməyini qəbul edin. Vəziyyət çarəsiz kimi görünəndə insan özünü doğmalarından və dostlarından təcrid etməyə meyilli olur. Müqəddəs Kitabda deyilir ki, bu heç də düzgün deyil, çünki belə vəziyyətlərdə insan adətən ağılsız qərarlar verir və addımlar atır (Məsəllər 18:1). Sevdiklərimiz isə bizə sağlam düşüncəmizi qorumağa kömək edə, çətin vəziyyətdən çıxmaq üçün yaxşı həll yolları göstərə bilər (Məsəllər 11:14). Onlar vəziyyət düzələnə qədər dözməyə gücümüz olsun deyə ən azından bizə təsəlli və ürək-dirək verə bilər (Məsəllər 12:25).

  • Allaha dua edin. Müqəddəs Kitabda deyilir: «Sən qayğı yükünü Yehovaya ver, O, sənə dayaq olar, O, heç vaxt saleh insanı yıxılmağa qoymaz»b (Zəbur 55:22). Yehovaya nahaq yerə «ümid mənbəyi olan Allah» deyilmir (Romalılara 15:13). Sizi narahat edən hər məsələ barədə Ona rahat dua edə bilərsiniz. Əmin olun ki, O sizə qarşı biganə deyil (1 Butrus 5:7). Allahın Kəlamı bizi əmin edir: «[Allah] sizi güclü, mətin, sarsılmaz edəcək» (1 Butrus 5:10).

  • Qoyun çətinliklər ümidinizi daha möhkəm etsin. Müqəddəs Kitabda belə bir vəd yazılıb: «Məni dinləyən... əmin-amanlıqda yaşayacaq, fəlakət qorxusu bilməyəcək» (Məsəllər 1:33). Avstraliyada yaşayan Marqaret adlı bir qadının mal-mülkünün böyük qismi qasırğa nəticəsində məhv oldu. Lakin o, ümidsizliyə qapılmadı, əksinə, özü üçün vacib dərs götürdü — mal-mülk gəldi-gedərdir. Bu fəlakətdən sonra o, əsl dəyəri olan şeyləri — ailə və dostlarını, Allahla münasibətlərini və Müqəddəs Kitabın verdiyi ümidi daha çox qiymətləndirməyə başladı (Zəbur 37:34; Yaqub 4:8).

Müqəddəs Kitabda bəşəriyyət üçün hansı ümid yazılıb?

Müqəddəs Kitabda bəşəriyyətin və planetimizin gələcəyinin parlaq olduğu deyilir. Biz bu xoşbəxt günlərin astanasındayıq. Bəşəriyyətin bu gün üzləşdiyi problemlər göstərir ki, biz bu dünyanın axırzamanında yaşayırıq (2 Timutiyə 3:1—5). Tezliklə Allah dünya üzərində idarəçiliyi Öz əlinə alaraq haqsızlığa və əzab-əziyyətə birdəfəlik son qoyacaq. O, bunları Allahın Padşahlığı adlandırılan ümumdünya hökumət vasitəsilə həyata keçirəcək (Dənyal 2:44; Vəhy 11:15). İsa duada: «Qoy Padşahlığın gəlsin. Qoy Sənin iradən göydə olduğu kimi, yerdə də yerinə yetsin», — deyəndə məhz bu səmavi hökuməti nəzərdə tuturdu (Mətta 6:9, 10).

Allahın bəşəriyyət üçün niyyəti Müqəddəs Kitabda aydın yazılıb. Görün Allahın Padşahlığının həll edəcəyi bəzi problemlər hansılardır.

  • Artıq aclıq olmayacaq. «Yer üzü bəhrəsini verəcək» (Zəbur 67:6).

  • Artıq xəstəlik olmayacaq. «Heç bir sakin “xəstəyəm” deməyəcək» (Əşiya 33:24).

  • Artıq ölüm olmayacaq. Allah «[insanların] gözlərindən bütün yaşları siləcək. Artıq ölüm olmayacaq. Nə dərd, nə fəryad, nə də ağrı olmayacaq, çünki əvvəlki şeylər keçib getdi» (Vəhy 21:4).

a Arzu etdiyimiz bir şeyi alacağımıza inananda ürəyimizdə ümid yaranır. Bir şeyi həsrətlə gözləməyə də ümid deyilir.

b «Yehova», Müqəddəs Kitaba əsasən, Allahın adıdır (Zəbur 83:18).

Ümid barədə Müqəddəs Kitab ayələri

Əyyub 5:16: «Məzlum üçün ümid var».

İzahı. Bu dünyada laqeyd münasibət görən kəslər əmin ola bilər ki, Allaha üz tutsalar, Allah onların qayğısını çəkəcək.

Zəbur 27:14: «Ümidini Yehovaya bağla, cəsur, möhkəm ol. Bəli, ümidini Yehovaya bağla».

İzahı. Yehovaya bel bağlayanda cəsur və möhkəm oluruq. Yehova Ona etibar edənləri atmır.

Zəbur 62:5: «Ey qəlbim, sükut et, Allahı gözlə, çünki ümidim Ona bağlıdır».

İzahı. Yehovaya güvənib səbirlə sınaqlara dözənlər əmin ola bilər ki, O, vaxtı gələndə vəziyyətdən çıxış yolu göstərəcək.

Məsəllər 20:22: «Demə: “Pisliyin heyfini çıxacağam”, ümidini Yehovaya bağla, O, səni qurtarar».

İzahı. Kimsə xətrimizə dəyəndə və ya bizi məyus edən bir hərəkət edəndə ümidimizi Yehovaya bağlamaq bizi qisas almaq fikrindən daşındıracaq. Bizi qurtarmaq və bizə dəyən istənilən zərəri aradan qaldırmaq üçün Onun həm istəyi, həm də gücü var.

İbranilərə 6:19: «[Allahın verdiyi] bu ümid bizim üçün möhkəm və sarsılmaz gəmi lövbəri kimidir».

İzahı. Lövbər qasırğa zamanı gəmini yerində möhkəm saxladığı kimi, Allahdan mükafat alacağımıza möhkəm ümid də narahatlığımızı azaldacaq və mənəvi, əqli və ruhani sabitliyimizi qorumağa kömək edəcək. Bu ümid çətinliklərə tab gətirməyə də güc verəcək.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş