Mary_Ukraine/stock.adobe.com
OYAQ QALIN!
İnsanlar siyasətçilərə inamını itirirlər. Müqəddəs Kitabda bu barədə nə deyilir?
2024-cü ildə bütün dünya üzrə rekord sayda seçkilər keçiriləcək. Buna baxmayaraq, insanlar siyasətçilərə inamını itirirlər.
Sorğuda iştirak edən amerikalıların əksəriyyəti «siyasətçilərin çoxu xalqı düşünmək əvəzinə şəxsi maraqlarını güdür» deyira («Pyu adına Tədqiqat Mərkəzi», 19 sentyabr 2023-cü il).
Bir çox gənclərin də siyasətçilərə inamı qalmayıb.
«Yeniyetmələr problemlərə meyilli olurlar. Aparılan sorğuda yeniyetmələr deyirlər ki, siyasətçilər onların tələbatlarını gündəmə gətirmirlər» («Nyu York Tayms» 29 yanvar 2024-cü il).
«Sorğu göstərir ki, gənclər siyasətçilərdən çox “YouTube” fenomenlərinə etibar edirlər» («The Korea Times», 22 yanvar 2024-cü il).
Daha yaxşı gələcək üçün siyasətçilərə etibar edə bilərik? Kimə etibar etmək olar?
Kimə etibar etdiyinizə diqqət edin
İnsanlar kimə etibar edəcəklərinə özləri qərar verir. Müqəddəs Kitabda deyilir ki, «sadəlövh hər sözə inanar, uzaqgörən hər addımını ölçüb-biçər» (Məsəllər 14:15).
Aldığınız məlumatın doğru olub-olmadığını yoxlamaq üçün məsləhət: «Özünüzü dezinformasiyadan qoruyun» adlı məqaləni oxuyun.
Hətta ən səmimi və xoş niyyətli siyasətçilərin də imkanları məhduddur. Bununla bağlı Müqəddəs Kitab bizi xəbərdar edir:
«Əsilzadələrə, qurtuluş verə bilməyən bəşər oğluna güvənməyin» (Zəbur 146:3).
Etibar edə biləcəyiniz rəhbər
Müqəddəs Kitabda deyilir ki, Allah ən bacarıqlı və etibarlı rəhbər təyin edib. Bu rəhbər İsa Məsihdir (Luka 1:32, 33). İsa Allahın səmavi Padşahlığının padşahıdır (Mətta 6:10).
İsa Məsihə nə üçün etibar edə biləcəyimizi və qarşılaşdığımız problemləri necə həll edəcəyini öyrənmək üçün «Allahın Padşahlığının Padşahı kimdir?» və «Allahın Padşahlığı hansı işləri həyata keçirəcək?» adlı məqalələri oxuyun.
a «Amerikalıların milli siyasətə bədbin baxışları» (Pyu adına Tədqiqat Mərkəzi, sentyabr 2023).