Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • ijwyp məqalə 15
  • Xarici görünüşümə çoxmu aludəyəm?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Xarici görünüşümə çoxmu aludəyəm?
  • Gənclərin sualları
  • Başlıqlar
  • Oxşar material
  • Test: Xarici görünüşümə aludəyəmmi?
  • «Nəyə görə xarici görünüşümdən narazıyam?»
  • «Xarici görünüşümdə nəyisə dəyişməliyəmmi?»
  • Ən gözəl dəyişiklik!
  • Nəyə görə xarici görkəmim məni narahat edir?
    Gənclərin 10 sualına cavab
  • Arıqlamaq üçün nə edə bilərəm?
    Gənclərin sualları
  • Sağlamlığımın qayğısına nə üçün qalmalıyam?
    Gənclərin sualları. Praktiki məsləhətlər. Cild 1
  • İdmana həvəsimi necə artıra bilərəm?
    Gənclərin sualları
Gənclərin sualları
ijwyp məqalə 15

GƏNCLƏRİN SUALLARI

Xarici görünüşümə çoxmu aludəyəm?

  • Test: Xarici görünüşümə aludəyəmmi?

  • Nəyə görə xarici görünüşümdən narazıyam?

  • Xarici görünüşümdə nəyisə dəyişməliyəmmi?

  • Ən gözəl dəyişiklik!

  • Culianın hadisəsi

Test: Xarici görünüşümə aludəyəmmi?

  1. Bu variantlardan hansı sənə aiddir?

    • Mən heç vaxt xarici görünüşümdən razı deyiləm.

    • Xarici görünüşümdən bəzən razıyam.

    • Xarici görünüşümdən həmişə razıyam.

  2. Xarici görünüşündə ən çox nəyi dəyişmək istəyərdin?

    • Boyunu

    • Çəkini

    • Bədəninin formasını

    • Saçını

    • Dərinin rəngini

    • Əzələnin ölçüsünü

    • Başqa nəyisə

  3. Cümləni tamamla.

    . . . kefim pozulur.

    • Tərəziyə çıxanda

    • Güzgüyə baxanda

    • Özümü başqaları ilə (dostlarımla, modellərlə, kino ulduzları ilə) müqayisə edəndə

  4. Cümləni tamamla

    Çəkimi ... ölçürəm.

    • hər gün

    • hər həftə

    • bir neçə həftədən-bir

  5. Bunlardan hansı sənə aiddir?

    • Xarici görünüşündən narazısan. «Hər dəfə özümə güzgüdə baxanda orada gonbul, iyrənc bədən quruluşlu insan görürəm. Arıqlamaq üçün ac-yalavac gəzirəm» (Serena).

    • Xarici görünüşünə tarazlı yanaşırsan. «Görünüşümüzdən narazı olmaq üçün hər zaman nəsə tapılacaq, elə şeylər var ki, gərək onlarla barışasan. Dəyişə bilməyəcəyimiz şeylərə görə özümüzü üzmək ağılsızlıqdır» (Natanya).

Müqəddəs Kitab bizə məsləhət görür: «Özünüz barədə lüzumundan çox düşünməyin» (Romalılara 12:3, İncil, 1993). İnsanın özü barəsində müəyyən dərəcədə düşünməyi normaldır, hətta lazımdır. Məhz buna görə biz dişlərimizi fırçalayır və şəxsi gigiyenamıza fikir veririk.

Bəs əgər səndə xarici görünüşündən narazıçılıq tez-tez baş qaldırırsa, hətta artıq aludəçiliyə çevrilibsə, onda necə? Ola bilsin, sən fikirləşirsən...

«Nəyə görə xarici görünüşümdən narazıyam?»

Bunun bir neçə səbəbi ola bilər.

  • Medianın təsiri. «Gənclər daima ekranlarda və jurnallarda ideal görünüşlü, aparıq obrazlar görürlər və onlarda elə təəssürat yaranır ki, onlar da həmişə belə görünməlidirlər. “Standartlardan” bir az kənara çıxan kimi özümüzün özümüzdən zəhləsi gedir!» (Kelli).

  • Valideynlərin təsiri. «Mən fikir vermişəm ki, əgər analar öz xarici görünüşlərinə aludədirlərsə, qızları da çox vaxt onlara oxşayır. Bunu ata və oğul barədə də demək olar» (Rita).

  • Özü haqda mənfi fikirdə olmaq. «Xarici görünüşlərinə aludə olanlar daima başqalarından kompliment eşitmək istəyirlər. Belələrinin yanında olmaq çox yorucudur!» (Cina).

Səbəbindən asılı olmayaraq sən soruşa bilərsən...

«Xarici görünüşümdə nəyisə dəyişməliyəmmi?»

Gör sənin həmyaşıdların nə deyir.

«Özündə bəyənmədiyin hər şeyi dəyişə bilməzsən, yaxşısı budur, öz qüsurlarınla barış. Onda, çox güman ki, başqaları da onlara fikir verməyəcək» (Rori).

«Sağlam olmaq üçün əlindən gələni əsirgəmə. Sağlam olsan, necə var elə görünəcəksən. Əgər kimsə səni olduğun kimi qəbul etmirsə, deməli, o, sənin dostun deyil» (Olivia).

Nəticə. Yaxşı görünməyin üçün əlindən gələni et. Geridə qalan şeylərə görə narahat olma. Xarici görünüşün haqda lüzumundan artıq düşünməyin təhlükəli ola bilər. («Culianın hadisəsi»ni oxu.)

Ancaq xarici görünüşünə tarazlı yanaşmaq sənə özünü olduğun kimi qəbul etməyə kömək edəcək. Erin də buna əmin oldu. O deyir: «Əlbəttə, mən də xarici görünüşümdən narazı idim, amma diqqət yetirdim ki, məndə yalnız fikrimi mənfi şeylərə cəmləyəndə bu cür hisslər yaranır. İndi müntəzəm olaraq idmanla məşğul olur və düzgün qidalanıram. Qalan şeylər isə təbii şəkildə öz yerini tutur».

Ən gözəl dəyişiklik!

Xarici görünüşünə tarazlı yanaşsan, özünü daha yaxşı hiss edəcəksən (hətta yaxşı görünəcəksən). Müqəddəs Kitab sənə bu işdə kömək edə bilər. Orda aşağıdakı amillərin üzərində işləmək məsləhət görülür.

  • Məmnunluq hissi. «Gözün görməsi ürəyin istəməsindən yaxşıdır. Bu da puçdur, külək dalınca qaçmağa bənzər» (Vaiz 6:9).

  • İdmana tarazlı münasibət. «Fiziki məşqin faydası bir o qədər də çox deyil» (1 Timoteyə 4:8).

  • Daxili gözəllik. «İnsan zahirə, Rəbb isə ürəyə baxar» (1 Şamuel 16:7).

«İnsanın özü barədə nə fikirləşdiyi onun üzündən oxunur. Əgər insan məmnun görünürsə, bu, avtomatik olaraq başqalarını ona cəlb edir» (Zara).

«İnsanın gözəgəlimli olması dərhal diqqəti cəlb edir. Amma səni daha çox daxili gözəlliyinə və yaxşı xüsusiyyətlərinə görə yadda saxlayacaqlar» (Filisiya).

Həmçinin Süleymanın məsəlləri 11:22; Koloslulara 3:10, 12; 1 Peter 3:3, 4 ayələrinə bax.

Culianın hadisəsi

«16 yaşım olanda çəkimlə bağlı böyük problemlərim var idi. Mən heç vaxt kök olmasam da, bir dəri, bir sümük də deyildim. Bir az dolu idim. Düşünürdüm ki, incə-mincə olsam, oğlanlar məni bəyənəcəklər. Arzuladığım bədən quruluşuna sahib olmaq üçün, demək olar ki, yemək yemirdim.

Həqiqətən də, çox arıqladım, amma sağlamlığım əldən getdi. Sonradan sağalsam da, emosional yaralarım hələ də sızlayır. Bu günədək qidalanmaqla bağlı problem yaşayıram. Xarici görünüşümlə yavaş-yavaş barışıram, düzgün qidalanır və idman edirəm. Birdən xarici görünüşümdə nəsə xoşuma gəlməyəndə avtomatik reaksiyam özümü ac qalmaqla cəzalandırmaq olur.

İmkanım olsaydı, bütün gənclərə üz tutub deyərdim ki, hər kəsin gözəlliyə dair fərdi baxışı olduğunu yaddan çıxarmasınlar. Necə görünməyin vacib deyil, həmişə səni bəyənən və bəyənməyənlər olacaq. Əsas odur ki, sağlam olasan. Səni doğrudan sevənlər üçün ən vacibi elə budur».

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş