Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • ijwbq məqalə 107
  • Yenidən doğulmaq nə deməkdir?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yenidən doğulmaq nə deməkdir?
  • Müqəddəs Kitaba aid suallara cavab
  • Başlıqlar
  • Müqəddəs Yazıların cavabı
Müqəddəs Kitaba aid suallara cavab
ijwbq məqalə 107
İsa İordan çayında vəftiz olandan sonra göyə baxır

Yenidən doğulmaq nə deməkdir?

Müqəddəs Yazıların cavabı

«Yenidən doğulmaq» ifadəsi Allahla yenidən doğulan insan arasında münasibətlərin yeni başlanğıcını bildirir (Yəhya 3:3, 7). Allah yenidən doğulan insanlara Öz övladı kimi yanaşır (Romalılara 8:15, 16; Qalatiyalılara 4:5; 1 Yəhya 3:1). Qanuni şəkildə övladlığa götürülən insanlar kimi, onlar öz mövqelərini dəyişib, Allahın ailəsinə daxil olurlar (2 Korinflilərə 6:18).

Nəyə görə insan yenidən doğulur?

İsa Məsih demişdi: «İnsan yenidən doğulmasa, Allahın Padşahlığını görə bilməz» (Yəhya 3:3). Belə ki, yenidən doğulmaq insanı Allahın Padşahlığında Məsihlə birgə idarə etməyə hazırlayır. Bu Padşahlıq göydən idarə edir. Buna görə də Müqəddəs Kitabda «yeni həyat» «göylərdə qorunub [saxlanılan]» miras kimi təsvir olunur (1 Butrus 1:3, 4). Yenidən doğulanlara Məsihlə birgə padşahlıq etmək etibar edilib (2 Timutiyə 2:12; 2 Korinflilərə 1:21, 22).

İnsan necə yenidən doğula bilər?

İsa Məsih bu mövzudan danışanda demişdi ki, yenidən doğulmaq üçün «sudan və ruhdan» doğulmaq lazımdır (Yəhya 3:5). Bu ifadə su ilə, sonra isə müqəddəs ruhla vəftiz olunmağı bildirir (Həvarilərin işləri 1:5; 2:1—4).

İsa yenidən doğulan ilk insan idi. O, İordan çayında vəftiz olunandan sonra Allah onu müqəddəs ruhla məsh etdi, yəni vəftiz etdi. İsa Məsih müqəddəs ruhla Allahın oğlu kimi yenidən doğularaq göydəki həyatına qayıtmaq ümidinə malik oldu (Mark 1:9—11). Allah İsanı ruhani bədəndə dirildərək bu ümidi gerçəkləşdirdi (Həvarilərin işləri 13:33).

Yenidən doğulan digər insanlar da suda vəftiz olunandan sonra müqəddəs ruh alıblara (Həvarilərin işləri 2:38, 41). Onlar göydə yaşamaq ümidinə sonradan əmin olurlar və bu ümidi Allah dirilmə vasitəsilə gerçəkləşdirəcək (1 Korinflilərə 15:42—49).

Yenidən doğulmaqla bağlı yanlış fikirlər

Səhv. İnsan qurtulmaq və məsihi olmaq üçün yenidən doğulmalıdır.

Doğru. Məsihin qurbanlığı təkcə göydə Məsihlə birgə idarə etmək üçün yenidən doğulanları yox, həmçinin Allahın Padşahlığının yer üzündəki təbəələrini xilas edəcək (1 Yəhya 2:1, 2; Vəhy 5:9, 10). İkinci qrup məsihilərin yer üzü Cənnətdə əbədi yaşamaq fürsəti var (Zəbur 37:29; Mətta 6:9, 10; Vəhy 21:1—5).

Səhv. İnsan yenidən doğulub-doğulmamağı özü seçə bilər.

Doğru. Hər kəsin Allaha yaxınlaşmaq və xilas olmaq imkanı var (1 Timutiyə 2:3, 4; Yaqub 4:8). Lakin kimin yenidən doğulacağını, yəni müqəddəs ruhla məsh ediləcəyini Allah Özü seçir. Müqəddəs Kitaba əsasən, yenidən doğulmaq «insanların arzusundan, yaxud cəhdlərindən yox,.. Allahdan asılıdır» (Romalılara 9:16). «Yenidən doğulmaq» ifadəsi həmçinin «yuxarıdan doğulmaq» kimi işlənir və kimin yenidən doğulacağının yuxarıdan, yəni Allah tərəfindən seçildiyini göstərir (Yəhya 3:3, haşiyə).

a Kornilini və onunla olanları çıxmaq şərtilə (Həvarilərin işləri 10:44—48).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş