Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • ijwbq məqalə 137
  • Müqəddəs olmaq nə deməkdir?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Müqəddəs olmaq nə deməkdir?
  • Müqəddəs Kitaba aid suallara cavab
  • Başlıqlar
  • Oxşar material
  • Müqəddəs Kitabın cavabı
  • Qeyri-kamil insan müqəddəs ola bilərmi?
  • Allahın gözündə qazanılan müqəddəslik itirilə bilərmi?
  • Müqəddəs olmaq haqda yanlış fikirlər
  • «Müqəddəs olun»
    Gözətçi qülləsi 2021
  • Yehova üçün müqəddəs olan şeylər sizin üçün də müqəddəsdirmi?
    Gözətçi qülləsi 2006
  • Müqəddəs ruh nədir?
    Müqəddəs Kitaba aid suallara cavab
Müqəddəs Kitaba aid suallara cavab
ijwbq məqalə 137
Musa və yanar kol

Müqəddəs olmaq nə deməkdir?

Müqəddəs Kitabın cavabı

Müqəddəslik hər cür napak şeydən uzaq durmaqdır. «Müqəddəs» kimi tərcümə olunan ibrani sözü «ayrılmış» mənasını verir. Beləliklə, ümumişlək istifadədən ayrılan, yaxud xüsusilə təmizliyinə və paklığına görə mübarək sayılan şeylər müqəddəsdir.

Allah ən üstün müqəddəsliyə sahibdir. Müqəddəs Kitabda deyilir: «Müqəddəslikdə Yehovanına misli yoxdur» (1 İşmuil 2:2). Buna görə nəyin müqəddəs olub-olmadığına dair normalar təsis etməyə Allahın tam haqqı çatır.

«Müqəddəs» sözü Allahla birbaşa əlaqəli olan istənilən şeyə, xüsusilə də sırf ibadətdə istifadə üçün ayrılmış şeylərə aid edilir. Məsələn, Müqəddəs Kitabda deyilir:

  • Müqəddəs məkanlar: Allah yanar kolun yanında Musaya demişdi: «Durduğun yer müqəddəsdir» (Çıxış 3:2—5).

  • Müqəddəs mərasimlər: Qədimdə israillilər «müqəddəs toplantı günləri» adlı dini bayramlarda Yehovaya ibadət edirdilər (Lavililər 23:37).

  • Müqəddəs əşyalar: Yerusəlimdəki qədim məbəddə Allaha ibadət etmək üçün istifadə olunan əşyalar «müqəddəs əşyalar» adlanırdı (1 Padşahlar 8:4). Bu müqəddəs əşyalara heç vaxt sitayiş olunmasa da, onlara böyük hörmətlə yanaşılırdıb.

Qeyri-kamil insan müqəddəs ola bilərmi?

Bəli. Allah məsihilərə buyurur: «Müqəddəs olun, çünki Mən müqəddəsəm» (1 Butrus 1:16). Sözsüz, qeyri-kamil insan Allahın müqəddəsliyə dair kamil normalarına heç vaxt yiyələnə bilməz. Buna rəğmən, Allahın salehlik qanunlarına itaət edən insanlar Onun gözündə «müqəddəs və məqbul» ola bilər (Romalılara 12:1). İnsanın müqəddəs olmağa can atması sözlərindən və hərəkətlərindən görünür. Məsələn, o, Allahın Kəlamındakı «müqəddəs [olun] və əxlaqsızlıqdan uzaq [durun]», eləcə də «hər bir işinizdə müqəddəs olun» məsləhətlərinə riayət edir (1 Salonikililərə 4:3; 1 Butrus 1:15).

Allahın gözündə qazanılan müqəddəslik itirilə bilərmi?

Bəli. Əgər insan Allahın qoyduğu qanunlardan imtina etsəydi, onda Allahın gözündə müqəddəs sayılmayacaqdı. Misal üçün, İbranilər kitabı «müqəddəs qardaşlar»a ünvanlanıb, buna baxmayaraq, oradakı xəbərdarlıq göstərir ki, onlar «var olan Allahdan» uzaqlaşa, ürəkləri «korlanıb imansız» ola bilərdi (İbranilərə 3:1, 12).

Müqəddəs olmaq haqda yanlış fikirlər

Yanlış: Müqəddəsliyə özünü inkar etməklə nail olmaq olar.

Doğru: Müqəddəs Kitabda deyilir ki, «bədəni üzən... ayinlər» və ya ifrat dərəcədə özünü inkaretmə Allahın gözündə mənasızdır (Koloslulara 2:23). Əksinə, Allah bizim yaxşı şeylərdən zövq almağımızı istəyir. «Hər kəs yeyib-içməli və zəhmətindən həzz almalıdır. Bu, Allahın bəxşişidir» (Vaiz 3:13).

Yanlış: Selibat (subay qalmaq, cinsi münasibətdən imtina etmək) insanı daha müqəddəs edir.

Doğru: Məsihi subay qalmağı seçsə belə, sırf selibat onu Allahın gözündə müqəddəs etmir. Danılmazdır ki, subay qalan kəslər bütün diqqətlərini ibadətə verir (1 Korinflilərə 7:32—34). Lakin Müqəddəs Kitab evli kəslərin də müqəddəs ola biləcəyini göstərir. Faktdır ki, İsanın həvarilərindən ən azı biri — Butrus evli idi (Mətta 8:14; 1 Korinflilərə 9:5).

«Müqəddəs Kitab» ifadəsi haradan gəlir?

Əsrlər öncə ilhamlanmış yazıların tam toplusu aşağıdakı səbəblərə görə «Müqəddəs Kitab» və ya «Müqəddəs Yazılar» adlanır:

  • Onun mənşəyi: «İnsanlar müqəddəs ruh tərəfindən yönəldilərək Allahdan gələn sözləri danışıblar» (2 Butrus 1:21).

  • Onun xəbəri: «Yehovanın əmri safdır, gözlərə nur verir, Yehova önündə qorxu pakdır, əbədi qalır» (Zəbur 19:8, 9).

Beləliklə, Müqəddəs Kitab müqəddəs hesab edilə bilər. Bu kitab pak məzmununa və ibadətdə müqəddəs istifadə edilməsinə görə digər kitablardan fərqlənir.

a Yehova Allahın şəxsi adıdır. Müqəddəs Kitabın yüzlərlə ayəsində bu ad «müqəddəs» və «müqəddəslik» sözləri ilə birlikdə işlənir.

b Müqəddəs Kitab qədimi dini əşyalara sitayiş etməyi mühakimə edir (1 Korinflilərə 10:14).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş